Wednesday 24th April 2024,

2013

Ξ Leave a comment

Sabirabad Rayon İcra Hakimiyyəti www.sabirabad-ih.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by informadmin
Sabirabad Rayon İcra Hakimiyyəti www.sabirabad-ih.gov.az  domen adlı İnternet saytının monitorinqinin yekunu   /İCMAL/

Sabirabad Rayon İcra Hakimiyyəti  www.sabirabad-ih.com domen adlı İnternet resursu gərəkli məlumatlar baxımından

zəngin sayt hesab etmək olar. Amma cari informasiyaların yerləşdirilməsindəki fasilələr diqqətdən qaçmır, quruma

daha öncə rəhbərlik etmiş şəxslər haqqında, şəffaflıq baxımından gərəkli olan büdcə bilgiləri, tender və yarışmalar, işə

qəbullla bağlı bilgilər saytda yer almamışdır.  Sayt görünüşünə görə aşağıdakı kimidir.

1.    Rayon, rayon İcra hakimiyyətinin başçısı haqqında bioqrafik bilgilər tam və dolğun şəkildə saytda öz əksini tapır.

Lakin qurumun tarixi, quruma daha öncə başçılıq etmiş şəxslər barədə və qurumun əsasnaməsi haqqında isə heç bir

məlumat saytda əks etdirilmir.

2.    Ziyarətçilərin əks əlaqəsi üçün qurumun ünvanı, telefon və faks nömrələri, e-poçt ünvanları göstərilsə də, Qurumunun

ünvanının marşrut və sxemi göstərilir, quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında bilgilər

təqdim edilmir.

3.    Qurumun strukturunun sxemi, qurumunun alt bölmələri, struktur bölmələrinin rəhbərləri qeyd olunsa da, onlarla əlaqə

saxlamaq üçün imkanlar, struktur bölmələrinin səlahiyyət çərçivələri və struktur bölmələrinin dəqiq (tam) ünvanları barədə

bilgilərə rast gəlinmir.

4.    Rəhbər və rəhbər işçilər haqqında verilən bilgilər sırasında rəhbər və ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks

əlaqə imkanları, qurum ilə əks əlaqə üçün ümumi imkanlar təqdim edilmir. Burada çatışmayan digər cəhət də struktur

bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilərdir.

5.    Cari informasiyalar baxımından saytda daimilik nəzərə çarpmır. Saytdakı sonuncu informasiya 25 iyul 2013-cü ilə

aiddir. Qurumdaxili əmrlər, sərəncamlar, qərarlar və rayonun ictimai-siyasi qurumları, media qurumları haqqında bilgilər

təqdim edilmir.

6.    Ümumi dövlət büdcəsi ilə bağlı qurumun büdcəsi, onun icrası, büdcədənkənar daxilolmalar və onların istiqamətləri

barədə informasiyalar əks etdirilmir.

7.    Rayon İcra Hakimiyyəti tərəfindən təklif edilən xidmətlər sırasında ancaq onlayn müraciət imkanı yer almışdır.

Saytda nə qurumunun təklif etməli olduğu mütləq və əlavə xidmətlər, nə elektron formada təklif olunan xidmətlər, nə də

qaynar xətt barədə məlumat verilmir.

8.    Boş iş yerləri və işə qəbulla bağlı heç bir bilgi verilmir.

9.    Təəssüf ki, qurumun işçilərinin əmək haqları ilə bağlı heç bir məlumat yoxdur.

10.    Vətəndaşların qəbulu ilə bağlı qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və

saatları və dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilər saytda öz əksini tapsa da, vəzifəli şəxslər tərəfindən

vətəndaşların qəbul norma və qaydaları və qurumda vətəndaşların qəbul qaydaları barədə heç bir bilgiyə rast gəlinmir.

11.    Tender və yarışmalar haqqında saytda hər hansı bir bilgi verilmir.

12.    Sayt texniki imkanlar baxımından normal sayıla bilər. Saytda onlayn müraciət forması təqdim olunsa da abunə

imkanı və sayt daxilində axtarış mövcud deyil.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV