Friday 29th March 2024,

Təhlil və şərhlər

Ξ Leave a comment

Səbail rayon məhkəməsinin iddiaçı Müşviq Tahirovun cavabdeh Milli Məclisinin Aparatına qarşı İDDİASI ilə bağlı Q Ə R A R D A D I

posted by

QƏRARDAD

  Iiddianın yol verilməzliyinə görə ərizəni qəbul etməkdən imtina barədə

Mən, Səbail rayon məhkəməsinin hakimi Yusif Əli oğlu Kərimov, iddiaçı Müşviq Tahirovun cavabdeh Azərbaycan Respublikası Milli Məclisinin Aparatına qarşı informasiya əldə etmək hüququnun təmin edilməsinə dair iddia ərizəsinə 28 noyabr 2006-cı il tarixdə, Bakı şəhərində baxaraq,

MÜƏYYƏN ETDİM;

İddiaçı Müşviq Tahirov cavabdeh Azərbaycan Respublikası Milli Məclisin Aparatına qarşı informasiya əldə etmək hüququnun təmin edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

Hesab edirəm ki, ərizəyə məhkəmə qarşısında baxmalı deyildir.

Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 81-ci maddəsinə əsasən Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir.

Azərbaycan Respublikasının Konstitusiyasının 92-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Milli Məclisi öz iş qaydasını müəyyən edir və Milli Məclisin müvafiq orqanlarını yaradır…

Azərbaycan Respublikasının Milli Məclisinin Daxili Nizamnaməsinin 31-ci maddəsinin birinci və on birinci hissələrinə əsasən Milli Məclisin Aparatının rəhbər işçilərini vəzifəyə təyin və vəzifədən azad edir.

“Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan respublikası Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 22 yanvar 2000-ci il tarixli Fərmanına əsasən MPM-nin 296.1.,297.,299.,300.-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimi orqanları”nın səlahiyyətlərini nazirliklər, digər mərkəzi və yerli icra hakimi orqanları həyata keçirirlər.

Göründüyü  kimi, Milli Məclisin Orqanları və onların vəzifəli şəxsləri, Azərbaycan Respublikası MPM-nin 27-ci fəslində nəzərdə tutulmuş hərəkətləri və qərarlarından mübahisə edilən orqanlar və vəzifəli şəxslər dairəsinə aid deyil.

Azərbaycan Respublikası MPM-nin 153.2 və 153.2.1-ci  maddələrinə əsasən, ərizəyə məhkəmə qaydasında baxmalı deyildirsə, hakim iddianın yol verilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir.

Beləliklə hesab edirəm ki, iddianın yol verilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir.

Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcələsinin 153.2, 153.2.1, 263, 264, 266-268-ci maddələrini rəhbər tutub,

QƏRARA ALDIM:

İddiaçı Müşviq Tahirovun cavabdeh Azərbaycan Respublikası Milli Məclisinin Aparatına qarşı informasiya əldə etmək hüququnun təmin edilməsinə dair ərizəsi iddianın yol verilməzliyinə görə qəbul edilməkdə imtina edilsin.

Qərardaddan 10 gün müddətində Səbail rayon məhkəməsinə şikayət verilə bilər.

SƏBAİL RAYON MƏHKƏMƏSİNİN HAKİMİ:

ƏSLİ  İLƏ DÜZDÜR:                                                                                 YUSİF KƏRİMOV                                                              

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV