Tuesday 23rd April 2024,

Azərbaycan qanunvericiliyi

Ξ Leave a comment

“Dövlət qeydiyyatına alınması tələb olunmayan fərdi məlumatların informasiya sistemləri”nin təsdiq edilməsi haqqında

posted by

"Dövlət qeydiyyatına alınması tələb olunmayan fərdi məlumatların informasiya sistemləri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı
Qərar № 237
 
Bakı şəhəri, 17 dekabr 2010-cu il
 
"Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 275 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. "Dövlət qeydiyyatına alınması tələb olunmayan fərdi məlumatların informasiya sistemləri" təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
 
Azərbaycan Respublikasının Baş naziri A.Rasi-zadə
 
 
Dövlət qeydiyyatına alınması tələb olunmayan fərdi məlumatların informasiya sistemləri
 
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2010-cu il 17 dekabr tarixli 237 nömrəli qərarı
ilə təsdiq edilmişdir
 
 
1. Dövlət qeydiyyatına alınması tələb olunmayan fərdi məlumatların informasiya sistemləri (bundan sonra – İnformasiya Sistemləri) "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 275 nömrəli Fərmanına əsasən hazırlanmışdır və "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikası Qanununun 15.3.3-cü maddəsinə müvafiq olaraq, fərdi məlumatların işlənilmə məqsədindən və subyektlərin sayına qoyulan maksimal həddən asılı olaraq, dövlət qeydiyyatından keçirilməsi tələb olunmayan hallarda yaradılan fərdi məlumatların informasiya sistemlərini müəyyən edir.
2. Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikası Qanununun 15.3.1-ci və 15.3.2-ci maddələrində göstərilən hallarla yanaşı, aşağıdakı İnformasiya Sistemlərinin dövlət qeydiyyatına alınması tələb olunmur:
2.1.müəyyən olunmuş qaydada adsızlaşdırılmış, yaxud subyekt tərəfindən açıq elan olunmuş və ya subyektin razılığı ilə onun barəsində açıqlanmış fərdi məlumatların toplandığı və işlənildiyi, ümumi istifadə üçün yaradılmış İnformasiya Sistemləri;
2.2.milli arxiv fondu haqqında qanunvericiliyə uyğun olaraq arxivləşdirilmiş fərdi məlumatların toplandığı və işlənildiyi İnformasiya Sistemləri;
2.3.telekommunikasiya, poçt rabitəsi, ünvan və digər sahələr üzrə cəmiyyətin informasiya təminatını ödəmək məqsədi ilə subyektin yazılı razılığı əsasında onun təqdim etdiyi məlumatların (adı, soyadı, atasının adı, doğulduğu tarix və yer, cinsi, vətəndaşlığı, telefon nömrəsi və elektron ünvanı, yaşadığı və olduğu yer, ixtisası və iş yeri, məşğul olduğu fəaliyyət növü, ailə vəziyyəti, şəkli və digər məlumatlar) toplandığı və işlənildiyi ümumi istifadəli İnformasiya Sistemləri üçün – tərkibində 1000-dən az subyekt barədə fərdi məlumatlar olan İnformasiya Sistemləri;
2.4. ictimai birliklərin və digər qeyri-kommersiya təşkilatlarının üzvlərinə aid olan xüsusi kateqoriyalı məlumatların toplanılması və işlənilməsi həmin təşkilatlar tərəfindən öz qanuni məqsədlərinə nail olmaq məqsədi ilə və üçüncü şəxsə subyektin razılığı olmadan verilməmək şərtilə aparılan İnformasiya Sistemləri üçün – tərkibində 1000-dən az subyekt barədə fərdi məlumatlar olan İnformasiya Sistemləri;
2.5. dövlət və ya yerli özünüidarə orqanlarının İnformasiya Sistemləri (qanunvericiliklə müəyyən edilmiş vəzifələrin icrası ilə bağlı dövlət və ya yerli özünüidarə orqanlarına təqdim edilən fərdi məlumatların toplanması və işlənilməsi həmin orqanlar tərəfindən həyata keçirildikdə) üçün – tərkibində 1000-dən az subyekt barədə məlumat olan İnformasiya Sistemləri;
2.6. elmi və statistik tədqiqat məqsədləri üçün mütləq qaydada adsızlaşdırılmış və dövlət sirri təşkil etməyən fərdi məlumatların toplandığı və işlənildiyi İnformasiya Sistemləri üçün – tərkibində 1000-dən az subyekt barədə fərdi məlumatlar olan İnformasiya Sistemləri;
2.7. subyektin həyat və sağlamlığını qorumaq üçün lazım olan fərdi məlumatların toplandığı və işlənildiyi İnformasiya Sistemləri üçün – tərkibində 1000-dən az subyekt barədə fərdi məlumatlar olan İnformasiya Sistemləri. 

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV