Friday 29th March 2024,

Xəbərlər

Ξ Leave a comment

Multimedia Mərkəzi dövlət qurumlarının iformasiya açıqlığı üzrə monitorinqə başlayacaq.

posted by informadmin
Multimedia Mərkəzi  dövlət qurumlarının iformasiya açıqlığı üzrə monitorinqə başlayacaq.

Multimedia Mərkəzi  dövlət qurumlarının iformasiya açıqlığı (onlayn şəffaflığı) üzrə monitorinqə başlayacaq.

Məlum olduğu kimi Mərkəz 2006-cı ildən başlayaraq sistemli olaraq dövlət qurumlarının informasiya açıqlığı  vəziyyətini araşdırır və müvafiq Hesabatlar və dövlət qurumlarının  informasiya açıqlığı üzrə Reytinq Cədvəli tərtib edir.
Bu il həyata keçiləcək Monitorinq prosesində  75 Mərkəzi icra orqanının ( Nazirliklər, Dövlət komitələri və s ) və  67 Yerli icra orqanının  (Rayon və şəhər icra hakimiyyətləri) rəsmi saytlarının informasiya açıqlığı vəziyyəti araşdırılacaq.
Mərkəzin ekspertləri tərəfindən Monitorinqin Metodikası da təkmilləşdirilib.
Metodika ölkə qanunvericiliyi, xüsusilə “İnformasiya əldə edilməsi haqqında Qanun və  beynəlxalq  təcrübə nəzərə  alınmaqla hazırlanıb.
Yerli icra hakimiyyəti orqanlarının Monitorinqi məqsədilə hazırlanan qiymətləndirmə meyarlarında yerli icra orqanlarına xas olan spesifik xüsusiyyətlər nəzərə alınıb.
Metodikada dövlət  qurumlarının rəsmi İnternet  resurslarında yerləşdirilən informasiyaların  kəmiyyət  və keyfiyyət  cəhətdən  analiz  edilməsi  və qiymətləndirilməsi nəzərdə tutulub.  Metodikada dövlət qurumlarının rəsmi saytlarının ümumən  50 parametr üzrə onlayn şəffaflıq vəziyyətinin analiz olunması nəzərdə tutulub.
4 ay davam  edəcək Monitorinq əsasında konkret hər bir dövlət qurumunun rəsmi saytı üzrə İcmal  və Tövsiyələrin hazırlanması, informasiya  açıqlığı üzrə Reytinq  Cədvəlinin və Yekun Hesabatın hazırlanması nəzərdə tutulub.
Monitorinq prosesinə aprelin əvvəlində başlanacaq.
Monitorinq Elektron xidmətlərin təşviqi üzrə İctimai Şura ilə əməkdaşlıq şəraitində keçiriləcək.
Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumet Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilir.

 

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV