Friday 19th April 2024,

Xəbərlər

Ξ Leave a comment

2013-2015-ci illərdə dövlət orqanlarında elektron xidmətlərin genişləndirilməsi və “elektron hökumət”in inkişafına dair DÖVLƏT PROQRAMI (Layihə)

posted by informadmin
2013-2015-ci illərdə dövlət orqanlarında elektron xidmətlərin genişləndirilməsi və “elektron hökumət”in inkişafına dair   DÖVLƏT PROQRAMI (Layihə)

Azərbaycan Respublikası Prezidentinin

2013-cü il _______ tarixli _____ nömrəli
Sərəncamı ilə təsdiq edilmişdir

 2013-2015-ci illərdə dövlət orqanlarında elektron xidmətlərin genişləndirilməsi və “elektron hökumət”in inkişafına dair

 DÖVLƏT PROQRAMI

 1. Giriş

Son illər Azərbaycan Respublikasında aparılan uğurlu islahatlar iqtisadiyyatın və sosial sahələrin ən qabaqcıl texnologiyaların tətbiqi ilə modernləşdirilməsinə, biznes mühitinin yaxşılaşdırılmasına, vətəndaşlara yüksəkkeyfiyyətli xidmətlərin göstərilməsinə və ümumilikdə ölkənin hərtərəfli inkişafına şərait yaratmışdır. Nəticədə ölkə iqtisadiyyatı mötəbər beynəlxalq maliyyə qurumlarının qiymətləndirmələrinə əsasən rəqabət qabiliyyətliliyinə görə MDB məkanında 1-ci, dünya miqyasında isə 46-cı yerə yüksəlmişdir.

Respublikada digər sahələrdə olduğu kimi informasiya-kommunikasiya texnologiyalarının (bundan sonra-İKT) inkişafı istiqamətində də düşünülmüş və məqsədyönlü siyasətin ardıcıl həyata keçirilməsi ölkənin sosial-iqtisadi həyatında böyük irəliləyişlərə səbəb olmaqla, dövlət idarəçiliyində müasir meyarlara uyğun təkmilləşdirilmə prosesini sürətləndirmişdir.

Azərbaycan Respublikasında dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, hesabatlılığın təmin edilməsi, ictimaiyyətin iştirakının genişləndirilməsi dövlət idarəçiliyinin inkişafının əsas istiqamətlərindəndir.

“Elektron hökumət”in formalaşdırılması və elektron xidmətlərin inkişaf etdirilməsi dövlət idarəçiliyində, “hökumət-vətəndaş” və “hökumət-biznes” münasibətlərində daha şəffaf və operativ əlaqələrin qurulmasına yönəldilmişdir.

“Elektron-hökumət”in formalaşdırılması və dövlət hakimiyyəti orqanlarında informasiya texnologiyalarının genişmiqyaslı istifadəsi üzrə respublikada aparılan fəaliyyətin əsası Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyevin 2003-cü il 17 fevral tarixli 1146 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)” ilə qoyulmuşdur. Milli Strategiyanın həyata keçirilməsi ilə əlaqədar olaraq müxtəlif sahələrin inkişaf etdirilməsi üzrə qəbul edilmiş çoxsaylı Dövlət proqramlarında İKT-nin tətbiqinə, dövlət orqanları tərəfindən göstərilən xidmətlərin daha keyfiyyətli təşkilinə yönəldilmiş məqsədyönlü tədbirlər nəzərdə tutulmuşdur. Görülmüş işlər nəticəsində bu sahədə davamlı inkişaf təmin edilmiş və Milli Strategiya ilə qarşıya qoyulmuş prioritetlərə nail olmaq üçün mühüm addımlar atılmışdır.

Son illərdə ölkədə informasiya cəmiyyətinin bərqərar olması və onun tərkib hissəsi kimi İKT-nin geniş tətbiq edilməsi istiqamətində sistemli fəaliyyət həyata keçirilir. İKT sahəsinə verilən diqqət və bu sahədə əldə edilmiş uğurlar nəzərə alınaraq, 2013-cü il Azərbaycan Respublikasının Prezidenti tərəfindən “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilmişdir.

Dövlət orqanları tərəfindən göstərilən elektron xidmətlərin genişləndirilməsi və “elektron hökumət”in inkişafının təmin edilməsi üçün elektron xidmətlərin keyfiyyətinin yüksəldilməsi, bu xidmətlərə mobil rabitə, məlumat köşkləri və digər müasir vasitələrlə çıxışın təmin edilməsi, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi zəruridir.

 2. Mövcud vəziyyət

2.1. “Elektron hökumət”in formalaşdırılması üzrə fəaliyyətin əsasını “hökumət- hökumət”, “hökumət-vətəndaş”  və “hökumət-biznes”  münasibətləri təşkil edir.

2.2. “Hökumət-vətəndaş” və “hökumət-biznes” münasibətlərinin lazımi səviyyədə həyata keçirilməsi üçün dövlət orqanları arasında elektron xidmətlərin yüksək səviyyədə olması zəruri əhəmiyyətə malikdir. Dövlət orqanlarının informasiya ehtiyatlarının elektron formada olması, mövcud olan informasiya sistemləri və ehtiyatları arasında inteqrasiyanın təmin edilməsi və məlumat mübadiləsinin elektron mühitdə aparılması “hökumət-hökumət” əlaqələrinin tərkib hissələridir.

2.3. “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanı “elektron hökumət”in formalaşdırılması və elektron xidmətlərin inkişaf etdirilməsi prosesinin daha da geniş vüsət almasına xidmət etmişdir.

2.4. Müxtəlif dövlət orqanlarının xidmətlərinə çıxışı təmin edən “elektron-hökumət” portalı və şlüzünün yaradılması, inzibati reqlamentlərin hazırlanması, bir çox orqanlar üzrə elektron xidmətlərin təşkili, idarədaxili elektron sənəd dövriyyəsinin tətbiqinə başlanılması, elektron imzanın tətbiqi üzrə Açıq Açar İnfrastrukturunun qurulması və Milli Sertifikat Mərkəzinin  yaradılması “elektron-hökumət”in formalaşdırılması sahəsində görülən tədbirlər sırasındadır. Hazırda 39 dövlət orqanının informasiya sistemi “elektron hökumət” portalına qoşulmuşdur və 200-dən artıq elektron xidmət portalda cəmləşdirilmişdir.

2.5. Hal-hazırda Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti onlayn qeydiyyata alınır, ölkəyə gətirilən və aparılan mallar elektron formada bəyan edilir, daşınmaz əmlakla bağlı sənədlərin, müxtəlif fəaliyyət növlərinə lisenziyaların, icazələrin verilməsi, pensiya və ünvanlı sosial yardımların təyinatı, telefon çəkilişi və internetə qoşulmaq üçün müraciətlərin və tələb olunan sənədlərin qəbulu elektron formada həyata keçirilir.

2.6. “Elektron-hökumət”in formalaşdırılması  sahəsində müvafiq işlərin görülməsinə baxmayaraq, dövlət orqanlarında İKT-nin tətbiqi ilə əlaqədar aşağıdakı bir sıra vacib məsələlərin həlli qalmaqdadır:

2.6.1. dövlət orqanlarının kağız və digər maddi daşıyıcılar üzərində mövcud olan məlumatlarının elektron formaya keçirilməsi və müvafiq informasiya sistemlərinin yaradılması;

2.6.2. dövlət orqanlarının mövcud informasiya sistemləri və  ehtiyatlarının (məlumat bazalarının, məlumat-axtarış sistemlərinin, reyestrlərin və digər informasiya resurslarının) “elektron hökumət” portalına inteqrasiyası və onlar arasında informasiya mübadiləsinin portalın şlüzü vasitəsilə təmin edilməsi;

2.6.3. informasiya sistemləri və ehtiyatlarının formalaşdırılması ilə bağlı vahid təşkilati texniki tələblərin müəyyənləşdirilməsi;

2.6.4. müxtəlif informasiya sistemlərində və ehtiyatlarında eyni məlumatların təkrar daxil edilməsinin qarşısının alınması;

2.6.5. dövlət orqanlarının informasiya sistemləri və  ehtiyatları arasında informasiya mübadiləsinin səmərəliliyinin artırılması məqsədi ilə fərdi identifikasiya nömrələrinin tətbiqi;

2.6.6. informasiya ehtiyatlarından istifadənin ünvanlılığının təmin edilməsi, təhlükəsizliyinin artırılması və fərdi məlumatların mühafizəsi məqsədi ilə elektron imza sertifikatından istifadə edilməsi.

2.7. Ölkədə elektron xidmətlərin geniş tətbiqinin təmin edilməsi üçün bu sahədə işlərin mərkəzi icra hakimiyyəti orqanları ilə yanaşı yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarında da aparılması zəruridir. Hazırda yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarında İKT-nin tətbiqinin digər dövlət orqanlarına nisbətən geri qalması bu qurumların elektron xidmətlər göstərməsini ləngidən əsas səbəblərdəndir. Yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin İKT-nin tətbiqi ilə səmərəliliyinin artırılması, onlar tərəfindən elektron xidmətlərin təşkili və “elektron hökumət” infrastrukturlarına inteqrasiyasının təmin edilməsi üçün bir sıra hüquqi, texniki və təşkilati məsələlər öz həllini tapmalıdır.

2.8. Modern və çevik idarəetmənin təmin edilməsi, dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması, şəffaflığının təmin edilməsi və bürokratik əngəllərin aradan qaldırılması üçün “elektron hökumət”in inkişafı və əhaliyə elektron xidmətlərin göstərilməsi istiqamətində tədbirlərin davam etdirilməsi zəruridir. Bu sahədə yuxarıda qeyd edilən işlər davam etdirilməklə normativ hüquqi baza inkişaf etdirilməli və dövlət orqanlarının informasiya sistemlərinin və ehtiyatlarının yaradılması təmin olunmalıdır. Eyni zamanda, mövcud informasiya ehtiyatlarının təkmilləşdirilməsi və məlumatların vahidliyinin təmin olunması, dövlət informasiya ehtiyatlarına məlumatların daxil edilməsinin reqlamentləşdirilməsi, elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsi və xidmətlərin göstərilməsinin sadələşdirilməsi vacibdir.

 3. Dövlət Proqramının məqsədi

 3.1. Dövlət Proqramının məqsədi “elektron hökumət”in formalaşdırılması və elektron xidmətlərin təkmilləşdirilməsi istiqamətində ölkədə indiyədək aparılmış işlərin davam etdirilməsi, bu sahədə ardıcıl və məqsədyönlü addımların atılması ilə müasir informasiya cəmiyyətinin tələblərinin təmin edilməsidir.

3.2. Dövlət Proqramında qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün aşağıdakı məsələlərin həlli nəzərdə tutulur:

3.2.1. sahə üzrə normativ hüquqi bazanın təkmilləşdirilməsi;

3.2.2. dövlət orqanlarının zəruri informasiya sistemləri və ehtiyatlarının müəyyənləşdirilmiş tələb və standartlara uyğun qaydada yaradılması, inteqrasiyası, təhlükəsizliyinin təmin edilməsi və mövcud informasiya sistemləri və ehtiyatlarının təkmilləşdirilməsi;

3.2.3. dövlət orqanlarının informasiya sistemləri və ehtiyatları arasında məlumat mübadiləsi prosesinin təkmilləşdirilməsi (vahid informasiya fəzasının yaradılması);

3.2.4. modern və çevik idarəetmənin təmin edilməsi, dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması, şəffaflığının təmin edilməsi və bürokratiyanın aradan qaldırılması ilə “hökumət-vətəndaş” münasibətlərində yeni müstəviyə keçidin təmin edilməsi, vətəndaş məmnunluğunun artırılması;

3.2.5. əhaliyə elektron xidmətlərin göstərilməsinin keyfiyyətinin və əlçatan olmasının artırılması,  əhatə dairəsinin genişləndirilməsi;

3.2.6. yerli özünüidarəetmə orqanları tərəfindən elektron xidmətlərin göstərilməsi.

 4. Dövlət Proqramının əsas istiqamətləri

 4.1. “Elektron hökumət”in inkişafı istiqaməti aşağıdakılardan ibarətdir:

4.1.1. “elektron hökumət” infrastrukturunun inkişaf etdirilməsi;

4.1.2. dövlət orqanlarının informasiya sistemləri və  ehtiyatları arasında məlumat mübadiləsinin təkmilləşdirilməsi;

4.1.3. “elektron hökumət” portalının təkmilləşdirilməsi və ondan səmərəli istifadənin təmin edilməsi;

4.1.4. İKT sahəsində kadr potensialının gücləndirilməsi;

4.1.5. vətəndaşların “elektron hökumət” üzrə məlumatlılıq səviyyəsinin yüksəldilməsi;

4.1.6. dövlət qulluqçularının İKT biliklərinin artırılması üzrə təlimlərin keçirilməsi;

4.1.7. müvafiq sahə üzrə qanunvericiliyin təkmilləşdirilməsi.

4.2. İnformasiya sistemlərinin və ehtiyatlarının yaradılması və təkmilləşdirilməsi istiqaməti aşağıdakılardan ibarətdir:

4.2.1. informasiya sistemlərinin monitorinqinin həyata keçirilməsi;

4.2.2. sahələr üzrə dövlət orqanlarının zəruri informasiya sistemlərinin və ehtiyatlarının yaradılması və mövcud informasiya ehtiyatlarının təkmilləşdirilməsi;

4.2.3. fərd haqqında olan məlumatların Fərdi İdentifikasiya Nömrəsi (FİN) ilə əlaqələndirilməsi;

4.2.4. yerli özünüidarəetmə orqanlarının zəruri informasiya sistemlərinin və ehtiyatlarının yaradılması   və mövcud informasiya ehtiyatlarının təkmilləşdirilməsi.

4.3. Elektron xidmətlərin təkmilləşdirilməsi istiqaməti aşağıdakılardan ibarətdir:

4.3.1. dövlət orqanlarında elektron xidmətlərin təşkili və göstərilməsi üzrə qiymətləndirmələrin davam etdirilməsi və elektron xidmətlərin təşkili və göstərilməsinin təkmilləşdirilməsi (şəklə uyğun olaraq);

4.3.2. elektron xidmətlərin portativ (mobil) qurğular üzərindən həyata keçirilməsi (mobil xidmətlər), elektron ödənişin genişləndirilməsi;

4.3.3. yerli özünüidarəetmə orqanlarında elektron xidmətlərin tətbiqi və inkişaf etdirilməsi;

4.3.4. elektron imzadan istifadənin  genişləndirilməsi və mobil imzanın tətbiqi.

            5. Gözlənilən nəticələr

 5.1. Dövlət Proqramının həyata keçirilməsindən gözlənilən nəticələr  aşağıdakılardır:

5.1.1. “elektron hökumət”in inkişafına və dövlət orqanlarının əhaliyə beynəlxalq standartlara uyğun elektron xidmətlər göstərməsinə şərait yaradan normativ hüquqi baza formalaşdırılacaq;

5.1.2. elektron xidmətlərin göstərilməsi zamanı istifadə olunan informasiya ehtiyatlarının və onlardan əldə edilməsi zəruri olan məlumatların tərkibinin müəyyən olunması və bu məlumatların “elektron hökumət” portalı vasitəsilə istifadəsi təmin ediləcək;

5.1.3. dövlət orqanlarının informasiya ehtiyatlarının elektron formaya keçirilməsinin sürətləndirilməsi təmin ediləcək;

5.1.4. dövlət informasiya ehtiyatlarının və sistemlərinin vahid tələblər əsasında yaradılması, inteqrasiyası və təhlükəsizliyi təmin ediləcək;

5.1.5. vahid informasiya fəzası formalaşdırılacaq;

5.1.6. “elektron hökumət” portalının işi təkmilləşdiriləcək, elektron xidmətlərdən istifadə sadələşdiriləcək və dövlət idarəçiliyində müasir texnologiyaların tətbiqi genişləndiriləcək;

5.1.7. dövlət orqanları arasında elektron xidmətlərin inkişaf etdirilməsi, vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin və əlçatan olmasının artırılması, əhatə dairəsinin genişləndirilməsi təmin ediləcək;

5.1.8. yerli özünüidarəetmə orqanları tərəfindən elektron xidmətlərin göstərilməsi təmin ediləcək;

5.1.9. inzibati proseslərin təkmilləşdirilməsi və hesabatlılığın gücləndirilməsi  yolu ilə vətəndaş məmnunluğu artırılacaq və “hökumət-vətəndaş” münasibətlərində yeni müstəviyə keçid təmin ediləcək;

5.1.10. dövlət orqanları tərəfindən xidmətlərin İKT-nin nailiyyətlərindən istifadə edilməklə, həyata keçirilməsi nəticəsində izafi xərclər ixtisar ediləcəkdir.

______________________

 

6. Dövlət Proqramının həyata keçirilməsi üzrə

 

TƏDBİRLƏR PLANI

Sıra №-si

Tədbirin adı

İcra müddəti (illər üzrə)

İcraçı təşkilatlar

1

2

3

4

6.1. Sahə üzrə normativ hüquqi bazanın təkmilləşdirilməsi

6.1.1.

“Dövlət informasiya sistemləri və ehtiyatları haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinin hazırlanması

2013

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi

6.1.2.

İnformasiya ehtiyatları və sistemlərinin yaradılması və idarə edilməsi ilə bağlı standartların müəyyən olunması

2014

Standartlaşdırma və Patent üzrə Dövlət Komitəsi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

6.1.3.

Elektron xidmətlərin təşkili və göstərilməsi ilə bağlı mövcud qanunvericiliyin təkmilləşdirilməsi üzrə tədbirlərin görülməsi

2013-2015

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi

6.1.4.

Dövlət informasiya ehtiyatlarının və fərdi məlumatların informasiya sistemlərinin monitorinqi Qaydalarının hazırlanması və tətbiq edilməsi

2013-2014

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi,

1

2

3

4

6.1.5.

Elektron xidmətlərin göstərilməsi zamanı istifadə olunan informasiya ehtiyatlarının və onlardan əldə edilməsi zəruri olan məlumatların tərkibinin müəyyən olunması və bu məlumatların “elektron hökumət” portalı vasitəsilə istifadəsi və mübadiləsi üzrə reqlamentin hazırlanması

2013

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, aidiyyəti dövlət orqanları

6.1.6.

İnformasiya ehtiyatlarında olan məlumatların təkrarlanmasının qarşısının alınmasıvə müstəsnalığının təmin edilməsi məqsədi ilə onların informasiya ehtiyatlarına daxil edilməsi üzrə vahid qaydaların hazırlanması

2013

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, aidiyyəti dövlət orqanları

6.2. Sahələr üzrə məlumatların elektronlaşdırılması və informasiya ehtiyatlarının yaradılması

6.2.1.

Arxiv Fondunun elektronlaşdırılması

mütəmadi

Milli Arxiv İdarəsi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

6.2.2.

Daşınmaz əmlakla bağlı məlumatlarınelektronlaşdırılması və aidiyyəti informasiyaehtiyatlarının yaradılması

mütəmadi

Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

6.2.3.

Tikintilərin Dövlət reyestrinin aparılması ilə bağlı məlumatların elektronlaşdırılması və aidiyyəti informasiya ehtiyatlarının yaradılması

mütəmadi

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, yerli icra hakimiyyəti orqanları

6.2.4.

Məhkəmə sistemi üzrə məlumatlarınelektronlaşdırılması və aidiyyəti informasiyaehtiyatlarının yaradılması

 

mütəmadi

Ədliyyə Nazirliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

1

2

 

 

3

4

6.2.5.

Əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələri üzrə məlumatların elektronlaşdırılması və aidiyyəti informasiya ehtiyatlarının yaradılması

mütəmadi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

6.2.6.

Səhiyyə sistemi üzrə məlumatların elektronlaşdırılması və aidiyyəti informasiya ehtiyatlarının yaradılması    

mütəmadi

Səhiyyə Nazirliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

6.2.7.

Müəllif hüquqları və digər əqli mülkiyyət hüquqları, rəsmi statistika, standartlaşdırma və metrologiya sahələri üzrə məlumatların elektronlaşdırılması və aidiyyəti informasiya ehtiyatlarının yaradılması

mütəmadi

Müəllif Hüquqları Agentliyi, Dövlət Statistika Komitəsi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

6.2.8.

Təhsil, elm, mədəniyyət və turizm, gənclər, idman və bədən tərbiyəsi sahələri üzrə məlumatların elektronlaşdırılması və aidiyyəti informasiya ehtiyatlarının yaradılması 

mütəmadi

Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Müəllif Hüquqları Agentliyi, Tələbə Qəbulu üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyi, Ali Attestasiya Komissiyası, Milli Elmlər Akademiyası, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

6.2.9.

Ədliyyə, notariat, hüquq mühafizə sistemləri üzrə məlumatların elektronlaşdırılması və  aidiyyəti informasiya ehtiyatlarının yaradılması

mütəmadi

aidiyyəti dövlət orqanları, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

6.2.10.

Kənd təsərrüfatı, torpaq və xəritəçəkmə, təbii sərvətlər və ekologiya sahələri üzrə məlumatların elektronlaşdırılması və aidiyyəti informasiya ehtiyatlarının yaradılması

mütəmadi

Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

1

2

3

4

6.2.11.

Rabitə sahəsi ilə bağlı məlumatlarınelektronlaşdırılması və aidiyyəti informasiyaehtiyatlarının yaradılması

mütəmadi

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

6.2.12.

İqtisadiyyat, o cümlədən, sənaye və ticarət, nəqliyyat, maliyyə  və  qiymətli  kağızlar  sahələri  üzrə məlumatların elektronlaşdırılması və aidiyyəti informasiya  ehtiyatlarının  yaradılması

mütəmadi

İqtisadi İnkişaf Nazirliyi, Sənaye və Energetika Nazirliyi, Nəqliyyat Nazirliyi, Maliyyə Nazirliyi, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Dövlət Mülki Aviasiya Administrasiyası, Dövlət Dəniz Administrasiyası, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

6.2.13.

Vətəndaşlıq, miqrasiya və konsulluq xidmətləri üzrə məlumatların elektronlaşdırılması və aidiyyəti informasiya ehtiyatlarının yaradılması

mütəmadi

Dövlət Miqrasiya Xidməti, Xarici İşlər Nazirliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

6.2.14.

Ailə, qadın, uşaq problemləri, dini qurumlar, qaçqın və məcburi köçkünlərlə iş sahələri üzrə məlumatların elektronlaşdırılması və aidiyyəti informasiya ehtiyatlarının yaradılması

mütəmadi

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

6.2.15.

Dövlət qulluğu və hərbi çağırış üzrə məlumatların elektronlaşdırılması və aidiyyəti informasiya ehtiyatlarının yaradılması

mütəmadi

Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

6.2.16.

Diasporla iş üzrə məlumatların elektronlaşdırılması və aidiyyəti informasiya ehtiyatlarının yaradılması

mütəmadi

Diasporla İş üzrə Dövlət Komitəsi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

1

2

3

4

4

6.3. Dövlət orqanlarında elektron xidmətlərin genişləndirilməsi

6.3.1.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı” ilə müəyyən edilmiş elektron xidmətlərin təşkilinin başa çatdırılması, onların göstərilməsinin optimallaşdırılması və keyfiyyətinin yüksəldilməsi üçün tədbirlərin görülməsi

2013-2014

aidiyyəti mərkəzi icra hakimiyyəti orqanları

6.3.2.

Dövlət orqanlarında elektron xidmətlərin təşkili və göstərilməsi üzrə qiymətləndirmənin aparılması ilə bağlı ictimaiyyətin məlumatlandırılması

mütəmadi

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi

6.3.3.

Dövlət orqanları tərəfindən göstərilən xidmətlərin iş prosesinin öyrənilməsi və sadələşdirilməsi ilə bağlı tədbirlərin görülməsi

2013-2014

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, aidiyyəti dövlət orqanları

6.3.4.

Sosial və kütləvi əhəmiyyətli xidmətlərin müəyyən olunması və onların elektronlaşdırılmasının təmin edilməsi

2013-2015

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, aidiyyəti dövlət orqanları

6.3.5.

Dövlət qurumları, yerli icra hakimiyyəti orqanları və yerli özünüidarəetmə orqanları tərəfindən göstərilən dövlət xidmətlərinin  reyestrinin yaradılması

2013-2014

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, aidiyyəti dövlət orqanları, yerli icra hakimiyyəti orqanları və yerli özünüidarəetmə orqanları

6.3.6.

Xidmətlərin elektron formada təşkili ilə bağlı dövlət orqanlarına metodiki və əməli köməkliyin göstərilməsi

2013-2014

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, aidiyyəti dövlət orqanları

6.3.7.

Sosial şəbəkələr vasitəsilə elektron xidmətlər göstərilməsi imkanlarının araşdırılması və müvafiq təkliflərin hazırlanması

2013

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

1

2

3

4

6.4. Sahələr üzrə “elektron hökumət” həllərinin tətbiqi

6.4.1.

Elektron ədliyyə (e-ədliyyə) sisteminin qurulması:

6.4.1.1.

Elektron məhkəmə (e-məhkəmə) sisteminin yaradılması

2013-2014

Ədliyyə Nazirliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

6.4.1.2.

Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinin formalaşdırılması

2013-2014

Ədliyyə Nazirliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

6.4.1.3.

Elektron notariat (e-notariat) informasiya sisteminin yaradılması

2013-2014

Ədliyyə Nazirliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

6.4.1.4.

“Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminin yenidən qurulması

2014

Ədliyyə Nazirliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

6.4.2.

Daşınmaz əmlak sahəsi üzrə informasiya sistemlərinin qurulması:

6.4.2.1.

Daşınmaz əmlakın qeydiyyatı, kadastrı və idarə edilməsi informasiya sistemlərinin yaradılması

2013-2014

Əmlak Məsələləri Dövlət Komitəsi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

6.4.2.2.

Ünvan Reyestri İnformasiya Sisteminin dəstəklənməsi və təkmilləşdirilməsi

2013-2015

Əmlak Məsələləri Dövlət Komitəsi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

6.4.3.

Elektron təhsil (e-təhsil) sisteminin təkmilləşdirilməsi

2013-2014

Təhsil Nazirliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

6.4.4.

Elektron gömrük (e-gömrük) sisteminin təkmilləşdirilməsi

2013-2015

Dövlət Gömrük Komitəsi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

6.4.5.

Elektron viza (e-viza) sisteminin yaradılması

2013-2014

Xarici İşlər Nazirliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

6.4.6.

Elektron səhiyyə (e-səhiyyə) sisteminin təkmilləşdirilməsi

2013-2015

Səhiyyə Nazirliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

1

2

3

4

6.4.7.

Elektron parkinq (e-parkinq) sisteminin yaradılması

2013-2014

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, aidiyyəti təşkilatlar

6.4.8.

Elektron sığorta (e-sığorta) sisteminin yaradılması

2014-2015

Maliyyə Nazirliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

6.4.9.

Elektron mədəniyyət (e-mədəniyyət) həllərinin yaradılması:

6.4.9.1.

muzeylərin vahid avtomatlaşdırılmış sisteminin yaradılması

2013-2014

Mədəniyyət və Turizm Nazirliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

6.4.9.2.

tarix və mədəniyyət abidələrinin, monumental abidələrin reyestrinin yaradılması

2013-2015

Mədəniyyət və Turizm Nazirliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

6.4.9.3.

daşınar və daşınmaz abidələrin reyestrinin yaradılması

2013-2015

Mədəniyyət və Turizm Nazirliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

6.4.9.4.

CİS naviqasiya sisteminin (gomap.az) dəstəklənməsi və təkmilləşdirilməsi

2013-2015

 

Mədəniyyət və Turizm Nazirliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, aidiyyəti dövlət orqanları

6.4.10.

Elektron dövlət satınalma (e-satınalma) sisteminin yaradılması və tətbiqi

2013-2015

Satınalmalar üzrə Dövlət Agentliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

6.4.11.

Əmək və əhalinin sosial müdafiəsi üzrə informasiya sistemlərinin yaradılması:

6.4.11.1.

respublika üzrə iş yerlərinin reyestrinin yaradılması

2014-2015

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

1

2

3

4

6.4.11.2.

ümumrespublika vakansiya reyestrinin yaradılması

2014-2015

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

6.4.12.

Milli Məkan Məlumatları İnfrastrukturu üçün elektron kartoqrafik əsasın yaradılması

2013-2014

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

6.4.13.

Avtomatlaşdırılmış  torpaq  kadastrı  informasiya sisteminin yaradılması

2013-2014

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

6.4.14.

Elektron müəllif hüquqları (e-copyright) sisteminin yaradılması

2013-2015

Müəllif Hüquqları Agentliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

6.4.15.

Rəqəmli şəbəkədə müəlliflik hüququ və əlaqəli hüquqları idarəetmə sisteminin yaradılması

2013-2015

Müəllif Hüquqları Agentliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

6.4.16.

Elektron vergi sisteminin (e-vergi) təkmilləşdirilməsi

2013-2015

Vergilər Nazirliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

6.4.17.

Elektron kənd təsərrüfatı (e-kənd təsərrüfatı) sisteminin yaradılması və dəstəklənməsi

2013-2015

Kənd Təsərrüfatı Nazirliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

6.5. “Elektron hökumət” portalı vasitəsilə informasiya mübadiləsinin təşkili və portalın inkişaf etdirilməsi

6.5.1.

Dövlət informasiya ehtiyatlarında fərdi identifikasiya nömrəsinin tətbiqinin təmin edilməsi

2013

aidiyyəti dövlət orqanları

1

2

3

4

6.5.2.

Dövlət orqanlarının informasiya ehtiyatlarının və informasiya sistemlərinin təhlükəsizliyinin təmin edilməsi

mütəmadi

Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, aidiyyəti dövlət orqanları

6.5.3.

Dövlət orqanlarının vahid konfidensial multiservis şəbəkəsinin inkişaf etdirilməsi

2013-2015

Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi

6.5.4.

Dövlət orqanlarının elektron xidmətlərlə bağlı olan informasiya ehtiyatlarının və informasiya sistemlərinin “elektron hökumət” portalına inteqrasiyasının təmin edilməsi

2013-2015

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, aidiyyəti dövlət orqanları

6.5.5.

Dövlət orqanlarının elektron xidmətlərlə bağlıolan informasiya ehtiyatları arasında məlumat mübadiləsinin “elektron hökumət” portalı vasitəsilə həyata keçirilməsinin təmin olunması

2013-2014

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi,  Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi, aidiyyəti dövlət orqanları

6.5.6.

Dövlət informasiya ehtiyatlarının və fərdi məlumatların informasiya sistemlərinin reyestrə daxil edilməsi üçün tədbirlərin görülməsi

2013-2014

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, aidiyyəti dövlət orqanları və digər qurumlar

1

2

3

4

6.5.7.

Dövlət orqanlarının daxili elektron sənəd dövriyyəsi sisteminin qurulması prosesinin yekunlaşdırılması

2013-2014

Aidiyyəti dövlət orqanları, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

6.5.8.

“Elektron hökumət” portalının təhlükəsizliyi ilə bağlı tədbirlərin görülməsi

mütəmadi

Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi

6.5.9.

“Elektron hökumət” portalı vasitəsilə təqdim olunan xidmətlərin sayının və keyfiyyətinin artırılması üçün tədbirlərin görülməsi

2013-2014

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, aidiyyəti dövlət orqanları

6.5.10.

“Elektron hökumət” portalının mobil versiyasının hazırlanması

2014-2015

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, aidiyyəti dövlət orqanları

6.5.11.

“Elektron hökumət” portalının gözdən əlil insanların istifadəsi üçün uyğunlaşdırılması

2014

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi

6.5.12.

Portalda qeydiyyatdan keçən hər bir istifadəçi üçün şəxsi kabinetin təşkil edilməsi

2013

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

6.5.13.

 “Elektron hökumət” portalı vasitəsilə dövlət orqanlarına ünvanlanan təklif, ərizə və şikayətlərin uçot və analizi mexanizmlərinin tətbiq olunması

2014-2015

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi

1

2

3

4

6.5.14.

Göstərilən xidmətlərə görə nəzərdə tutulan ödənişlərin, inzibati cərimələrin və digər icbari ödənişlərin “elektron hökumət” portalı və digər internet ehtiyatları, portativ (mobil) qurğular vasitəsilə həyata keçirilməsi üçün tədbirlərin görülməsi

2013-2014

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, aidiyyəti dövlət orqanları

6.5.15.

Dövlət orqanları tərəfindən elektron xidmətlərin həyata keçirilməsində iştirak edən əməkdaşların e-imza ilə təmin edilməsi

2013

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və aidiyyəti dövlət orqanları

6.5.16.

E-imzanın geniş əhali kütlələri arasında yayılmasının təmin edilməsi üçün tədbirlərin görülməsi

2013-2014

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və aidiyyəti dövlət orqanları

6.6. Yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarında elektron hökumət həllərinin tətbiqi

6.6.1.

Yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarında İKT-nin tətbiqi və elektron xidmətlərin təşkili üzrə Konsepsiyanın işlənilməsi

2014

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Ədliyyə Nazirliyi, aidiyyəti yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları

6.6.2.

Yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları üzrə xidmətlərin siyahısının müəyyən olunması və inzibati reqlamentlərin işlənilməsi

2013-2014

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Ədliyyə Nazirliyi, yerli icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları

1

2

3

4

6.6.3.

Yerli icra hakimiyyəti orqanları üzrə mövcud olan məlumatların elektronlaşdırılması və e-xidmətlərin təşkili ilə bağlı pilot layihənin həyata keçirilməsi

2014-2015

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, aidiyyəti yerli icra hakimiyyəti orqanları

6.6.4.

Yerli özünüidarəetmə sistemi üzrə mövcud olan məlumatların elektronlaşdırılması və e-xidmətlərin təşkili ilə bağlı pilot layihənin həyata keçirilməsi

2014-2015

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Ədliyyə Nazirliyi və aidiyyəti yerli özünüidarəetmə orqanları

6.7. İKT sahəsində kadr potensialının gücləndirilməsi

6.7.1.

Dövlət orqanlarında İT sahəsində çalışan mütəxəssislərlə bağlı monitorinqin aparılması, nəticəyə uyğun olaraq müvafiq təkliflərin hazırlanması və həyata keçirilməsi

2013

Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, aidiyyəti qurumlar

6.7.2.

“Elektron hökumət” üzrə məlumat kitabçalarının, terminoloji lüğətlərin və digər metodiki vəsaitlərin hazırlanması

2013-2015

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası

6.7.3.

“Elektron hökumət” tədris mərkəzlərinin yaradılması

2013-2014

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

6.7.4.

Dövlət orqanlarının əməkdaşları üçün İT təlimlərin keçirilməsi

Mütəmadi

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası

1

2

3

4

6.8. “Elektron hökumət”in təşviqi və ondan istifadə imkanlarının artırılması

6.8.1.

Əhalinin elektron xidmətlərdən istifadəsinin təşviq edilməsi

mütəmadi

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, aidiyyəti dövlət orqanları

6.8.2.

Əhalinin “elektron hökumət” və elektron xidmətlərdən istifadə üzrə məlumatlılıq səviyyəsinin yüksəldilməsi, KİV vasitəsilə təbliğat və təşviqat işlərinin aparılması

mütəmadi

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və aidiyyəti dövlət orqanları

6.8.3.

Kibertəhlükəsizlik  sahəsində  maarifləndirmənin yüksəldilməsi üçün tədbirlərin görülməsi

mütəmadi

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, aidiyyəti dövlət orqanları

6.8.4.

Əhalinin elektron xidmətlərə çıxış imkanlarının artırılması üçün ictimai elektron müraciət terminallarının, informasiya köşklərinin tətbiqinin genişləndirilməsi

2013-2015

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi

6.8.5.

“Elektron hökumət”  sahəsində  qeyri-hökumət təşkilatları ilə və  beynəlxalq qurumlarla əməkdaşlığın genişləndirilməsi

2013-2015

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi,  Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və aidiyyəti dövlət orqanları

____________________________

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV