Saturday 20th April 2024,

Xəbərlər

Ξ Leave a comment

Tarif (qiymət) Şurasına qarşı informasiya əldə etmək hüququnun pozulmasına dair iddia üzrə Səbail rayon Məhkəməsinin QƏRARDADI

posted by

Vət.Ələsgər oğlu Məmmədliyə Bakı şəh. Yeni Yasamal – 2.,ev -7.,mən.154

Rəşid Ramazan oğlu Hacılıya S.Rüstəm küçev 37,mən 27 İntiqam Kamil oğlu Əliyevə Sumqayıt şəh.,12 mkr.ev 43.,mən 28

Osman Mehdi oğlu Gündüz., Əfəndiyev küç 5

Ənnağı Bahadur oğlu Hacılı.,R.Məmmədov küç 5.,mən 5.,

Leyla Rəşid qızı Mədətova .,B. Nuriyev küç 12., mən 37

Səma Nizami qızı Hacıyevaya Suraxanı qəs.Qaraçuxur qəs.İ.Musayev küç 38

Nurlana Tofiq qızı Əliyevaya Nəsimi Rayonu A. Məhərrəmov küç ev 4\\66., mən 29

Sadiq Tofiq oğlu Bağırova, Xırdalan qəs. Quşçuluq yaşayış mas.3-cü küçə ev 42

Səbail rayon məhkəməsi 107 saylı 02 fevral  2007 – ci il tarixli qərardadın surətini iddia ərizəsinin və ona əlavə edilmiş sənədləri Sizə geri qaytarır.

Qoşma: mətn üzrə

Məhkəmənin hakimi:                      İlham Ağayev

QƏRARDAD

02 fevral 2007-ci il                                                                           Bakı şəhəri

Mən, Səbail rayon məhkəməsinin hakimi İlham Ağayev, iddiaçılar Ələsgər Əhməd oğlu Məmmədli, Rəşid Ramazan oğlu Hacılı, İntiqam Kamil oğlu Əliyev, Osman Mehdi oğlu Gündüz, Ənnağı Bahadur oğlu Hacıbəyli və qeyrilərinin Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasına qarşı informasiya əldə etmək  hüququnun pozulmasına dair iddia ərizəsinə baxaraq ,

MÜƏYYƏN ETDİM:

İddiaçılar Ələsgər Əhməd oğlu Məmmədli, Rəşid Ramazan oğlu Hacılı, İntiqam Kamil oğlu Əliyev, Osman Mehdi oğlu Gündüz, Ənnağı Bahadur oğlu Hacıbəyli və qeyriləri Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasına qarşı informasiya əldə etmək hüququnun pozulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək insan hüquq və azadlıqlarından olan Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsində tənzimlənən məlumat azadlığını, o cümlədən “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq maddələri ilə təminat altına alınan informasiya almaq hüquqlarını təmin etmək məqsədi ilə  Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 06 yanvar 2007 – ci il tarixdə qəbul etdiyi neft məhsullarının qiymətlərinin respublika daxilində tənzimlənməsi barədə Qərarın, habelə, elektrik enerjisinin, su və kanalizasiya xidmətlərinin qiymətlərində və istehlak standartlında, nəqliyyatdan istifadə haqqında dəyişiklik nəzərdə tutan Qərarının 2007-ci ilin 08 yanvar tarixdən qüvvəyə minməsini nəzərdə tutan maddənin ictimaiyyətə açıq olması zəruri olan və təbii inhisar  subyekti olduğundan tətbiq edilməsindən 30 gün öncə ictimaiyyətə təqdim edilməli olan informasiyanı “İnformasiya əldə etmək haqqında”  Azərbaycan Respublikası Qanunun tələblərinə zidd olaraq açıqlanması və hər birinin informasiya əldə etmək hüququ pozulduğundan ləğv edilməsi haqqında qətnamə çıxarılmasını tələb edirlər.

İddia ərizəsində tələblərini əsaslandıran iddiaçılar Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanunun 29.1.25-ci maddəsinə istinad edərək göstərirlər ki, “əmtəə bazarında hökmran mövqe tutan, xüsusi və ya müstəsna hüquqa və yaxud təbii inhisara malik olan  hüquqi şəxslər – malların və xidmətlərin təklif edilməsi şərtlərinə və onların qiymətlərinə, həmin şərtlərdə və qiymətlərdə dəyişikliklərə aid informasiyalar – şərtlərin təklif edilməsinə və ya həmin şərtlərdə və qiymətlərdə dəyişikik edilməsinə azı 30 gün qalmış”, “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının Qanununun 10-1-ci maddəsinə əsasən “təbii inhisarlara malik olan hüquqi şəxslər malların və xidmətlərin təklif edilməsi şərtlərinə və onların qiymətlərinə, həmin şərtlərdə  və qiymətlərdə dəyişiklik edilməsinə azı 30 gün qalmış qanunvericilikdə müəyyən edilmiş üsullarla açıqlamalıdırlar”

Hesab edirəm ki aşağıdakılara əsasən iddia icraatı qaydasında verilmiş iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, hazırlamaq və yaymaq azadlığı vardır. Azərbaycan Respublikası Prezidentinin 341 saylı 26 dekabr  2005-ci il tarixli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamənin 4.13 – cü maddəsinə əsasən Şuranın iclasında baxılan məsələlər barədə məlumat Şuranın sədri və ya onun razılığı ilə Katibliyi tərəfindən kütləvi informasiya vasitələri və Şuranın internet saytı vasitəsi ilə yayılır. Şuranın vəzifələri sırasına eyni zamanda həmin Əsasnamənin 2.1.7-ci maddəsinə müvafiq olaraq qiymətləri dövlət tənzimlənməsinə aid edilmiş inhisarçı subyektlərin məhsullarının (iş və xidmətlərin) siyahısına əlavə və dəyişikliklər edilməsinə dair aidiyyatı  orqanlara təkliflər vermək daxildir. Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamənin 1.1-ci maddəsinə əsasən Tarif (qiymət) Şurası dövlət tənzimlənməsi tətbiq edilən (tariflərin), xidmət haqlarının, yığımların dövlət tənzimlənməsini həyata keçirən kollegial icra hakimiyyəti orqanıdır, həmin Əsasnamənin 1.3.-cü maddəsinə əsasən Şura öz fəaliyyətini mərkəzi və yerli icra hakimiyyəti orqanları, təsərrüfat subyektləri, yerli özünidarəetmə orqanları, habelə ictimai təşkilatlarla əlaqəli həyata keçirir. Sözü gedən fərmana əsasən  Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikasının iqtisadi İnkişaf naziri Şurasının sədri, müvafiq nazir müavinləri və komitə sədrinin müavinləri isə Şuranın üzvləri təsdiq edilmişdir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə miməsi və bununla bağlı hüquqi tənzimlənmə məsələləri haqqında Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 265 saylı 22 yanvar 200-ci iltarixli fərmanının 2-ci maddəsinin 2-ci hissəsinin 2-ci bəndinə əsasən həmin Məcəllənin 285.02, 285.03, 296.1, 297.1, 229.1, 300.1, 302.1, 302.4, 302.7, 303.1, 303.2 və  303.4 –cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanları, səlahiyyətli nazirliklər, digər mərkəzi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər.

 Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə  iddia ərizəsini qəbul etməkdən imtina edir.

 Hesab edirəm ki, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası yuxarıda göstərilən “müvafiq icra hakimiyyəti orqanları ”  – nazirliklər, digər mərkəzi və yerli icra hakimiyyəti orqanları sırasına aid olmadığından, təbii inhisara malik olan hüquqi şəxs olmadığından Şuranın 06 yanvar 2007-ci il tarixdə qəbul etdiyi neft məhsullarının qiymətlərinin respublika daxilində tənzimlənməsi barədə Qərarı, habelə, elektrik enerjisinin, su və kanalizasiya xidmətlərinin qiymətlərində və istehlak standartında, nəqliyyatdan istifadə haqqında dəyişiklik nəzərdə tutan Qərarı və 2997-ci ilin 08 yanvar tarixdən qüvvəyə minməsini nəzərdə tutan maddəsi məhkəmə icraatı qaydasında iddianın yolverilməzliyinə görə mübahisələdirilə bilməz və ona görə də Azərbaycan Respublikası MPM-nin 296-300-cü maddələrinə əsasən tələb irəli sürən iddiaçılar xüsusi iddia icraatı qaydasında deyil, iddia icraatı qaydasında məhkəməyə müraciət etdikləri iddia ərizəsi əlavə edilmiş Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 01 saylı, 06 yanvar 2007-ci il tarixli Qərarı ilə birlikdə geri qaytarılmalıdır.

Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 153.3-152.6-cü maddələri rəhbər tutaraq

QƏRARA ALDIM

İddiaçılar Ələsgər Əhməd oğlu Məmmədli, Rəşid Ramazan oğlu Hacılı, İntiqam Kamil oğlu Əliyev, Osman Mehdi oğlu Gündüz, Ənnağı Bahadur oğlu Hacıbəyli və qeyriləri Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasına qarşı informasiya əldə etmək hüququnun pozulmasına dair iddia ərizəsi və ona əlavə edilmiş Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 01 saylı, 06 yanvar 2007-ci ilin Qərarı ilə birlikdə iddianın yolverilməzliyinə görə onu vermiş şəxslərə geri qaytarılsın.

Qərardaddan 10 gün müddətində Səbail rayon məhkəməsinə şikayət verilə bilər.

MƏHKƏMƏNİN HAKİMİ                                               İLHAM AĞAYEV.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV