Friday 29th March 2024,

2013

Ξ Leave a comment

Ali Məhkəməsinin www.supremecourt.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYYƏLƏR

posted by informadmin
Ali Məhkəməsinin www.supremecourt.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYYƏLƏR

Azərbaycan Respublikası Ali Məhkəməsinin www.supremecourt.gov.az ünvanlı İnternet saytı digər saytlarla müqayisədə məlumatların bir qədər dağınıq tərtib olunması ilə fərqlənir. Saytda e-xidmətlərin verilməsi onun üstünlüklərindən biridir. Bununla belə, bəzi çatışmazlıqlar da müşahidə edilməkdədir. Saytın texniki şərtləri gərəkli bilgiləri lazım olan şəkildə təqdim etməyə imkan verir. Lakin saytda bir qarışıqlıq hökm sürür ki, bunu qaydaya salmağa ehtiyac var. Məsələn, saytın Əlaqə bölməsində qurumun əlaqə vasitələri və ünvanı göstərilsə də, nədənsə qurumun xəritəsi İstifadəçilər üçün məlumat bölməsində təqdim olunur. Bundan başqa, Ali Məhkəmə haqqında bölməsində Ali Məhkəmənin tərkibi haqqında ümumi məlumat verilsə də, rəhbərlik və kollegiya haqqında bioqrafik məlumatlar nədənsə  İstifadəçilər üçün məlumat bölməsində “rəhbərliyin qəbul günləri” hissəsində təqdim olunmuşdur. Həmçinin, qəbul günləri və saatları da həmin bölmədə verilməsinə baxmayaraq, ayrıca təqdim edilmiş Qəbul bölməsində  vətəndaşların qəbul günləri və saatları göstərilir. Saytda qurumun büdcəsi, sahə işçilərinin əmək haqqı, tender və hərraclarla bağlı elanlar, boş iş yerlərinə qəbul haqda heç bir məlumat öz əksini tapmır. Qurumun sosial şəbəkələrdə səhifəsi mövcud olsa da, passiv səhifə olduğu o dəqiqə görünür.  Bütün bunları nəzərə alaraq aşağıda bu yöndə bəzi tövsiyələrimizi təqdim edirik:

1. Qurumun tarixi ilə bağlı informasiyalar yetərli sayılacaq qədərdir.  Qurumun rəhbərliyi haqqında məlumatlar təqdim olunur, amma yaxşı olardı ki, informasiyalar tələb olunan bölmədə yerləşdirilsin.

2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün təqdim edilmiş bilgilər sırasına quruma gəlmək üçün ictimai nəqliyyat haqqında da bilgilərin daxil edilməsi tövsiyyə edilir.

3. Qurumun strukturu haqqında məlumatlar yetərincə olduğu üçün əlavə tövsiyyəyə ehtiyac yoxdur.

4. Rəhbər  işçilər, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilərin təqdim olunduğunu və qurumun rəhbəri ilə əks əlaqə imkanları barədə bilgilərin təqdim edildiyini nəzərə alsaq, əlavə tövsiyyəyə ehtiyac duyulmur.

5. Qurumun cari fəaliyyəti haqqında təqdim edilən informasiyalar yetərli olduğundan əlavə bir tövsiyyəyə gərək yoxdur.

6. Yaxşı olardı ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə bilgilər də saytda əks etdirilsin.

7. Qurum tərəfindən təklif edilən xidmətlər və əlavə xidmətlər haqqında geniş informasiyalar təqdim edilir. Bü üzdən də əlavə tövsiyyə verilmir.

8. Dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və boş iş yerləri haqqında elanların arxivi barədə bilgilərin verilməsi tövsiyyələr sırasındadır.

9. Saytda sahə işçilərinin əmək haqları barədə bilgilər də göstərilsəydi, yaxşı olardı.

10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə bilgilər təqdim edildiyi üçün bu sahədə əlavə tövsiyyə verilmir.

11. Qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları və elanları təqdim edilmir.Bu sahə üzrə də bilgilərin verilməsi faydalı olardı.

12. Qurumun norma- (qanun) yaratma fəaliyyəti barədə bilgilər geniş əks etdirildiyi üçün bu sahədə tövsiyyə verilmir.

13. Yaxşı olardı ki, saytın texniki imkanları sırasında  abunə imkanı  da göstərilsin və sosial şəbəkələrdə səhifəsi aktiv hala gətirilsin.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV