Thursday 25th April 2024,

2013

Ξ Leave a comment

Ədliyyə Nazirliyinin www.justice.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by informadmin
Ədliyyə Nazirliyinin www.justice.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

Azərbaycan Respublikası Əldiyyə Nazirliyinin rəsmi intenret ünvanı olan www.justice.gov.az saytı çox səliqəli və nizamlı qaydada hazırlanmışdır. Sayt məlumat bolluğu və vətəndaş cəmiyyətinə açıqlığı ilə diqqəti cəlb edir. Saytda vətəndaşların qəbulu, nazirliyin rəhbərindən başlayaraq, struktur və təşkilatlarının bütün əks-əlaqə vasitələri verilmişdir. Saytın ön səhifəsində gözəgələn yerdə qaynar xətt, e-poçt və dövlət rüsumu bölmələrinin verilməsi çox təqdirəlayiqdir. Beləliklə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin saytında vəziyyət belədir:

1. Saytın tarixi bölməsində nazirliyin tarixi haqqında bilgilərlə yanaşı, nazirliyin muzeyinin bloqu mövcuddur və bu bloqda muzeydə olan eksponatların sayı, fotoşəkilləri, həmçinin, muzeyin tarixi barəsində bilgilərə rast gəlinir. Saytda cənab nazirdən  başlayaraq, aparat rəhbərliyi, kollegiya və bütün strukturların rəhbərləri haqqında geniş məlumatlara və əlaqə vasitələrinə rast gəlinir. Qurum rəhbərinin telefon nömrələri və e-poçt ünvanı birbaşa tərcümeyi-halının altında yazılıb ki, bu, təqdirəlayiq haldır. Qurumun əsasnamə və məramnaməsi də dolğundur.

2. Nazirliyin, struktur təşkilatlarının və alt qurumların, həmçinin region təşkilatlarının dəqiq ünvanlarını, telefon nömrələrini və elektron-poçt ünvanlarını saytdan rahatlıqla əldə etmək mümkündür. Saytda qurumun ünvanı xəritədə göstərilib, bircə, həmin ünvanlara gəlmək üçün nəqliyyat marşrutları göstərilməyib.

3. Saytın strukturu aydın şəkildə və kifayət qədər dolğun şəkildə  təqdim olunub. Həmçinin, alt bölmələr və regional struktur da onların rəhbərlərinin əlaqə vasitlələri ilə birlikdə təqdim olunub. Qurumun “Qeydiyyat və Notariat” Baş İdarəsinin ayrıca saytı fəaliyyət göstərir. Saytda qurumun rəhbərinin yerlərdə vətəndaşlarla görüşünün videoçəkilişləri yerləşdirlib ki, bu da saytı həm dolğun edir, həm də nazirliyin vətəndaşlara açıqlığını nümayiş etdirir.

4. Qurumun saytında nazir və onun müavinləri, həmçinin, struktur rəhbərləri haqda dolğun avtobioqrafik məlumatlar və hər birinin ayrı-ayrılıqda əlaqə vasitələri telefon nömrələri və e-poçt ünvanları mövcuddur.

5. Saytda mətbuata verilən açıqlamalar, vətəndaşlarla qurum rəhbərinin görüşü haqda əvvəlcədən verilmiş elanlara və görüşün videoçəkilişləri verilib.

6. Saytda qurumun büdcəsinə və onun icrası barədə bilgiyə də rast gəlmədik.

7. Dövlət qurumu tərəfindən təklif olunan xidmətlər kifayət qədərdir. Bu xidmətlərin dövlət rüsumları, elektron xidmətlərdən istifadə qaydaları, qaynar xətt və onlayn müraciətlə bağlı bir neçə e-poçt göstərilib.

8. Qurum işə qəbulla bağlı vakansiyaları, elan və müsabiqə şərtlərini tez-tez yeniləyir. İşə qəbulla bağlı boş yerlər haqqında bilgilər var və işə qəbul proseduru izah olunur.

9. Qurum rəhbərliyinin əmək haqqı və tarif stavkası göstərilməyib.

10. Nazirliyin saytında cənab nazirin vətəndaşlarla açıq qapı günləri keçirməsi, vətəndaşları qəbulu haqda ətraflı materiallar yer alıb (foto və videoçəkilişlər), bundan başqa sual-cavab bölümündə vətəndaşları maraqlandıran suallara cavab verilib. Həmçinin, qurum rəhbərliyi tərəfindən vətəndaşların qəbul günləri və saatları göstərilib.

11. Tenderlər haqqında elanlar saytda verilib. Tenderlərin arxivi də mövcuddur. Amma tenderlərin nəticələrinə və bu nəticələrin mübahisəli həlli qaydalarına  rast gəlmədik.

12. Dövlət qurumunun norma yaratma fəaliyyəti, normativ aktların layihələri mövcuddur.

13. Dövlət qurumunun internet resursu mövcud qaydalara uyğundur. Domen və sayt daxilində axtarış, saytdan istifadə rahatlığı var, amma sosial şəbəkələrdə qurumun səhifəsi olsa da, çox aktiv sayıla bilməz. Abunə imkanları yoxdur, həmçinin sosial şəbəkəyə birbaşa çıxışı yoxdur.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV