Friday 29th March 2024,

Xəbərlər

Ξ Leave a comment

Mobil rabitə  xidmətlərinin keyfiyyətinin artırılması, Mobil operatorla istifadəçi arasındakı münasibətlərin sivil normalara uyğun qurulması, mobil telefon oğurluğunun qarşısının alınması ilə bağlı Azərbaycan İnternet Forumunun TƏK LİFLƏRİ

posted by

Milli Məclisin sədri
cənab Oqtay Əsədova

Baş nazir
cənab Artur Rasizadəyə
                         
Rabitə və İnformasiya Texnologiyaları  naziri
cənab Əli  Abbasova
 
Daxili İşlər  naziri
cənab Ramil Usubova
 

Mobil rabitə  xidmətlərinin keyfiyyətinin artırılması, Mobil operatorla istifadəçi arasındakı münasibətlərin sivil normalara uyğun qurulması üçün “Telekommunikasiya haqqında ” Qanuna dəyişikliklər və bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində
                          
  Azərbaycan İnternet Forumunun
 
TƏKLİFLƏRİ
 

Son dövrlərdə Mobil telefon istifadəçilərinin sayının hədsiz dərəcədə artması ciddi problemlər də yaradıb. Təbii ki, Mobil telefon abunəçilərinin sayı artdıqca telefonlara tələbat da  artır. Tələb artdıqca ucuz qiymətə telefon təklif edənlər  artsa da , ölkədə mobil telefon bazarında  tələb-təklif  münasibətlərinin normal məcraya  yönəldilməsinə ciddi zərurət  duyulur.
 Müşahidələr  göstərir ki, Mobil telefonların itirilməsi  və oğurlanması halları xeyli çoxalıb. Oğurlanmış telefonlara Operatorlar tərəfindən  xidmət  göstərilməsi təbii ki, istisna təşkil etmir. Təəssüf ki, ölkə Qanunvericiliyində oğurlanmış telefon aparatlarına  mobil operatorlar tərəfindən xidmət  göstərilməməyi  təsbit olunmayıb.

Oğurlanmış telefonların  vahid  bazasının  olmamağı hansısa bir  və ya bir  neçə operator tərəfindən bu cür

qeydiyyatın aparılmasını da əhəmiyyətsiz edir. Hətta oğurlanmış telefon  aparatlarının tapılması ilə bağlı  bəzi

Operatorlar tərəfindən müraciətlər  belə qəbul edilmir.
Oğurlanmış telefon aparatlarının tapılması ilə bağlı Mobil operatorlarla  hüquq –mühafizə orqanlarının birgə

fəaliyyəti ilə  və bu sahədə qanunvericiliklə bağlı müəyyən problemlər mövcuddur. Oğurlanmış  aparatlarla  bağlı

Operatorlar  və Polis orqanları tərəfindən ərizələrin qəbulu  və icrası prosesinin təkmilləşdirilməsinə ciddi ehtiyac

duyulur.
Eyni zamanda “Telekommunikasiya haqqında” və “İnformasiya əldə edilməsi haqqında ” Qanunların qəbulundan

sonra  abunəçilər, mobil operatorlar və dövlət arasındakı münasibətlərin beynəlxalq və yerli qanunvericiliyə uyğun

qurulması zərurətə  çevrilib.
Yuxarıda qeyd olunanlarla  bağlı Azərbaycan İnternet Forumu aşağıdakıları

TƏKLİF  edir:
 
1. Mobil operatorlar  və hüquq mühafizə orqanlarının birgə iştirakı ilə oğurlanmış telefon aparatlarının vahid 

bazasının yaradılmasının məcburiliyi  və telefon alınarkən onun oğurluq olub-olmamasını Online formada

müəyyən etməyə imkan verən İnformasiya sisteminin yaradılmasının zəruriliyi haqqında müddəalar

Telekommunikasiya haqqında Qanuna əlavə  edilsin.

2. Ölkə üzrə Oğurlanmış telefonların vahid  bazasının oğurluq telefonların  beynəlxalq  və regional  məlumat

bazalarına qoşulmasının vacibliyi haqqında müddəa  Telekommunikasiya haqqında Qanuna əlavə olunsun

3. Oğurlanmış telefon aparatlarına Mobil operatorlar tərəfindən xidmət göstərilməsinin qadağan edilməsi

haqqında müddəa  Telekommunikasiya haqqında Qanuna əlavə olunsun

4. Oğurlanmış  aparatlarla  bağlı Operatorlar və polis orqanları tərəfindən vətəndaşların ərizələrinin qəbulu  və

icrası prosesinin təkmilləşdirilməsi və bu sahədə şəffaflığın təmin edilməsi istiqamətində addımlar atılsın.

5. İstifadəçilər, Mobil operatorlar   və dövlət arasında  münasibətlərin daha  effektiv və sivil normalara uyğun

qurulması üçün “Telekommunikasiya haqqında” və “İnformasiya əldə edilməsi haqqında ” və “İstehlakçıların

hüquqlarının qorunması” haqqında Qanunların tələbləri nəzərə alınmaqla “Mobil rabitə xidmətinin göstərilməsi

Qaydaları” hazırlansın
 
Hörmətlə,
Osman Gündüz
"Multimedia" Mərkəzinin direktoru,
Azərbaycan İnternet Forumunun prezidenti

Əlaqə üçün :
AZ1001, Bakı, M.Əfəndiyev k. , 5
Tel.:     492-44-44
Email:  info@cit.az,
Veb :    www.cit.az

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV