Sunday 18th November 2018,

2013

Ξ Leave a comment

Mərkəzi Bankının www.nba.az.domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYYƏLƏR

posted by informadmin
Mərkəzi Bankının  www.nba.az.domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYYƏLƏR

Azərbaycan Respublikası Mərkəzi Bankının internet resursu: www.nba.az. ünvanlı İnternet saytı digər saytlarla müqayisədə sahə ilə bağlı məlumat bolluğu ilə fərqlənir. Saytda Mərkəzi Bankın rəhbərliyi haqda geniş bilgilər, həmçinin, regional bölmələr haqqında bilgilər geniş şəkildə öz əksini tapmışdır. Qurumun ünvanı, qaynar xətti, elektron xidmətləri, xidmətlərdən istifadə qaydaları, ümumi və ayrı-ayrı əlaqə vasitələri yaxşı təqdim olunur. Bircə quruma gəlmək üçün nəqliyyat vasitələri haqda məlumata rast gəlinmir. Saytda maliyyə savadlılığı, pul siyasəti, milli valyutanın tarixi, elektron ödəniş sistemləri, hazırda işlək olan və dövriyyədən çıxarılmış əskinaslar barədə, aylıq inflyasiya icmalı, banklar haqqında qanun, elektron statistik baza, pul-kredit göstəriciləri, strateji plan- bir sözlə, o qədər bol məlumatlar öz əksini tapmışdır ki, ziyarətçi sayta daxil olduqda oranı tərk etmək istəmir. Bank işi ilə bağlı və bir çox lazımlı bilgilərlə əlaqədar saytda elə bol məlumatlar təqdim edilir ki, ziyarətçi özünə lazım olan bütün bilgilərə  burada asanlıqla cavab tapa bilir.  Bununla belə bəzi çatışmazlıqlar da müşahidə edilməkdədir. Aşağıda qeyd edəcəyimiz tövsiyyələrdə bu çatışmazlıqlara toxunacağıq.

1. Qurum ilə bağlı informasiyalar yetərli sayılacaq qədərdir. Bunun üçün də əlavə bir tövsiyyəyə ehtiyac duyulmur.

2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün təqdim edilmiş bilgilər sırasına quruma gəlmək üçün ictimai nəqliyyat haqqında da bilgilərin daxil edilməsi yaxşı olardı.

3. Qurumun strukturu haqqında məlumatlar yetərincə olduğu üçün əlavə tövsiyyəyə ehtiyac yoxdur.

 4. Rəhbər  işçilər, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilərin təqdim olunduğunu və qurumun rəhbəri ilə əks əlaqə imkanları barədə bilgilərin təqdim edildiyini nəzərə alsaq, əlavə tövsiyyəyə ehtiyac duyulmur.

5. Qurumun cari fəaliyyəti haqqında təqdim edilən informasiyalar dolğunluqla təqdim edildiyi üçün əlavə bir tövsiyyəyə gərək yoxdur.

6. Yaxşı olardı ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə bilgilər də saytda əks etdirilsin.

7. Qurum tərəfindən təklif edilən xidmətlər və əlavə xidmətlər haqqında geniş informasiyalar təqdim edilir. Bü üzdən də əlavə tövsiyyə verilmir.

8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və boş iş yerləri haqqında elanların arxivi barədə məlumatlar təqdim olunduğu üçün əlavə tövsiyyəyə ehtiyac yoxdur.

9. Çatışmayan bilgilərdən biri də sahə işçilərinin əmək haqları barədədir. Bu sahədə informasiya verilsəydi, yaxşı olardı.

10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə bilgiləri bütün göstəricilər üzrə ayrıntılı şəkildə təqdim edildiyi üçün bu sahədə əlavə tövsiyyə verilmir.

11. Qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları, tender və yarışmaların nəticələri haqda məlumatlar, həmçinin, elanlar verilsə də, tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları barədə informasiyalar da təqdim olunsaydı yaxşı olardı.

12. Qurumun norma- (qanun) yaratma fəaliyyəti barədə bilgilər geniş əks etdirildiyi üçün bu sahədə tövsiyyə verilmir.

13. Yaxşı olardı ki, saytın texniki imkanları sırasında  abunə imkanı  da göstərilsin.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

    arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

    ARXİV