Thursday 25th April 2024,

2007

Ξ Leave a comment

Dövlət orqanlarının internet resurslarının monitorinqinin METODİKASI

posted by

Qeyd :
Monitorinq prosesinin 2007-2008-ci illəri əhatə edəm  2-ci Mərhələsi üçün Metodika bir  qədər  təkmilləşdirilib.   Dövlət orqanlarının internet resurslarının monitorinqinin METODİKASININ yeni  variantı  (Təkmilləşdirilmiş variant , dekabr 2007 ) ilə burada tanış ola bilərsiniz.

Dövlət  orqanlarının internet resurslarının monitorinqinin

METODİKASI

Bu  Metodika informasiya  əldə etmək haqqında  Azərbaycan Respublikası  qanunvericiliyində  nəzərdə tutulduğu qaydada dövlət orqanlarının internet  resurslarından informasiyaların əldə edilməsi vəziyyətini qiymətləndirmək üçün  hazırlanıb

Metodikanın hazırlanmasında  qarşıya  qoyulan əsas vəzifələr

         İnternet resursların qiymətləndirilməsi üçün  zəruri parametrlərin müəyyən edilməsi

         Mövcud  hüquqi  aktlar əsasında qiymətləndirmə  kriteriyalarının müəyyən edilməsi

         Reytinq  Cədvəlinin hazırlanması

         Ayrı-ayrı  saytlar  üzrə  icmal    qeydlərin hazırlanması.

         Tövsiyələrin hazırlanması

Əsaslar və istifadə olunan  materiallarAzərbaycan Respublikasının Konstitusiyası
İnformasiya əldə edilməsi haqqında Qanun
İnformasiya əldə  edilməsi  haqqında  Qanunun  tətbiqi ilə  bağlı Fərmanlar və digər əlaqəli  hüquqi sənədlər
Dövlət  orqanlarının  və Bələdiyyələrin İnternet resurslarının yaradılması  və formalaşdırılması  Qaydaları
Xarici ölkələrin təcrübəsi

Qiymətləndirmə

Monitorinq zamanı saytlardakı informasiya ehtiyatının parametrlər  və kriteriyalar  üzrə  kəmiyyət və keyfiyyət baxımından  qiymətləndirilməsi  gerçəkləşdirilir.

Kəmiyyət kriteriyası olaraq informasiyanın həcmi (bolluğu) əsas götürülür. Yəni bu zaman qeyd olunan sahə (sahələr) üzrə informasiyanın ümumiyyətlə mövcudluğu və yerləşdirilən informasiyanın yetərli olub-olmaması nəzərə alınır. Qiymətləndirmə zamanı isə müxtəlif bloklar üzrə müxtəlif ballar və ya əmsallar tətbiq olunur

(Balların və əmsalların minimal  və maximal həddi  Qiymətləndirmə cədvəlində verilib.)

Keyfiyyət göstəricisi yerləşdirilən informasiyanın aktuallığını və dolğunluğunu nəzərdə tutur.

Aktuallıq saytda yerləşdirilən informasiyanın aktuallıq səviyyəsindən asılı olaraq 3 səviyyədə qiymətləndirilir: yüksək səviyyə – 1, orta  səviyyə – 0.8, aşağı səviyyə – 0.7.

Dolğunluq da saytda yerləşdirilən informasiyanın əhatəliliyindən asılı olaraq 3 səviyyədə qiymətləndirilir: yüksək səviyyə – 1, orta səviyyə – 0.8, və aşağı səviyyə – 0.7.

Kriteriyalar üzrə yekun qiymət aktuallıq və dolğunluq əmsallarının bloklar üzrə kəmiyyət göstəricilərinə  vurulmasından əldə olunan nəticələrin əsasında  müəyyən olunur.

Dövlət  qurumunun informasiya  açıqlığı sahəsində  ümumi  vəziyyətini  əks  etdirən ümumiləşmiş “İnformasiya açıqlığı” göstəricisi  kriteriyalar  üzrə  yekun  qiymətlərin cəmi əsasında müəyyən olunur.

                                                                             

Ola bilər ki, bir dövlət orqanının saytında olmalı olan informasiya digərində onun  spesifikasına görə olmamalıdır. Belə hallar monitorinq zamanı nəzərə alınır və bu  cür informasiya üzrə qiymətləndirmə aparılmır.

Qiymətləndirmə  Cədvəli

Qiymətləndirmə metodu

                          Bal

İnformasiyanın mövcudluğu,həcmi (kəmiyyət  göstəricisi nəzərdə tutulur)

I Blok

Yetərli,
Ən yüksək – 2

Aşağı – 0

II Blok

Yetərli,
Ən yüksək –  3

Aşağı – 0

III Blok                

Yetərli,
Ən yüksək – 5

Aşağı – 0

IV Blok

Yetərli,
Ən yüksək – 1

Aşağı – 0

Keyfiyyət (dolğunluq, əhatəlilik) əmsalı

Yüksək – 1

Orta    0.8

Aşağı – 0.7

Aktuallıq əmsalı

Ən aktual – 1,   Orta  aktual – 0.8  , Aşağı aktual – 0.7

Parametrlər  və Kriteriyaların siyahısı

Sıra

Parametrlər  və Kriteriyalar

Kəmiyyət/Həcm

Keyfiy-yət/dolğunluq

Aktuallıq

İnformasiya açıqlığı

I Blok

Dövlət orqanı haqqında ümumi məlumatlar

1.

Yaranma tarixi

2.

Dövlət orqanının strukturu və struktur bölmələri haqqında əsasnamələr, ərazi  təşkilatları, təsisçisi olduğu mətbuat  vasitələri

3.

Vəzifəli şəxslərin adları, soyadları, təhsil və ixtisasları barədə məlumatlar

4.

Ştat cədvəlləri

5.

Boş iş yerləri və namizədlərə  verilən tələblər. İşə  qəbul və müsabiqə qaydaları. Müsabiqənin yekunları

6.

Əmr, sərəncam və qərarlar

7.

Dövlət orqanının və onun struktur bölmələrinin fəaliyyəti ilə bağlı hazırlanmış təlimatlar və normativ hüquqi aktlar (layihələr də daxil olmaqla)

8.

Öz sahəsində dövlət sirri təşkil edən məlumatların siyahısı

9.

Rəhbər işçilərin qəbul saatları barədə məlumatlar . Vətəndaşların qəbul  qaydaları

10.

Ünvan, telefon və faks nömrələri, elektron poçt ünvanları,

II Blok

Dövlət orqanının fəaliyyəti haqqında məlumatlar

1.

Dövlət orqanının cari fəaliyyəti haqqında məlumatlar

2.

İnformasiya sahiblərinin reyestri, özünə  aid olan informasiya  resursları

3.

Şikayət, təklif və sorğuların icmalı

4

Dövlət  orqanının informasiya infrastrukturu, informasiya sorğularının tərtib olunması, qəbulu  və göndərilməsi  qaydaları. Informasiya  sorğuları  üçün məsul  şəxs.

5.

Ümumiləşdirilmiş statistik məlumatlar

6.

Açıqlanması xüsusi qanunla, beynəlxalq müqavilələrlə və ya onların əsasında qəbul edilən normativ aktlarla müəyyənləşdirilən informasiyalar, yaxud informasiya sahibinin açıqlanmasını zəruri saydığı digər məlumatlar

7.

İnformasiya sahibinin mülkiyyəti və mülkiyyət öhdəliyi haqqında məlumatlar

8.

Hər hansı alqı-satqı əməliyyatı aparılırsa, satınalmaların şərtləri, nəticəsi, eləcə də dövlət əmlakının satılması, onun üzərində əmlak hüquqlarının dəyişməsi barədə məlumatlar

9

Təklif olunan kreditlər və informasiya sahiblərinin aldıqları kreditlər, qrantlar, onların şərtləri və istifadəsi, müqavilələr, auksionlar, tenderə çıxarılacaq sahələr və onların nəticələri haqqında məlumatlar. Müvafiq  Komissiyalar və onların tərkibi

10.

Dövlət orqanı tərəfindən təsis edilmiş və ya onun iştirakı ilə fəaliyyət göstərən özəl hüquqi şəxslərə dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə dair məlumatlar

11.

Tamamilə və ya qismən dövlət mülkiyyətində, yaxud asılılığında olan qeyri-kommersiya təşkilatlarına, büdcədənkənar fondlara, həmçinin dövlətin üzv olduğu və ya iştirak etdiyi kommersiya birliklərinə dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid informasiyalar;

12.

Kütləvi tədbirlərin proqramları

13.

Dövlət qurumuna  aid olan məhkəmə aktları

14.

Sahəyə aid dövlət büdcəsi

15.

Sahəyə aid dövlət büdcəsinin və icmal büdcənin icrası barədə geniş hesabatlar

16.

Dövlətin ictimai əhəmiyyətli konsepsiyaları, inkişaf planları, proqramlarının layihələri, onların müzakirəsi  və təkliflərin qəbulu imkanları.

17.

Dövlətin ictimai əhəmiyyətli konsepsiyaları, inkişaf planları və proqramlarının mətni  və onların  icrası vəziyyəti haqqında  məlumatlar

18.

Qüvvədə olan əmək haqqı dərəcələri, əməyin ödənilməsinə dair təlimatlar, habelə əlavə haqların ödənilməsi qaydaları və xüsusi güzəştlər barədə məlumatlar

               19.

Öz səlahiyyəti  daxilində  həyata keçirdiyi  yoxlamalar haqqında  məlumatlar

20.

Dövlət orqanının səlahiyyətli  nümayəndələrinin çıxışları

III Blok

Dövlət orqanı tərəfindən göstərilən xidmətlərə dair məlumatlar

1.

Əhaliyə göstərilən ictimai xidmətlər, onların qiymətləri və tarifləri haqqında, tariflərin formalaşması haqqında, habelə xidmət göstərilməsi zamanı qiymətlərdə və tariflərdə edilən dəyişikliklər barədə məlumatlar

2.

OnLine  və interaktiv xidmətlər. Onların aktivliyi

3.

Müxtəlif  xidmətlər, lisenziyalar, rüsumlar və icazələrlə  bağlı Formalar və onların doldurulmuş nümunələri. Tələb olunan  sənədlərin siyahısı.

IV Blok

Texniki tələbatlar

1.

Saytın müxtəlif brauzerlərdə açılması və məlumatların düzgün oxunuşu

2.

Sayt üzrə və saytda yerləşdirilmiş məlumat  bazaları üzrə axtarış sistemi. Xəbərlərə abunəçilik sistemi

3.

Dövlət dili və tələbatdan asılı olaraq, ən azı bir geniş yayılmış xarici dil. Məlumatların düzgünlüyü, mətnlərin üslubu və qrammatik redaktəsi.

4.

Saytın xarici görünüşü, naviqasiya sistemi və istifadə rahatlığı.

5.

Digər dövlət orqanları, habelə aidiyyatı üzrə beynəlxalq təşkilatların saytlarına keçidlər

Cəmi:

Metodika “İnformasiya  Azadlığının İnkişafı” Koalisiyası  tərəfindən “Vətəndaşların informasiya  azadlığının  gerçəkləşməsinə  dəstək” Layihəsi  çərçivəsində  hazırlanıb (www.informasiya.org)

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV