Thursday 19th July 2018,

Xəbərlər

Ξ Leave a comment

“Azadlıq”ın və “Turan”ın apellyasiya şikayəti üzrə iş təxirə salındı

posted by

 “Azadlıq”ın və “Turan”ın apellyasiya şikayəti üzrə iş təxirə salındı

Hakim R.Səfərov:

“Bəzən biz hakimlər özümüz dövlət qurumlarına sorğular veririk, onlara cavab ala bilmirik”

Bu gün saat 15.00-da Apellyasiya Məhkəməsində “Azadlıq” qəzetinin və “Turan İnformasiya Agentliyinin cavabdehlər Ədliyyə Nazirliyi Məhkəmə Nəzarətçiləri və İcraçıları İdarəsinə, Bakı şəhər Baş Polis İdarəsinə, Səbail rayon Polis İdarəsinə və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına qarşı iddiası üzrə Səbail rayon məhkəməsinin 29 dekabr 2006-cı il tarixli qərardadından verilən şikayət üzrə məhkəmə iclası olub. Prosesdə “Azadlıq” və “Turan”ın hüquqlarını Hüquq Maarifçiliyi Cəmiyyətinin prezidenti İntiqam Əliyev müdafiə edib. Ədliyyə Nazirliyi Məhkəmə Nəzarətçiləri və İcraçıları İdarəsindən başqa digər üç qurum da məhkəmə prosesinə nümayəndələrini göndərmişdilər.  

İ.Əliyev məhkəmənin qərardadının qanunsuz olduğunu əsaslandırıb və onun ləğv edilməsini, özbaşınalığa yol verən hakim barəsində isə xüsusi qərardad çıxarılmasını xahiş edib.

Bundan sonra cavabdehlərin nümayəndələrinə söz verilib. Daxili Qoşunların nümayəndəsi məhkəməyə sənəd təqdim edib ki, noyabrın 24-də Xaqani küçəsindəki binanın boşaldılmasında bu qurumun nümayəndələri iştirak etməyiblər. Digər iki qurumun nümayəndəsi isə bildiriblər ki, onların təmsil etdiyi qurumların əməkdaşları həmin prosesə ictimai təhlükəsizliyin təmin olunması məqsədilə cəlb olunublar. Sədrlik edənin “Nəyə görə informasiya sorğularına cavab vermirsiniz” sualına nümayəndələr cavab verə bilməyiblər.

Hakimlərdən biri Rəsul Səfərov üzünü cavabdehlərə tutaraq aşağıdakıları bildirib: “Əslində bunlar çox vacib bir məsələni qaldırırlar. Təəssüf ki, bu gün Azərbaycanda informasiyanı almaq çox çətin bir problemə çevrilib. Bəzən biz hakimlər özümüz dövlət qurumlarına sorğular veririk, onlara cavab ala bilmirik. Bu cür proseslərin qaldırılması çox yaxşıdır, belə proseslər nə qədər çox olsalar, dövlət qurumları məhkəmə qarşısında dayanmamaq üçün məcbur olacaqlar ki, sorğulara cavab versinlər”.   

Məhkəmə Ədliyyə Nazirliyi Məhkəmə Nəzarətçiləri və İcraçıları İdarəsinin nümayəndəsinin prosesdə iştirak etməməsi əsası ilə iclası fevralın 16-na saat 10-a təxirə saldı.

 

Hüquq Maarifçiliyi Cəmiyyətinin

Mətbuat xidməti 

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

    arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

    ARXİV