Thursday 28th March 2024,

Təhlil və şərhlər

Ξ Leave a comment

UNUDULAN MÜVƏKKİL . Deyəsən, onu daha 6 ay gözləyəcəyik Zahid Mirəlioğlu Vüsalə İsmayılqızı “Mərkəz” qəzeti

posted by

UNUDULAN MÜVƏKKİL

Deyəsən, onu daha 6 ay gözləyəcəyik

Zahid MirəlioğlVüsalə İsmayılqızı

“Mərkəz” qəzeti

Hər bir cəmiyyətin azadlıq və müstəqilliyinin səviyyəsi orada azad sözə, müstəqil xəbərləməyə, kəsəsi, informasiya azadlığına münasibətlə ölçülür. Bu məsələyə yanaşmada bizdə iki fikir populyardır: konkret desək, hökumət və ona yaxın çevrələr "ölkədə mətbuat azadlığının bərqərar olduğu"nu, müxalifət, müstəqil mətbuat isə "söz və fikir azadlığının məhdudlaşdırıldığı"nı iddia edir. Bu mübahisələrə qatılmadan reallığa nəzər yetirsək, bizim medianın problemlərdən xali olmadığını görərik. Elə götürək "İnformasiya azadlığı haqqında" qanunun tətbiqi məsələsini.

Bu qanun ötən ilin dekabrında qəbul olunub. Onun əsas tələblərindən biri də İnformasiya Azadlığının təmin edilməsində mühüm rol oynaya biləcək bir qurumun- İnformasiya Məsələləri üzrə Müvəkkilliyin yaradılmasıdır.       

Hətta bu tələbin yerinə yetirilməsi üçün qanunda konkret vaxt da (6 ay) qoyulub. Hesabla bu ilin yaz aylarında Müvəkkil fəaliyyətə başlamalı idi. Amma belə getsə, bu institutun 6 ay bundan sonra da yaradılacağı sual altındadır. Bunun səbəbləri barədə bir qədər sonra.

Müvəkkil kimdir?

İnformasiya Məsələləri üzrə Müvəkkil cəmiyyətə açıqlanması zəauai olan məlumatların infoamasiya sahibləai təaəfindən açıqlanması, İnteanet infoamasiya ehtiyatlaaının yetəaliliyi, soağulaaın zamanında və uyğun cavablandıaılması, məhdudlaşdıaılan infoamasiyalaaın həqiqətən qanuni səbəbləadən məhdudlaşdıaıldığı və qanundakı  digəa tələbləain icaasına nəzaaəti həyata keçiaən ictimai qurumdur. "İnformasiya azadlığı haqqında" qanunun icrasına nəzarəti həyata keçirən müvəkkil müvafiq icaa hakimiyyəti oaqanının təqdim etdiyi 3 namizəd aaasından Milli Məclis təaəfindən seçilia.

Bu institut bizə nə verə bilər?

"Yeni Nəsil" Jurnalistlər Birliyinin sədri Arif Əliyev hesab edir ki, İnformasiya Məsələləri üzrə Müvəkkil informasiya əldə etmək prosesinin nizamlanmasında, şikayətlərin həllində, dövlət orqanlarının mediaya, ümumiyyətlə, vətəndaşlara daha açıq olmasında xeyli yardımçı ola bilər.

Amma effektiv nəticə əldə etmək üçün bütün proseslər şəffaf şəkildə həyata keçirilməlidir.

Media Hüquları İnstitutunun rəhbəri Rəşid Hacılı da yaradılacaq institutun təkcə media üçün deyil, bütövlükdə cəmiyyət üçün böyük əhəmiyyətə malik olduğunu vurğuladı: "Müvəkkil ölkədə rəsmi sənəd və informasiyaların cəmiyyətə açıqlığı məsələləri ilə məşğul olacaq. Təbii ki, burada jurnalistlər də, media da qazanacaq. Əlbəttə, əgər Müvəkkil yaxşı işləsə, informasiya əldə etmək xeyli asanlaşacaq. Bu eyni zamanda hökumətin fəaliyyətinin şəffaflığını təmin edəcək bir qurumdur. Çünki hökumətin informasiyası cəmiyyət üçün nə qədər açıq olursa, cəmiyyətlə hökumət arasında etimad bir o qədər artır".

Isveç təcrübəsi

Söz Azadlığının Müdafiə Fondunun eksperti Teymur Nəcəfzadənin sözlərinə görə, "İnformasiya azadlığı haqqında" qanun qəbul olunmamışdan bir müddət əvvəl bəzi müzakirələrdə İnformasiya Məsələləri üzrə Müvəkkilin səlahiyyətlərinin Mətbuat Şurasına verilməsi ilə bağlı fikirlər səslənirdi. Ekspertin fikrincə, ümumiyyətlə, dünya təcrübəsində belə hallar var: "Amma bu halda proses qanunla tənzimlənmir. Yəni, İnformasiya Məsələləri üzrə Müvəkkil ayrıca bir qurum kimi yaradılmır, sadəcə, onun səlahiyyətləri Mətbuat Şuaasına həvalə edilir.

T.Nəcəfzadənin dediyinə görə, hazıada dünyanın bia çox ölkələrində Mətbuat üzrə Müvəkkil ayrıca institut kimi fəaliyyət göstərir: "Məsələn, İsveçdə Mətbuat üzrə Ombdusman 1969-cu ildə yaradılıb. Bu posta təyinatı parlament müvəkkilləri, media-klub nümayəndələri və İsveç Hüquqşunaslar Assosiasiyasının üzvlərindən ibarət xüsusi komitə həyata keçirir. Hər bir vətəndaş müəyyən bir qəzet materialını jurnalist etikasının pozulduğu iddiası ilə Mətbuat üzrə Ombudsmana göndərə biləa. İsveçdə hər il mətbuat üzrə 400-450 şikayətə baxılır".

Niyə gecikdi?

Qayıdaq bayaqkı sualımıza. Azərbaycanda bu institutun yaradılması niyə yubanır?

Qeyd edək ki, hökumət indiyə qədər Müvəkkilin fəaliyyətə başlamaması barədə heç bir açıqlama verməyib. Yalnız qanun qəbul olunandan bir müddət sonra Prezident Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bu qurumun bu ilin sonuna qədər yaradılacağını açıqlamışdı.  

"İnformasiya azadlığı haqqında" qanunun yaradıcılarından olan "Yeni Nəsil" Jurnalistlər Birliyinin sədri Arif Əliyev isə hesab edir ki, hökumət belə bir institutun yaradılması ilə bağlı tərəddüdlər keçirir: "Fikrimcə, hökumət hələ də İnformasiya Məsələləri üzrə Müvəkkilliyin yaradılmasını istəmir. Daha doğrusu, bu institutun yaradılması ilə bağlı birmənalı fikir yoxdur. Hətta arada belə fikirlər də səsləndi ki, İnformasiya Məsələləri üzrə Müvəkkilin səlahiyyətləri mövcud Omburdsmana verilsin. Belə güman edirəm ki, tərəddüdlər hələ də davam edir".

Media Hüququ İnstitutunun rəhbəri Rəşid Hacılı isə "İnformasiya azadlığı haqqında" qanunun tələblərinin pozulacağından narahatlığını dilə gətirdi: "Düzünü desəm, Müvəkkilin təyin olunmasının hansı səbəbdən gecikdiyini bilmirəm. Bununla bağlı hökumətin heç bir açıqlamasını da eşitməmişəm. Amma hər bir halda yeni qurum ilin sonuna qədər fəaliyyətə başlamalıdır".

Narahatlıq doğuran məqamlar

İctimai Televiziyaya və Mətbuat Şurasına sədr seçimində yaranan narazılıqları göz önünə alsaq, onda yeni qurumun formalaşmasının da səs-küysüz ötüşməyəcəyini söyləmək olar.

Amma təəssüf ki, mübahisələr hər dəfə bu tip qurumların rəhbərliyi seçilərkən ortaya çıxır. Buna qədər isə cəmiyyət yeni təsisatın mahiyyət və funksiyaları ilə bağlı ciddi diskussiyalardan, onun yaradılması kimi bütöv bir prosesdən az qala xəbərsiz olur. Bu baxımdan İnformasiya Məsələləri üzrə Müvəkkilliyin formalaşdırılması məsələsi də qapalı aparılır. Bu gün faktiki olaraq, cəmiyyətin bu məsələ ilə bağlı bilgiləndirilməsi istiqamətində heç bir iş görülmür. Eyni zamanda Müvəkkil təyinatının necə aparılacağı da sirr olaraq qalır. Halbuki bu məsələnin ictimai müzakirələrə çıxarılması, Müvəkkil vəzifəsinə namizədlərin ictimai qurumlar tərəfindən irəli sürülməsi və s. yaradılacaq qurumun effektif fəaliyyət göstərməsi baxımından olduqca vacibdir.

"Yeni Nəsil" JB-nin sədri A.Əliyev kimin Müvəkkil seçiləcəyinin də böyük önəm daşıdığını bildirdi: "Həmin şəxsin qanunun qoyduğu tələblərlə hərəkət etməsi yetərlidir ki, bu sahədə mövcud olan problemlər yoluna qoyulsun. Çox yaxşı olardı ki, namizədlərin seçilmə mərhələsi açıq keçirilsin. İctimai qurumlarla geniş müzakirələr aparılsın. Çünki seçiləcək şəxsin fəaliyyətinin effektli olması üçün onun həm dövlət orqanlarında, həm də cəmiyyətdə nüfuzlu şəxs olaraq qəbul edilməsi çox vacibdir".

MHİ-nin rəhbəri R.Hacılı isə hesab edir ki, əgər əvvəlki təcrübələrə dayansaq, onda Müvəkkilin seçimində obyektivliyə bel bağlamaq olmaz: "Açığı, hələ ki atılan addımlar bu barədə heç nə demir. Yaxşı olardı ki, prezidentə təqdim olunacaq 3 nəfər şəxslə bağlı ictimai müzakirələr keçirilsin və müəyyən rəylər dinlənilsin. Açıq müzakirələrin keçirilməsi həmin quruma inamı artıracaq. Digər bir tərəfdən informasiya azadlığı məsələləri ilə bağlı cəmiyyətin özü də maariflənəcək. Bu da nəticə etibarilə hökumətin şəffaflaşmasına müsbət nəticə göstərəcək"

Qeyri-rəsmi aday

Mətbuatda yayılan xəbərlər isə bu məsələ ilə bağlı pessimist əhval-ruhiyyəni bir qədər də artırır. Bu xəbərlərə görə, Mətbuat Şurasının sədri Əflatun Amaşov yeni təsisatın rəhbəri olmağa əsas namizədlərdən biridir. Elə bu səbəbdən də dekabrın 9-da keçiriləcək jurnalistlərin IV qurultayında onun Mətbuat Şurasının sədri vəzifəsindən istefa verəcəyi gözlənilir. Şura sədri bu barədə sorğumuza birmənalı cavab vermədi: "Yayılan xəbər bir çoxları kimi məni də təəccübləndirdi. Ancaq hələlik heç nə deyə bilmərəm. Bu məsələ prezidentin səlahiyyətləri daxilindədir və hər şey də onun verdiyi qərardan asılı olacaq".

Xəzri" qəzetinin baş redaktoru Zərdüşt Əlizadə isə bu ilin sonuna qədər Müvəkkilin fəaliyyətə başlayacağına ümid etmir. Onun sözlərinə görə, hökumət bu işi çox könülsüz aparır:" Çünki bu, əlavə başağrısıdır. İnformasiya Məsələləri üzrə Müvəkkil yalnız bir halda yaradıla bilər. Əgər bunu Avropa istəsə və təkid etsə. Əgər bu institut indiki hakimiyyət tərəfindən yaradılsa, bu, sırf görüntü xarakteri daşıyacaq. Yəni bu Müvəkkilin işi Elmira Süleymanovanın rəhbərlik etdiyi İnsan Haqları üzrə Ombudsmanın işindən heç nə ilə fərqlənməyəcək".

Göründüyü kimi, Azərbaycan mətbuatının informasiya azadlığına doğru irəliləyən yolunda bələdçi olacaq qurumun yaradılması hazırda hökumətin gündəmində deyil və bu, mətbuat çevrələrində ciddi narahatlıq doğurur. Hökumətin bu məsələyə münasibəti bəlkə də başadüşüləndir. Ən azı ona görə ki, Mətbuat Məsələləri üzrə Müvəkkilliyin müstəqil bir qurum kimi ictimai həyata qədəm qoyması şəffaflıq prinsipinə o qədər də həssas olmayan hökumət üçün əlavə problemlər deməkdir. Bu halda dəbdə olan ifadə ilə desək, media ictimaiyyətinin məsələyə arabir, həm də tənbəl-tənbəl reaksiya verməsi qəbuledilməzdir. Bu məsəldə dönüş ilk növbədə maraqlı tərəfin – Azərbaycan ictimaiyyəti və jurnalistikasının məsələyə daha tələbkar yanaşmasından başlaya bilər.

Məqalə Media Hüquqları İnstitutunun Almaniyanın Fridrix Ebert Fondu ilə birgə təşkil etdiyi müsabiqəyə təqdim olunur.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV