Thursday 19th July 2018,

2013

Ξ Leave a comment

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin www.dtxk.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by informadmin
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin www.dtxk.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin www.dtxk.gov.az ünvanlı İnternet saytı əvvəlki illərdən fərqli olaraq hazırda daha dolğun və daha funksional şəkildə təqdim edilməkdədir. Saytda bir sıra məsələlər üzrə e-xidmətlər təklif olunur. Bir sıra bölmələr üzrə bilgilər tam və dolğundur. Sayt özü bütövlükdə zəngindir. Qurumun mərkəzi aparatında struktur bölmələrinin rəhbərlərinin əlaqə vasitələri göstərilsə də, şəhər və rayon şöbələrinin nə ümumilikdə, nə də rəhbər işçilərinin əlaqə vasitələri, həmçinin şöbələrin ünvanları və saytın abunə imkanının yoxluğu əks əlaqənin bir qədər zəif qurulmasına səbəb olur. Ümumilikdə yaxşı təsir bağışlasa da saytda bəzi bölmələr üzrə heç bir bilginin olmaması da diqqətdən qaçmır. Qurumun büdcəsi haqqında bilgi olsa da, büdcənin icrası barədə bilgi yoxdur. Bütövlükdə isə saytın durumu aşağıdakı kimidir:

1. Qurum ilə bağlı təqdim edilmiş informasiyalar yetərli sayıla biləcək qədərdir.

2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün ümumi imkanlar (qurumun yerləşdiyi ünvan, telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları) təqdim edilir. Burada yalnız quruma gəlmək üçün ictimai nəqliyyat haqqında bilgilər çatışmır.

3. Qurumun strukturu haqqında qurumun strukturunun ümumi sxemi, aparat, qurumun tabeliyindəki müəssisələr haqqında bilgilər tam şəkildə təqdim olunur. Hətta qurumun tabeliyindəki müəssisələrin ayrıca saytları var ki, (Dövlət Yerquruluşu Layihə İnstitutu- Dyli.az, Dövlət Torpaq Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzi- cadastre.az, Dövlət Aerogeodeziya Müəssisəsi- aerogedeziya.az, Bakı Kartoqrafiya Fabriki- bkf.az) bu da saytın daha dolğun və zəngin olduğunun göstəricisidir.

4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından qurumun rəhbərinin bioqrafiyası tam təqdim edilsə də, əks- əlaqə imkanları (onlayn formanın və telefon nömrələri) verilmir. Lakin struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər və onlarla əlaqə vasitələri mövcuddur.

5. Qurumun cari fəaliyyəti haqqında informasiyalar yetərli sayıla biləcək qədərdir.

6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi haqqında bilgi verilsə də, lakin onun icrası haqqında heç bir məlumata rast gəlinmir.

7. Qurum tərəfindən təklif edilən mütləq xidmətlər, elektron formada xidmətlər və onlayn müraciət imkanı öz əksini tapsa da,  qaynar xətt  göstərilməyib.

8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında bilgilər təqdim edilir.  İşə qəbulla bağlı komissiyalar haqqında, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlara da saytda yer ayrılmışdır.

9. Sahə işçilərinin əmək haqları barədə də heç bir bilgilərə rast gəlinmir.

10. Qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları, dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilər əks etdirilir. Digər bilgilərə isə rast gəlinmir.

11. Tender və yarışmaların keçirilməsi ilə bağlı, mümkün qayda və elanlar barədə, həmçinin tender elanları haqda  heç bir məlumat yoxdur.

12. Qurumun norma- (qanun) yaratma fəaliyyəti haqqında dolğun bilgilər verilmişdir. Bütün mümkün normativ aktların layihələri, qurumun norma yaratma fəaliyyəti ilə bağlı arxiv dolğun formada təqdim olunur.

13. Saytın texniki imkanları sırasında abunə olmasa da, əks əlaqə üçün onlayn forma təklif edilir, həmçinin sosial şəbəkələrdə saytın səhifəsi mövcuddur.

 

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

    arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

    ARXİV