Thursday 25th April 2024,

2007

Ξ Leave a comment

DÖVLƏT QURUMLARININ QIFILLANMIŞ BİLGİ SANDIQLARI

posted by

DÖVLƏT QURUMLARININ QIFILLANMIŞ BİLGİ SANDIQLARI

230 BİLGİ SORĞUSUNA VERİLƏN CAVBLARDAN YALNIZ 11-İ QANEEDİCİDİR

Bir ildən artıqdır ki, qüvvədə olan “İnformasiya əldə etmək haqqında” qanun vətəndaşlara yaşadıqları ölkəni idarə edənlərdən hesab sormaq, istədiyi cavbları almaq, şəffaf, demokratik  cəmiyyətdə yaşamağın şirinliyini dadmaq üçün cüzi də ilsa imkanlar yaradıb. Gündəmdə olan “körpü tikintilərində yeyintilər var” sualına aydınlıq gətirmək istəyən jurnalistlər, sürücülük vəsiqəsi almaq istəyən həvəskar gənclər, həyatı dövlətin verdiyi qəpik-quruşa bağlı ahıl qocalar, rəsmilərin “hər cür imkan yaradacağıq” notlarına köklənmiş çıxışlarınından həvəsə gəlib bizneslərini genişləndirmək  fikrinə düşən sahibkarlar əlaqəli qurumlara müraciət etməklə kötpü tikintilərinin büdcəsinin xərclənmə vəziyyətini əks etdirən sənədləri, sürücülük vəsiqəsi üçün ödənməli olan vəsaitin məbləğıni, yaşa, əliliyə görə müavinətlərin məbləğini və başqa bilgiləri qısamüddətdə, yazılı şəkildə əldə edə biməlidirlər. Ölkə vətəndaşlarına sivil ölkələrdə hələ uzun müddət öncə adi vərdişlərə çevrilmiş belə hüquqlar verdiyi üçün “İnformasiya əldə etmək haqqında” qanun bəzi keyfiyyətlərinə görə Azərbaycanda öndə gedən qanunlardan sayılır. Bəs görəsən bu öndə gedən qanun necə işləyir? Media Hüququ İnstitutunun Açıq Cəmiyyət İnstitutunun (BUDAPEŞT) dəstəyi ilə həyata keçirdiyi “Gün işığına doğru” layihəsi bu suala aydınlıq gətirilməsinə, habelə vətəndaşların, informasiya sahibi sayılan qurunların bilgi əldə etmək hüququ ilə bağlı maarifləndirilməsinə yönəlib.

Layihə çərçivəsində bilgi sahiblərinin informasiyalarla işləmək vərdişlərini dəyərləndirmək, bu vərdişlərin təkmilləşdirilməsinə qatqı vermək, ölkədə çatımlı informasiya mühitinin olub-olmadığını araşdırmaq məqsədilə onlara bilgi sorğuları göndərilib. 1 yanvar – 15 aprel tarixləri aralığında qanunvericiliyi görə informasiya sahibi sayılan 144 quruma 230 bilgi sorğusu göndərilib. Ölkənin tirajlı qəzetlərinin əməkdaşları, habelə bölgələrdə ictimai fəallığı ilə seçilən vətəndaşların təşəbbüs etdikləri sorğular Media Hüququ İnstitutunun ekspertləri tərəfindən tərtib olunub, sorğuların icra olunması prosesi də onlar tərəfindən izlənilib.

Bilgi sorğuları Milli Məclisə, Nazirliklərə, Dövlət Komitələrinə, Dövlət Agentliklərinə, İcra Hakimiyyətlərinə, Bələdiyyələrə, Məhkəmələrə, Mərkəzi Seçki Komissiyasına, Vəkillər Kollegiyasına, dövlətin tam sahibi olduğu və ya iştirakçısı olduğu kommersiya qurumlarına, dövlət və özəl universitetlərə, ictimai qurumlara ünvanlanıb.

Bilgi sahiblərindən dövlət orqanları və bələdiyyələrin fəaliyyəti haqqında hesabatlar, o cümlədən onların müəyyən hesabat dövrü ərzində gördüyü işlər, göstərdikləri xidmətlər, onların büdcələri, büdcənin xərclənməsi, cəlb olunan əlavə vəsaitlərin qaynaqları haqqında sənədlər, bilgi sahiblərinin göstərdikləri xidmətlər, bu xidmətlərdən əldə olunan vəsaitlərin xərclənmə vəziyyətini əks etdirən sənədlər, ictimai funksiyaları yerinə yetirən hüquqi şəxslərin işiylə bağlı hesabatlar, gəlirləri və xərcləri, aldıqları qrantlar, kreditlər barədə bilgilər, universitetlərdə ikinci ali təhsil alma qaydaları barədə bilgilər, “İnformasiya əldə etmək haqqında” Qanunun icrası ilə bağlı görülən işlər barədə bilgilər, məhkəmə statistikası barədə bilgilər, qəza vəziyyətində olan tikililərlə bağlı bilgilər, dövlət orqanlarında işə qəbul qaydaları barədə bilgilər istənilib.

Sadalanan bilgilər informasiya sahiblərinin yazılı sorğuları gözləmədən yaymalı olduqları bilgilərə aiddir. Qanun bu bilgiləri İnternetlə yaymağı tələb edir. Bununla belə 230 sorğudan yalnız 100-ü cavablandırılıb. Sorğuların icra olunmasının monitorinqi zamanı aydın olur ki, cavabların əksəriyyəti natamamdır, sorğuçuya qanunvericiliyin tələb etdiyi zaman kəsiyində təqdim olunmayıb. 100 cavabdan 67-si qanunla müəyyən olunmuş müddət keçdikdən sonra, yəni 7 gün limiti bitdikdən sonra verilib. Həmin cavabların 41-i natamam olub. 34 sorğu vaxtında cavablandırılıb, ancaq həmin cavabların 27-si natamamdır. Məsələn Bakı və Bakıətrafı rayonların İcra Hakimiyyəti başçılarından həmin rayonlardakı qəza vəziyyətində, uçmaq təhlükəsində olan binalar barəsində bilgi istəyən jurnalist Yaşar Ağazadəyə bilgi əvəzinə digər qurumlara müraciət etmək tövsiyyəsi verilib.

Mərkəzi Seçki Komissiyasından orda çalışanların sayı, işə qəbul prosesində əsas götürülən normativ aktları, vakant iş yerlərinin sayı barədə bilgi istəyən “Müxalifət” qəzetinin müxbiri Məmməd Rəsulova aşağıdakı məzmunda cavb verilib: “Sorğunuza cavab olaraq bildiririk ki, AR MSK və aşağı seçki komissiyaları AR Seçki Məcəlləsinin 24, 30, 36-cı maddələrində nəzərdə tutulmuş qaydada formalaşdırılır və hal-hazırda həmin proses tam başa çatmamışdır”. 

Eyni bilgilər daha 5 dövlət qurumuna göndərəlib, ətraflı cavab alınıb.

“Azadlıq” qəzetinin əməkdaşı Gültəkin Knyazqızı 30-dan artıq dövlət qurumuna və bələdiyyələrə müraciət edərək “İnformasiya əldə etmək” haqqında qanunun qüvvəyə minməsindən sonra bu qurumların informasiya bölmələrinin yaradılması istiqamətində görülən işlər barəsində bilgilərin ona veriilməsini istəyib. İqtisadi İnkişaf Nazirliyi 17, Nəsimi rayon İcra Hakimiyyəti 30, bir neçə rayon bələdiyyəsi isə 25 gün sonra sorğuya natamam cavab göndərib. Bir məqam diqqəti çəkir ki, bələdiyyələrin bir çoxu jurnalistdən “İnformasiya əldə etmək haqqında” qanunu əldə etməkdə yardım istəyiblər.

130 bilgi sorğusuna heç bir cavab verilməyib. Media Hüququ İnstitutunun hüquqşunaslarının yardımı ilə ilkin mərhələdə 21 dövlət qurumu bilgi sorğusunu cavablandırmadığına görə məhkəməyə verilib. Aprelin 15-dək həmin iddiaların 8-sı icraata götürülüb. Digər iddiaları icraata götürməyən məhkəmələrdən yuxarı instansiyalar şikayət edilib. Gömrük Komitəsindən verilən şikayət təmin olunub, Yasamal məhkəməsi dövlət qurumunun üzərinə bilgi sorğusunu cavablandırmaq vəzifəsi qoyub. Ancaq elə həmin Yasamal məhkəməsi bilgi sorğusunu cavablandırmadığına görə “Azəriqazbank”ın prezidentindən verilən şikayəti təmin etməyib. Həmin iş üzrə apellyasiya şikayəti təmin olunmayıb. Hakim İlqar Dəmirov qnunvericiliyin ruhuna heç cür uyuşmayan arqumentlə – “deputatların sorğuları cavablandırmama hüququ var” əsası ilə rayon məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Bakı Dövlət Universitetində aparılan maliyyə yoxlamaları barədə bilgilərin istənildiyi informasiya sorğusunu cavablandırmamağa görə maliyyə naziri Samir Şərifovdan verilən şikayəti Nəsimi Məhkəməsi təmin etməyib. Həmin iş üzrə Apellyasiya Məhkəməsinin hakimi Ələsgər Əliyevin çıxardığı qətnamədə isə “şəxs dövlət qurumundan yalnız özü barəsində bilgiləri istəyə bilər” kimi qanunsuz əsas gətirilərək rayon məhkəməsinin qərarı qüvvədə saxlanıb.

Bir çox dövlət qurumları bilgi sorğularına diqqətsiz yanaşmaları ilə diqqət çəkir. Sorğuların icra olunmasının monitorinqizamanı bəlli olub ki, Ədliyyə, Daxili İşlər, Fövqəladə Hallar, Milli Təhlükəsizlik, Nəqliyyat nazirlikləri, Baş Prokurorluq, Dövlət Sosial Müdafiə Fondu, Dövlət Gömrük Komitəsi sorğuların cavablandırılmasına həvəssiz yanaşır. Bakı şəhər İcra Hakimiyyəti bu sahədə ən məsuliyyətsiz qurum sayıla bilər.

Mədəniyyət və Turizm Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Bank, Dövlət Neft Fondu, Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti sorğuları ətraflı cavablandırmaları ilə diqqət çəkir.

Qnunvericiliyin “Bilgi sorğuları ən qısa müddətdə, ancaq 7 iş günündən gec olmayaraq cavablandırılmalıdır” tələbinə yalnız beş qurum Statistika Komitəsi, Mərkəzi Seçki Komissiyası, Vergilər Nazirliyi, Dövlət Neft Fondu və Konstitusiya Məhkəməsi əməl edib.

Göründüyü kimi, “İnformasiya əldə etmək haqqında” qanun vahid standartlar müəyyən etsə də dövlət orqanlarında informasiya sorğuları ilə iş fərqli prinsiplər üzərində qurulub, yaxud sistemli fəaliyyət mexanizmləri mövcud deyil. Qanunun tələbi olsa da bilgi sahibləri informasiya xidmətləri göstərmək üçün xüsusi bölmə yaratmayıblar. Bilgi sorğularının cavablandırılmaması səbəbindən məhkəmələr qarşısında qaldırılan iddialara münasibətdə də tamamilə fərqli, bir-birinə zidd yanaşmalar mövcuddur.

Belə nəticəyə gəlmək olar ki, dövlət orqanları “İnformasiya əldə etmək haqqında” qanundan az xəbərdardırlar. Bilgi sahibləri sorğuları cavablayan işçiləri təlimatlandırılmayıb, onlara sorğularla işləmək üçün lazımi şərait yaratmayıblar. Sorğularla işləyən məmurlara onların məsuliyyəti izah olunmayıb. Təssüf doğuran haldır ki, məhkəmə hakimlərinin bir çoxu “İnformasiya əldə etmək haqqında” qanundan xəbərsizdirlər, onu düzgün anlaya və şərh edə bilmirlər.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV