Thursday 28th March 2024,

2013

Ξ Leave a comment

Azərbaycan Respublikası Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının www.cssn.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYYƏLƏR

posted by informadmin
Azərbaycan Respublikası Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının www.cssn.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYYƏLƏR

Azərbaycan Respublikası Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının www.cssn.gov.az  ünvanlı İnternet saytı daxilindəki iki qht.xeber.az və e-qht.az saytlarının zənginliyi ilə dərhal diqqəti cəlb edir. Üstəlik, e-xidmətlər üçün ayrıca- e-qht.az saytının fəaliyyət göstərməsi də onun üstünlüklərindən biridir. Bununla belə, saytda bəzi çatışmazlıqlar da müşahidə edilməkdədir. Bunu nəzərə alaraq aşağıda bu yöndə bəzi tövsiyyələrimizi təqdim edirik:

 1. Qurum ilə bağlı informasiyalar yetərli sayılacaq qədərdir. Amma yaxşı olardı ki, Azərbaycanda fəaliyyət göstərən bütün QHT-lərin siyahıları da saytda əksini tapaydı.

 2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün təqdim edilmiş bilgilər sırasına quruma gəlmək üçün ictimai nəqliyyat haqqında da bilgilərin daxil edilməsi tövsiyyələr sırasındadır.

 3. Qurumun strukturu haqqında bilgilərin təqdim edildiyi üçün əlavə tövsiyyəyə ehtiyac yoxdur. Amma alt qurumlar haqqında məlumatların yoxluğu o dəqiqə hiss olunur.

 4. Rəhbər işçilər, onlarla əks əlaqə, həmçinin struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilərin və qurumun rəhbəri ilə əks əlaqə imkanları barədə bilgilər təqdim edildiyi üçün əlavə tövsiyyə olunmur.

 5. Qurumun cari fəaliyyəti haqqında təqdim edilən informasiyalar yetərli olduğundan əlavə bir tövsiyyəyə gərək yoxdur.

 6. Yaxşı olardı ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə bilgilər saytda geniş şəkildə əks etdirilsin.

 7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında informasiyalar kifayət qədər olduğu üçün əlavə tövsiyyəyə ehtiyac yoxdur.

 8. Dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və boş iş yerləri haqqında elanların arxivi barədə bilgilərin verilməsi tövsiyyə olunur.

 9. Sahə işçilərinin əmək haqları barədə bilgilərin verilməsi tövsiyyələr sırasındadır.

 10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə bilgilər təqdim edildiyi üçün əlavə tövsiyyəyə ehtiyac yoxdur.

 11. Tender və yarışmaların keçirilməsi ilə bağlı verilmiş bilgilər dolğun olduğu üçün əlavə tövsiyyəyə gərək duyulmur.

 12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti barədə bilgilər əks etdirildiyi üçün əlavə tövsiyyə olunmur.

13. Saytın texniki imkanları sırasına  abunə imkanı da əlavə olunsaydı yaxşı olardı. Qurumun saytının sosial şəbəkələrdə səhifəsinin mövcud olması və aktivliyi təqdirəlayiq haldır.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV