Friday 30th October 2020,

Azərbaycan qanunvericiliyi

Ξ Leave a comment

Elektron xidmətlərin təşviqi üzrə İctimai Şuranın TƏKLİFLƏRİ

posted by

“2013-2015-ci illərdə dövlət orqanlarında elektron xidmətlərin genişləndirilməsi və “elektron hökumət”in inkişafına dair Dövlət Proqramı”nın hazırlanması ilə bağlı

Elektron xidmətlərin təşviqi üzrə İctimai Şuranın

TƏKLİFLƏRİ
                     

1.    Mərkəzi icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən  real olaraq təqdim olunan bütün xidmətlərin inventarizasiyasını aparmaq. Yalnız elektron formada təqdim olunan xidmətlərin deyil,  Dövlət orqanlarının və bələdiyyələrin  göstərdiyi bütün xidmətlərin vahid Reyestrini ( elektron və oflayn fromada) hazırlamaq. Dövlət orqanlarının göstərdikləri xidmətlərin Reyestrini formalaşdıran, monitorinqini aparan, xidmətlərin göstərilməsi prosedurasını araşdıran və texniki dəstək göstərən qurumların səlahiyyətlərini müəyyən etmək.

2.    Dövlət orqanlarının göstərdikləri xidmətlərin inzibati proseduralarını, xidmətin göstərilməsi üçün tələb olunan əməliyyatları  monitorinq etmək.  Xidmətlərin göstərilməsi üzrə bürokratik proseslərin elektronlaşmasının qarşını alınmaq, artıq olan proseduraları və zərurət olmadan tələb olunan sənədlərin ləğv edilməsi və ya sayının azaldılması üçün təkliflər hazırlamaq. Elektron formada təqdim olunan  xidmətlər üçün daha az vaxtın tələb olunması üçün qanunvericilik aktlarını araşdırmaq və bu istiqamətdə Təkliflər hazırlamaq.

3.    Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən göstərilən xidmətlərin kütləvilik və sosial əhəmiyyətlilik prinsiplərini hazırlamaq. Mərkəzi  icra orqanlarının  Elektron xidmətlər bölməsində kütləvi və sosial əhəmiyyət kəsb edən xidmətlərin siyahısını da  yerləşdirmək.

4.    Konkret hər bir kütləvi və sosial əhəmiyyət kəsb edən xidmətin nə zaman və hansı formada (informativ  və ya interaktiv) elektron formaya keçirilməsi, nə qədər vəsaitin tələb olunması, hansı dövlət qurumlarının bu prosesə aid olması ilə bağlı keçid mərhələlərini əks etdirən Plan hazırlamaq.

5.    Bir neçə Mərkəzi icra orqanının səlahiyyətləri daxilində olan xidmətlərin elektron formaya keçirilməsi ilə bağlı VXSİ Dövlət Agentliyinin xüsusi Təkliflərini hazırlamaq.

6.    Elektron xidmətlərin təşkili il bağlı Qanun  Layihəsini hazırlamaq. Burada dövlət orqanlarında bu prosesin təşkili, xidmətlərin reqlamentləşdirilməsi prinsipləri, elektron portalın konsepsiyası, strukturu və xidmətin normal təqdim edilməsinə cavabdeh operatorlar (kontent və texniki-texnoloji) müəyyən olunur. Hazırda Elektron hökumət quruculuğuna aid olan hüquqi-normativ aktlarda olan müəyyən ziddiyyətlərin, paralelçiliyin və qeyri-müəyyənliyin aradan qaldırmaq üçün Təkliflər hazırlamaq.

7.    Elektron hökumət və informasiyalaşma ilə bağlı işlərin effektiv qurulması məqsədilə hər bir dövlət qurumunda məsul şəxslər müəyyən etmək, strukturları təkmilləşdirmək və bu qurumların dayanıqlığını təmin etmək üçün tədbirlər görmək.

8.    Xidmətlərin elektron formaya keçirilməsi ilə bağlı xərclərin müəyyən olunması və effektiv istifadəsi ilə bağlı  RİTN və VXSİ Dövlət Agentliyinin, müstəqil ekspertlərin iştirakı ilə ekspertiza sistemini hazırlamaq.

9.    Bakı şəhər İH və onun nəzarətində olan dövlət orqanlarının xidmətlərinin elektron formaya keçirilməsi məqsədilə bu qurumların təqdim etdiyi bütün xidmətlərin reyestrini hazırlanmaq.

10.    Elektron hökumət quruculuğu istiqamətində həyata keçirilən dövlət Proqramları və Layihələrində bütün maraqlı tərəflərin iştirakına diqqəti artırmaq, həmçinin İnformasiya əldə edilməsi haqqında Qanunun tələblərinin yerinə yetirilməsi məqsədilə informasiya açıqlığını gücləndirmək.  “Elektron hökumət dövlət informasiya sistemi” Layihəsinin internet resursunu hazırlamaq və bu  “2013-2015-ci illərdə dövlət orqanlarında elektron xidmətlərin genişləndirilməsi və “elektron hökumət”in inkişafına dair Dövlət Proqramı”nın  İnternet resursunu hazırlamaq

11.     “Elektron hökumət” Portalının strukturunu təkmilləşdirmək və yenidən qurmaq.  İnformativ və interaktiv xidmətlərin əldə edilməsi imkanlarını sadələşdirmək. İnformativ xidmətlər üçün qeydiyyat sistemini ləğv etmək.  Xidmətlərin sahələr üzrə,  sosial əhəmiyyətli olması üzrə, aid olduğu qruplar üzrə və s. daha sadə formada əldə edilməsi imkanlarını hazırlamaq.

12.    “Elektron hökumət” Portalının gələcək inkişaf perspektivlərini müəyyən etmək, portalın informasiya infrastrukturunu və məzmununu təkmilləşdirmək, Portaldan informasiya əldə edilməsi məsələlərini tənzimləmək  məqsədilə  əlaqədar qurumların və müstəqil ekspertlərin iştirakı ilə Portalın idarəetmə strukturunu
( Redaksiya Heyətini və ya  İşçi Qrupunu ) formalaşdırmaq.  Portalın idarəetmə strukturu tərəfindən  Portalın fəaliyyət  Reqlamentini hazırlamaq.

13.    Elektron xidmətlərin göstərilməsi üzrə dövlət qulluqçuları üçün, həmçinin xidməti əldə edənlər üçün  metodiki vəsaitlər hazırlamaq. Elektron hökumətin populyarlaşması istiqamətində tədbirlər həyata keçirmək.

14.    Elektron xidmətlərin keyfiyyət göstəricilərini üzrə çıxarmaq üçün Monitorinqlər aparmaq. Ən yaxşı xidmətlər, ən populyar və sosial əhəmiyyətli xidmətlər təklif edən dövlət qurumalarını müəyyən etmək üçün  Müsabiqələr təşkil etmək. Ən yaxşı xidmətlər təklif edən qurumların iş təcrübəsini öyrənmək və təqdim etmək. 

Osman Gündüz
İctimai Şuranın koordinatoru
www.facebook.com/elektronhokumet
twitter.com/elektronhokumet

Qeyd :  Təkliflər   27.03.2013-cü il tarixdə Vətəndaşlara
             Xidmət  və Sosial İnnovasiyalar üzrə
             Dövlət Agentliyinə təqdim olunub

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

    arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

    ARXİV