Thursday 28th March 2024,

2013

Ξ Leave a comment

Ağsu Rayon İcra Hakimiyyəti www.agsu-ih.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

posted by informadmin
Ağsu Rayon İcra Hakimiyyəti www.agsu-ih.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

Ağsu Rayon İcra Hakimiyyəti  www.agsu-ih.gov.az domen adlı İnternet saytı, icmalda da qeyd etdiyimiz kimi əksər göstəricilərinə görə, normal dəyərləndirilə bilər. Lakin bir çox əsas bilgilərin çatışmamağı da nəzərdən qaçmır. Bununla belə saytdakı çatışmazlıqları nəzərə alaraq bölmələr üzrə tövsiyələrimizi qeyd edirik.

1.    Qurum haqqında təqdim edilmiş informasiyalarla yanaşı qurumun tarixi və quruma daha öncə başçılıq etmiş şəxslər haqqında bilgilərin əlavə edilməsi tövsiyə olunur.

2.    Ziyarətçilərin əks əlaqəsinin yaxşılaşdırılması üçün qurumun yerləşdiyi ünvanın sxemi, quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında bilgilərin və qurumun poçt indeksinin saytda yerləşdirilməsi tövsiyə olunur.

3.    Qurumun strukturunun sxemi ilə yanaşı struktur haqqında sözlü bilgilərin, struktur bölmələrinin dəqiq (tam) ünvanlarının, struktur bölmələrinin səlahiyyət çərçivələrinin, qurumun tabeliyindəki informasiya sistemlərinin də təqdim edilməsi tövsiyə olunur.

4.    Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə barədə struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilərin, qurumun rəhbəri ilə əks əlaqə imkanlarının, vətəndaşların müraciətlərinə baxılma qaydası və rayondan seçilmiş millət vəkili haqqında informasiyaların saytda yerləşdirilməsi tövsiyə olunur.

5.    Cari informasiyaların daim yenilənməsi, qurumun həyata keçirdiyi proqram və layihələrin, qurumdaxili əmrlər, sərəncamlar və qərarların, bu cür aktların reyestrinin (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla), rayonun ictimai-siyasi qurumlarının, media qurumlarının təqdim edilməsi tövsiyə olunur.

6.    Ümumi dövlət büdcəsinin icra hakimiyyətinə aid hissəsi və onun icrası barədə bilgilərin əks etdirilməsi tövsiyə olunur.

7.    Qurum tərəfindən təklif edilən xidmətlər haqqında isə qurumun təqdim etməli olduğu mütləq və əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərdən istifadə qaydaları və qaynar xətt xidməti haqqında informasiyaların saytda yer alması tövsiyə olunur.

8.    Həmçinin boş iş yerləri və işə qəbulla bağlı qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı mümkün komissiyalar, qurum və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanların da təqdim edilməsi tövsiyə olunur.

9.    Daha bir tövsiyə sahə işçilərinin əmək haqları barədə bilgilərin təqdim edilməsi ilə bağlıdır.

10.    Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında verilmiş informasiyalar sırasına qurumda vətəndaşların qəbul qaydaları və vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə informasiyaların da daxil edilməsi tövsiyə olunur. .

11.    Dövlət qurumu tərəfindən tender və yarışmaların keçirilmə qaydaları, tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi və tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları ilə bağlı informasiyaların əks etdirilməsi tövsiyə olunur.

12.    Saytın texniki imkanlarının daha da yaxşılaşdırılması, abunə imkanı və sayt daxili axtarış sisteminin də əlavə edilməsi tövsiyə olunur.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV