Tuesday 23rd April 2024,

2013

Ξ Leave a comment

Dövlət Statistika Komitəsinin www.stat.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by informadmin
Dövlət Statistika Komitəsinin www.stat.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi əvvəlki domen ünvanını (www.azstat.org) ünvanı dəyişərək www.stat.gov.az olmuşdur.  Sayt dolğun və daha funksional şəkildə təqdim edilməkdədir. Saytda bir sıra məsələlər üzrə e-xidmətlər təklif olunur. Bir sıra bölmələr üzrə bilgilər tam və dolğundur. Sayt özü bütövlükdə zəngindir.  Ümumilikdə yaxşı təsir bağışlasa da saytda bəzi bölmələr üzrə heç bir bilginin olmaması da diqqətdən qaçmır. Misal üçün, qurumun büdcəsi haqqında heç bir bilgi verilmir. Bütövlükdə isə saytın durumu aşağıdakı kimidir:

1. Qurumun tarixi haqqında dolğun məlumat verilir.

2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün ümumi imkanlar (qurumun yerləşdiyi ünvan, telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları) təqdim edilir. Burada yalnız quruma gəlmək üçün ictimai nəqliyyat haqqında bilgilər çatışmır.

3. Qurumun strukturu haqqında qurumun strukturunun ümumi sxemi və qurumun tabeliyindəki informasiya sistemləri haqqında bilgilər tam şəkildə təqdim olunur. Digər bilgilər (aparat, qurumun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin tam ünvanları və struktur bölmələrinin səlahiyyət çərçivələri) haqqında da dolğun məlumat təqdim edilir.

4. Qurumun rəhbəri haqda bioqrafik bilgilər, həmçinin şəxsən onunla əlaqə saxlamaq üçün telefon nömrələri, e-poçt ünvanı və qəbul günləri  göstərilib. Rəhbərin müavinləri, struktur şöbələrinin rəhbərləri haqda geniş məlumat, əlaqə, əks-əlaqə vasitələri, e-poçt ünvanları, region şöbələrinin ünvanları, əlaqə vasitələri və e-poçt ünvanları mövcuddur.

 5. Qurumun cari fəaliyyəti haqqında informasiyalar yetərli sayıla biləcək qədərdir.

6. Təəssüf ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında heç bir bilgi saytda əks etdirilmir.

7. Qurum tərəfindən təklif edilən xidmətlər barədə qurumun təklif etməli olduğu mütləq xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, onlayn müraciət imkanı, qaynar xətt və xidmətlərdən istifadə qaydaları haqqında bilgilər öz əksini tapmışdır. Qurum tərəfindən təklif edilən əlavə xidmətlər barədə bilgilər də mövcuddur.

8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında işə qəbulun norma və qaydaları barədə bilgilər təqdim edilir.  İşə qəbulla bağlı komissiyalar haqqında, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar, boş iş yerləri haqqında elanların arxivi barədə də dolğun məlumatlar var.9. Sahə işçilərinin əmək haqları barədə də heç bir bilgilərə rast gəlinmədiyini söyləmək olar.

9. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları, dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilər əks etdirilir. Digər bilgilərə isə rast gəlinmir.

10. Tender və yarışmaların keçirilməsi ilə bağlı bütün mümkün qayda və elanlar barədə təqdim edilən bilgi qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları barədədir. Digər bilgilər – tenderlərin keçirilməsi ilə bağlı elanlar saytda mövcud olsa da, tender və yarışmaların nəticələri, elanların arxivi və tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları barədə heç bir məlumat təqdim edilmir.

11. Qurumun norma- (qanun)yaratma fəaliyyəti haqqında geniş bilgilər verilmişdir. Dövlətstatkomun normativ hüquqi aktlarının hazırlanması, tərtib edilməsi, razılasdırılması, dərc edilməsi, dövlət qeydiyyatı qaydaları və Komitənin sədrinin əmrlərinin hazırlanması, tərtib edilməsi və razılasdırılması qaydaları barədə məlumatlar saytda əks olunmuşdur.

12. Saytın texniki imkanları sırasında abunənin təklif edilməməsi və sosial şəbəkələrdə səhifəsi olsa da, onların yenilənmə aktivliyi zəifdir.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV