Thursday 28th March 2024,

2013

Ξ Leave a comment

Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının www.ntrc.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by informadmin
Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının www.ntrc.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının www.ntrc.gov.az ünvanlı İnternet saytı açılanda normal görünsə də, saytın daxilində bölmələrdən hər hansı birinə daxil olmaq istəyəndə isə açılan səhifə görünmür. Yalnız saytın aşağısında saytın çərçivəsi bitdikdən sonra həmin açılan səhifə orada görünür. Bu da onu göstərir ki, saytın hazırlanmasında və fəaliyyət göstərməsində müəyyən problemlər mövcuddur. Qurumun tarixi haqda verilən məlumatlar natamamdır. Quruma gəlmək üçün marşrut sxemi, ictimai nəqliyyat haqqında da heç bir bilgi verilmir. Qurumun büdcəsi, büdcədənkənar daxilolmalar, rəhbər işçilərin tarif stavkası, vətəndaşların qəbul qaydaları, tender elanları, nəticələri, sosial şəbəkələrdə səhifələri mövcud deyildir. Bundan başqa, qurumun  e-xidmətlər bölümü natamam təqdim edilir. Saytın onlayn yazışma forması da təqdim edilmişdir.  Ümumilikdə yaxşı təsir bağışlasa da saytda bəzi bölmələr üzrə heç bir bilginin olmaması da diqqətdən qaçmır. Qurumun rəhbəri, onun müavinləri haqda bioqrafik məlumat verilir, aparat, kollegiya və struktur rəhbərləri haqda da məlmatlar təqdim olunur. Quruma işə qəbul qaydaları, boş iş yerləri haqqında elanlar barədə məlumatlar təqdim edilmişdir. Bütövlükdə isə saytın durumu aşağıdakı kimidir:

 1. Qurum ilə bağlı təqdim edilmiş informasiyalar yetərli sayıla bilər, lakin saytın fəaliyyətində problemlər özünü açıq-aşkar göstərir.

2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün ümumi imkanlar (qurumun yerləşdiyi ünvan, telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları) təqdim edilir. Burada yalnız quruma gəlmək üçün ictimai nəqliyyat haqqında bilgilər çatışmır.

3. Qurumun strukturu ümumi sxemi və qurumun tabeliyindəki informasiya sistemləri haqqında bilgilər tam şəkildə təqdim olunur. Digər bilgilər də (aparat, strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar) təqdim edilmir.

4. Rəhbər işçilər onlarla əks əlaqə, qurumun rəhbərinin bioqrafiyası, əks əlaqə imkanları təqdim edilir. Həmçinin, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, qurumun rəhbəri ilə əks əlaqə imkanları barədə bilgilər də göstərilir.

5. Qurumun cari fəaliyyəti haqqında informasiyalar yetərli sayıla biləcək qədərdir.

 6. Təəssüf ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında  bilgilər saytda əks etdirilmir.

 7. Qurum tərəfindən təklif edilən mütləq xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, onlayn müraciət imkanı, qaynar xətt və xidmətlərdən istifadə qaydaları haqqında bilgilər öz əksini tapmışdır.

 8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında  işə qəbulun norma və qaydaları barədə ətraflı bilgilər təqdim edilir.  İşə qəbulla bağlı komissiyalar haqqında, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar, boş iş yerləri haqqında elanların arxivi barədə bilgilər də saytda əks olunur.

 9. Sahə işçilərinin əmək haqları barədə isə heç bir bilgilərə rast gəlinmədiyini söyləmək olar.

10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə  natamam məlumatlar təqdim olunmuşdur.  Dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilər əks etdirilir. Digər bilgilərə isə rast gəlinmir.

11. Tender və yarışmaların keçirilməsi ilə bağlı elanlar barədə heç bir bilgi təqdim edilmir. Digər bilgilər – tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi və tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları barədə də heç bir məlumat təqdim edilmir.

12. Növbəti təqdim edilən bilgilər isə qurumun norma- (qanun)yaratma fəaliyyəti haqqındadır.

 13. Saytın texniki imkanları sırasında abunə imkanı da olsaydı yaxşı olardı. Əks əlaqə üçün onlayn forma olsa da, qurumun sosial şəbəkələrdə səhifəsinin olmaması diqqətdən qaçmır.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV