Friday 19th April 2024,

2013

Ξ Leave a comment

Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəsmi İnternet resursu:www.ardda.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

posted by informadmin
Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəsmi İnternet resursu:www.ardda.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəsmi İnternet resursu:www.ardda.gov.az ünvanlı İnternet saytı dolğun və daha təkmil olması ilə dərhal diqqəti cəlb edir. Üstəlik, e-xidmətlərin verilməsi də onun üstünlüklərindən biridir. Yuxarıda qeyd etdiyimiz kimi, qurumda Azərbaycan Respublikasının dəniz nəqliyyatı haqqında, gəmilər barədə bilgilər yer alır. Xəzər Dənizi barədə isə ayrıca Xəzər  bölməsi yaradılıb ki, burada  ətraflı məlumatlar yer tutur. Bununla belə, saytda bəzi çatışmazlıqlar da müşahidə edilməkdədir. Rəhbər işçilərin tarif stavkası, aparat, kollegiya, rəhbərin müavinlərinin və struktur bölmələrinin rəhbərlərinin bioqrafik bilgiləri, sahə işçilərinin əmək haqları, qurumun büdcəsi, boş iş yerləri haqda elanlar və s. məlumatlar saytda öz əksini tapmır. Bunu nəzərə alaraq aşağıda bu yöndə bəzi tövsiyələrimizi təqdim edirik:

 1. Qurum ilə bağlı informasiyalar yetərli sayıla bilər. Bunun üçün də əlavə bir tövsiyəyə ehtiyac duyulmur.

 2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün təqdim edilmiş bilgilər sırasına quruma gəlmək üçün ictimai nəqliyyat haqqında da bilgilərin daxil edilməsi nəticəsində bu bölmə dolğunlaşmış olar.

 3. Qurumun strukturu haqqında isə digər çatışmayan bilgilərin də təqdim edilməsi tövsiyə olunur.

 4. Rəhbər işçilər, onlarla əks əlaqə, struktur bölmələrinin rəhbərləri, həmçinin, aparat və kollegiya rəhbərləri haqqında bioqrafik bilgilərin, əks əlaqə imkanlarının da təqdim edilməsi gərəklidir.

 5. Qurumun cari fəaliyyəti haqqında təqdim edilən informasiyalar yetərli olduğundan əlavə bir tövsiyəyə gərək yoxdur.

 6. Yaxşı olardı ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə bilgilər saytda əks etdirilsin.

 7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında informasiyalar təqdim edilir.  Onlayn müraciət imkanı və xidmətlərdən istifadə qaydaları təqdim edildiyi üçün əlavə tövsiyyəyə ehtiyac duyulmur.Yaxşı olardı ki, Qaynar Xətt də saytda əks olunsun.

 8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında elanlar, məlumatlar təqdim olunmur.  Buna görə də bu məlumatların təqdimatına ehtiyac duyulur.

 9. Sahə işçilərinin əmək haqları barədə bilgilərin verilməsi də tövsiyələr sırasındadır.

 10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə bilgilər təqdim edildiyi üçün burada da əlavə tövsiyə verilmir.

 11. Tender və yarışmaların keçirilməsi elanları, qaydaları və nəticələri ilə bağlı bilgilər təqdim olunmur. Tövsiyə olunur ki, bu sahə də dolğunlaşdırılmış olsun.

 12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti barədə bilgilər də əks etdirildiyi üçün əlavə tövsiyə verilmir.

13. Saytın texniki imkanları sırasına  abunə imkanı, sosial şəbəkələrdə səhifəsi, axtarış sisteminin fəaliyyəti də bərpa olunsaydı yaxşı olardı.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV