Friday 19th April 2024,

Xəbərlər

Ξ Leave a comment

Hüquqşünaslar və QHT liderləri Konstitusiya Məhkəməsini də məhkəməyə verdilər

posted by

Hüquqşünaslar və QHT liderləri Konstitusiya Məhkəməsini

də məhkəməyə verdilər

İntiqam Əliyev: “Biri dəli olanda mollanın yanına aparırlar, vay o günə ki, molla dəli ola!”

Xat;rladaq ki, bir qrup hüquqşünas və QHT lideri (Ənnağı Hacıbəyli, Ələsgər Məmmədli, İsaxan Aşurov, Əlövsət Əliyev, Akif Əlizadə, Namizəd Səfərov, İntiqam Əliyev, QHT liderlərindən Osman Gündüz, Novella Cəfəroğlu, Aytəkin İmranlı və başqaları) 06 fevral 2007-ci ildə Konstitusiya Məhkəməsinə şikayət veriblər. Şikayətdə Taarif Şurasının 06 yanvar 2007-ci il tarixli, 1 saylı Neft məhsullarının qiymətlərinin respublika daxilində tənzimlənməsi barədə və 2 saylı elektrik enerjisinin, habelə su və kanalizasiya xidmətlərinin qiymətlərinin və istehlak standartında, nəqliyyatdan istifadə haqqının respublika daxilində tənzimlənməsi barədə qərarlarının Konstitusiyanın 13-cü, 16-cı, 31-ci, 71-ci və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 8, 10 və 1 saylı Protokolun 1-ci maddəsi ilə təminat verilən hüquqlarımızı pozduğu üçün qüvvədən düşmüş hesab edilməsi xahiş edilib.

Şikayətçilərdən İntiqam Əliyevin bildirdiyinə görə, Konstitusiya Məhkəməsi Aparatının rəhbəri Arif Zeynalovun imzaladığı 19 fevral 2007-ci il tarixli, 17/11-Ə-42 saylı məktubla şikayət və ona əlavə olunan sənədləri geri – ərizəçilərə qaytarılıb. KM-in Aparatın rəhbəri göstərib ki, “şikayətdə Konstitusiyanın, qanunvericiliyin və beynəlxalq-hüquqi aktların bir sıra normaları sadalansa da, ərizəçilərin mövqeyi mübahisələndirilən aktla iddia edilən pozuntu halı arasındakı zəruri hüquqi əlaqələndirməni və əsaslandırmanı əks etdirmir, ərizəçilərin tələblərinə dair hissədə Konstitusiyanın və digər aktların bəzi maddələrinə istinad edilsə də, şikayətin hüquqi əsaslandırması ilə bağlı hissədə həmin maddələrə ümumiyyətlə toxunulmur və qoyulan tələblərlə hüquqi əlaqəsi açıqlanmır”.

Həmin məktuba münasibət bildirən İ.Əliyev qeyd edib ki, Konstitusiya Məhkəməsi haqqında Qanuna (maddə 52.1) əsasən, həmin Məhkəməyə daxil olmuş sorğu və ya şikayətin icraata qəbul edilməsi, yaxud icraata qəbul edilməsindən imtina edilməsi haqqında qərardad qəbul olunur və həmin qərardad sorğuverənə (ərizəçiyə) göndərilir. Başqa sözlə, Qanun birmənalı bu cür qərarların qəbulunu hakimlərin səlahiyyətinə aid edir. Aparatın rəhbəri səlahiyyət həddini aşaraq Qanunla KM-in hakimlərinin səlahiyyətini qanunsuz olaraq mənimsəyib. Lakin buna baxmayaraq, onlar KM-in Aparatının “məsləhətinə” riayət edərək şikayəti “yenidən işləyib” onu KM-ə təqdim ediblər. Eyni zamanda, KM-dən daxil olan cavabla bağlı 6 mart və 30 mart 2007-ci il tarixlərdə Konstitusiya Məhkəməsinə sorğularla müraciət edərək bir sıra məlumatları verilməsi xahiş olunub: KM-ə bu vaxta qədər nə qədər şikayət daxil olub, onların neçəsi icraata qəbul edilib və neçə şikayətin icraata qəbul edilməsindən imtina edilib? Bu barədə qərarları kim qəbul edib? KM-in Aparatının rəhbərinə Məhkəmənin üzvlərinin səlahiyyətinə aid edilmiş məsələlər üzrə qərar vermək səlahiyyətini kim və hansı sənəd əsasında verilib? KM-in Aparatı vətəndaşlardan daxil olan şikayətləri hansı qaydada araşdırır? Şikayətlərin geri qaytarılması barədə qərarlar hansı qaydada verilir və özbaşınalıq hallarının olmaması üçün bu prosesə nəzarət olunurmu? KM-in Aparatının rəhbərinin qanunsuz hərəkətindən biz hansı qaydada və hansı quruma şikayət verə bilərik?

Həmin sorğu ilə bağlı KM-dən bu qurumun İnformasiya məsələləri üzrə vəzifəli şəxsi Anar Babayevin imzası ilə sorğuçulara martın 3-də aşağıdakı məzmunda cavab daxil olub:

“Əliyev İntiqam Kamil oğlu və digərlərinə Hörmətli İntiqam müəllim,

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə ünvanladığınız informasiya sorğusu tərəfimizdən araşdırıldı. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə ünvanladığınız informasiya sorğusu tərəfimizdən araşdırıldı. Sorğunuzda qaldırılan məsələlərlə əlaqədar aşağıdakıları nəzərinizə çatdırırıq.

“Konstitusiya Məhkəməsi haqqında” 08 yanvar 2004-cü il tarixli Azərbaycan Respublikası Qanununun 7.1-ci və 52.1-ci maddələrinə müvafiq olaraq, Konstitusiya Məhkəməsinə daxil olmuş şikayət bir qayda olaraq 30 gün müddətində Konstitusiya Məhkəməsi palatasının iclasına çıxarılır, şikayətin icraata qəbul edilməsi, yaxud icraata qəbul edilməsindən imtina edilməsi haqqında qərardad qəbul olunur

Hal-hazıradək Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş qaydada pozulmuş hüquq və azadlıqların bərpa edilməsi məqsədilə 1591 şikayət daxil olmuşdur. Konstitusiya Məhkəməsinin Palataları tərəfindən 63 şikayətin icraata qəbul edilməsi, 1468 şikayətin icraata qəbul olunmasından imtina edilməsi barədə Qərardadlar çıxarılmışdır, 60 şikayət isə Konstitusiya Məhkəməsi Palatalarının müzakirəsindədir.

“Konstitusiya Məhkəməsi haqqında” Qanunun 36.1-ci maddəsinə əsasən Konstitusiya Məhkəməsinə daxil olmuş şikayətlərin bu Qanunun 34.6-cı maddəsində nəzərdə tutulmuş tələblərə uyğunluğunun ilkin öyrənilməsini Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsi ilə müəyyən edilən qaydada Konstitusiya Məhkəməsinin Aparatı həyata keçirir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 7-ci maddəsi şikayətlərin Konstitusiya Məhkəməsinin aparatı tərəfindən ilkin öyrənilməsi qaydalarını müəyyən edir. Sözü gedən maddədə müəyyən olunmuş qaydalara əsasən şikayətin ilkin öyrənilməsi nəticəsində Konstitusiya Məhkəməsi Aparatının müvafiq qurumunun rəhbəri şikayət üzrə aşağıdakı hərəkətlərdən birini edir:

1. Şikayətin Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olunması aşkar göründüyü halda şikayəti aidiyyəti üzrə baxılması üçün müvafiq dövlət orqanına göndərir və ərizəçiyə bu barədə məlumat verir;

2. Şikayətin tərtibi “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanunun 34.6, 34.7 və 35-ci maddələrinin tələblərinə uyğun olmaması aşkar göründüyü halda ərizəçiyə bu barədə müvafiq məlumat  göndərərək göstərilən tələblərə riayət olunması təklif edir

3. Digər hallarda şikayəti, ona qoşulmuş sənədləri və şikayətin ilkin öyrənilməsi barədə arayışı Konstitusiya Məhkəməsinin Sədrinə təqdim edir.

Daxili Nizamnamənin sözü gedən maddəsinin V və VI hissələrinin mənalarına görə ərizəçi şikayəti “Konstitusiya Məhkəməsi haqqında” Qanunun tələblərinə uyğun tərtib edərək həmin Qanunda nəzərdə tutulmuş müddətlər həddində yenidən Konstitusiya Məhkəməsinə müraciət edə bilər. Həmçinin şikayətin tərtibatı ilə bağlı Konstitusiya Məhkəməsi Aparatının müvafiq qurumunun rəhbəri ilə razı olmayan ərizəçinin şikayəti Konstitusiya Məhkəməsi Palatasının müzakirəsinə verilir.

Göstərilənlərlə yanaşı nəzərinizə çatdırırıq ki, Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin qanunsuz hesab etdiyiniz hərəkətlərindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada şikayət verə bilərsiniz.

İnformasiya məsələləri üzrə vəzifəli şəxs: Anar Babayev”

İ.Əliyev bildirib ki, onlar bu gün (aprelin 6-da – red.) KM-in İnformasiya məsələləri üzrə vəzifəli şəxsinin məsləhətinə əməl edərək həmin qurumun Aparat rəhbərinin A.Zeynalovun qanunsuz hərəkətindən Səbail rayon məhkəməsinə şikayət göndəriblər. Şikayətdə A.Zeynalovun KM-ə ünvanlanan şikayətii səlahiyyət hədlərini aşaraq geri qaytarmasımın qanunsuz sayılması və pozuntu faktı ilə bağlı xüsusi qərardad çıxarılması xahiş edilib.

“Azərbaycanın bütün məhkəmələri kimi, Konstitusiya Məhkəməsi də bu cür məsələləri obyektiv araşdırıb ədalətli qərar vermək gücündə olacaq qədər müstəqil deyil. Belə qəbul olunub ki, biri dəli olanda onu mollanın yanına aparırlar. O yerdə ki, molla da dəli oldu, vay oranın camaatının halına! Biz “mollaları” dəli olan (və ya özlərini dəliliyə vuran) məmləkətin əhliyik. Əgər Konstitusiya Məhkəməsinə göndərilən şikayətə də Aparat rəhbəri cavab verirsə, deməli, bizim vəziyyətimiz çox ağlamalıdır. Dəfələrlə səsləndirilən bir fikri yenidən təkrarlamaq istərdim: bu KM-in dünyanın normal ölkələrində olan və insan haqlarının eşiyində duran təsisatla heç bir aidiyyəti yoxdur. Bizdəki qurum, əslində, Konstitusiya Məhkəməsinin eybəcər porodiyasıdır. Bizim KM-imiz vətəndaşların fundamental konstitusion hüquqlarına hakimiyyət qurumlarının və vəzifəli şəxslərin qəsdləri ilə bağlı çoxsaylı şikayətlərə ya əsassız olaraq baxmaqdan imtina edir, ya da onları rədd edir. Bu dəfə də KM bizim şikayətimizi qanunsuz əsasla geri qaytarıb, biz də “qüsurları” düzəldib onu təkrarən özünə qaytarmışıq. İndi oturub KM-in standart cavabını gözləyirik ki, “Konstitusiya Məhkəməsi faktları araşdıran qurum deyil, ona görə şikayətiniz icraata qəbul edilməkdən imtina edilib” Bu standart cavabı alandan sonra görək başımıza nə çarə qılırıq” – deyə hüquqşünas bildirib.

06 aprel 2007-ci il

Hüquq Maarifçiliyi Cəmiyyətinin

Mətbuat xidməti

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV