Thursday 19th July 2018,

Xəbərlər

Ξ Leave a comment

Azərbaycan İnternetdə “siyasi sücgəc” olan ölkələr sırasına daxil edilib

posted by

21.05.2007
Press Reliz

Multimedia
İnformasiya Sistemləri  və Texnologiyaları Mərkəzinin Məlumatı 

      2007-ci il mayın 18-də Londonda  “İnternetdə süzgəc” (Global Internet Filtering Conference 2007) mövzusunda  beynəlxalq Konfrans  keçirilib. Konfrans Qlobal Şəbəkədə senzura  və süzgəc məsələlərini araşdırmaqla məşğul olan nüfuzlu beynəlxalq  qurum – Açıq Şəbəkə Təşəbbüsləri ( “OpenNet İnitiative”)  tərəfindən təşkil edilib.
       Müxtəlif ölkələrnin dövlət, özəl və vətəndaş cəmiyyəti sektorlarının, tanınmış beynəlxalq ictimai qurumların təmsilçiliyi ilə keçirilən Konfransda Azərbaycan tərəfindən, bu tədbirə rəsmi dəvət almış Azərbaycan İnternet Forumunun prezidenti, Multimedia Mərkəzinin direktoru Osman Gündüz iştirak edib.
       Konfransda əsasən İnternetdə müxtəlif  məhdudiyyətlər  və onların cəmiyyətin inkişafına  təsiri, İnternetdə süzgəc prosesinin texnoloji və informasiya yönümü ətrafında, dövlət, özəl  və vətəndaş  cəmiyyəti  subyektlərinin bu proseslərdəki məsuliyyəti və rolu ətrafında  müzakirələr  aparılıb. Beynəlxalq  normaların və informasiya azadlığının pozulmasına yönəlmiş süzgəc prosesinin qarşısını alınması istiqamətində irəli sürülən təşəbbüslər müzakirə obyektinə çevrilib.
      Multimedia Mərkəzi təəssüflə  bildirir ki, Konfransın təşkilatçıları  tərəfindən  təqdim olunan illik hesabat-analizdə  “siyasi süzgəci” gerçəkləşdirən ölkələr  sırasında Azərbaycanın da  adı  yer  alıb. Bu  siyahıda özünə yer alan əksər ölkələrin hökumətləri  tərəfindən rəsmi olaraq açıq  formada İnternetdə  senzura  tətbiq  edildiyi məlum olduğu halda əslində belə  bir tendensiyanın müşahidə olunmadığı Azərbaycanın da adının burada qeyd  olunması ədalətsizlik  kimi  dəyərləndirilməlidir. Ciddi müxalif qurumların  internet resurslarının normal  fəaliyyəti fonunda son dövrlərdə məmur özbaşınalığı səviyyəsində  qeyri-qanuni olaraq bir  neçə internet resursa  girişin qapadılmasının bu  cür  sonuclanması təbii ki Azərbaycana  qarşı münasibətin bir  qədər  sərt olmasının göstəricisidir. Yanaşmanın bu  cür olması haqqında  fikir Konfrans təşkilatçılarının diqqətinə  çatdırılıb.
       Bununla  belə Multimedia Mərkəzi bir  daha  bildirir ki, ciddi hüquqi-siyasi əsaslar olmadan Azərbaycanın beynəlxalq  imicinə zərbə vuran məmur özbaşınalığının qarşının  alınması istiqamətində real addımlar  atılmalıdır. Uzun müddətdən bəri  davam edən Azərbaycan İnternetindəki inhisarçılıq  ləğv edilməlidir. Məhkəmənin qərarı olmadan məmurlar və birgə müəssisə formasında fəaliyyət  göstərən şirkətlər  tərəfindən internet resurslara  girişin qapadılmasına yol  verilməməlidir. Bu  cür hərəkətlərə yol  verənlər cəzalandırılmalıdır. Bu cür hallara qarşı cəzasızlıq  mühiti sonda hökumətin özünün bu istiqamətdəki normal  fəaliyyətinin şübhə altına  alınmasına əsaslar  verir.
        Konfransda İnternetdə senzura  və sosial-siyasi süzgəc proseslərinin qarşısının alınması  sahəsində beynəlxalq  ictimaiyyət  tərəfindən  ciddi addımlar atılmasının vacibliyi vurğulanıb. 

Multimedia Mərkəzi
492-44-44
www.cit.az

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

    arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

    ARXİV