Thursday 28th March 2024,

2013

Ξ Leave a comment

Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə Üzrə Komissiyasının www.antikorrupsiya. gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by informadmin
Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə  Üzrə Komissiyasının www.antikorrupsiya. gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə  Üzrə Komissiyasının www.antikorrupsiya. gov.az ünvanlı İnternet saytında bəzi bölməıər dolğun, bəziləri isə boş təqdim edilməkdədir. Saytda korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu, Korrupsiyaya Qarşı Mübarizəyə dair Milli Fəaliyyət Planı (2012-2015), qaynar xətt, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin saytı təqdim olunur. Bundan başqa, qurumun saytından “Asan Xidmət” in saytına birbaşa keçid mümkündür. Qurumun ünvanı göstərilsə də, quruma gəlmək üçün marşrut və sxemi, ictimai nəqliyyat haqqında heç bir məlumat təqdim olunmur. Qurumun büdcəsi, büdcədənkənar daxilolmalar, vətəndaşların qəbul qaydaları ilə bağlı, tender elanları, sosial şəbəkələrdə səhifəsinin olmadığı diqqətdən qaçmır.  Saytda işə qəbulla bağlı heç bir məlumat verilmir. Saytda qaynar xəttin olması saytın operativliyini göstərən haldır. Bütövlükdə isə saytın durumu aşağıdakı kimidir:

 1. Qurum ilə bağlı təqdim edilmiş informasiyalar yetərli sayıla biləcək qədərdir.

 2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün ümumi imkanlar (qurumun yerləşdiyi ünvan, telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları) təqdim edilir. Burada yalnız quruma gəlmək üçün ictimai nəqliyyat haqqında bilgilər çatışmır.

 3. Qurumun strukturu haqqında qurumun strukturunun ümumi sxemi və qurumun tabeliyindəki informasiya sistemləri haqqında bilgilər tam şəkildə təqdim olunur. Digər bilgilər (aparat, qurumun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin tam ünvanları və struktur bölmələrinin səlahiyyət çərçivələri) haqqında da məlumat təqdim edilmir.

 4. Rəhbər işçilər və onlarla əks əlaqə,  qurumun rəhbərinin, onun müavinlərinin və aparat rəhbərinin bioqrafiyaları  təqdim edilir. Qurumun rəhbəri, onun müavinləri, həmçinin aparat rəhbəri ilə əks-əlaqə imkanları mövcuddur.

 5. Qurumun cari fəaliyyəti haqqında informasiyalar yetərli sayıla biləcək qədərdir.

 6. Təəssüf ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında heç bir bilgi saytda əks etdirilmir.

 7. Qurum tərəfindən təklif edilən xidmətlər, elektron formada təklif olunan xidmətlər, onlayn müraciət imkanı və xidmətlərdən istifadə qaydaları haqqında bilgilər öz əksini tapmışdır.  Saytda  qaynar xətt mövcuddur.

 8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında, işə qəbulun norma və qaydaları barədə geniş bilgilər təqdim edilmir.  İşə qəbulla bağlı komissiyalar haqqında, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar, boş iş yerləri haqqında elanların arxivi barədə bilgilər verilmir.

 9. Sahə işçilərinin əmək haqları barədə məlumata rast gəlinmir. Hazırda komitədə çalışan sahə işçilərinin əmək haqqı barədə heç bir bilgiyə rast gəlinmir ki, bu da təəssüfləndirici haldır.

 10. Qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları barədə də heç bir məlumat verilmir. Dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilər isə saytda əks etdirilir.

 11. Tender və yarışmaların keçirilməsi ilə bağlı təqdim edilən bilgilər (elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi) , tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları barədə  heç bir məlumat təqdim edilmir.

12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti barədə də məlumat verilmişdir.

 13. Saytın texniki imkanları sırasında abunənin olmaması və sosial şəbəkələrdə səhifəsinin olmaması da diqqətdən qaçmır.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV