Friday 19th April 2024,

2007

Ξ Leave a comment

Təhsil Nazirliyinin internet saytının monitorinqinin NƏTİCƏLƏRİ

posted by

Təhsil Nazirliyinin internet saytının monitorinqinin
nəticələri

01 iyun 2007

 “İnformasiya Azadlığının İnkişafı” Koalisiyası tərəfindən “Vətəndaşların informasiya  azadlığının  gerçəkləşməsinə  dəstək” Layihəsi  çərçivəsində  hazırlanmış Metodologiya əsasında Təhsil Nazirliyinin www.edu.gov.az   domen adlı rəsmi saytının monitorinqi  aparılıb.  Saytda İnformasiyanın mövcudluğu və həcmi ilə yanaşı onun keyfiyyət və aktuallıq göstəriciləri də qiymətləndirilib. Monitorinq 4 blok üzrə aparılıb. Bloklardakı hər bir bənd ayrılıqda yoxlanıb. Bu  sayt üzrə  aparılmış monitorinqin nəticələri belədir:

Dövlət orqanı haqqında ümumi məlumatlar

1.      Təhsil Nazirliyinin yaranma tarixi və onun struktur bölmələri haqqında ümumi məlumat verilib. Ancaq ayrı-ayrı struktur bölmələrin fəaliyyəti haqqında məlumat yoxdur.

2.      Nazirliyin rəhbər işçilərinin adları, soyadları, təhsil və ixtisasları barədə məlumatlar vardır. Faks nömrələri göstərilməyib.

3.      Nazirliyə tabe olan digər struktur bölmələrin rəhbərləri və həmin bölmələrin fəaliyyəti ilə bağlı hazırlanmış təlimat və normativ hüquqi aktlar (layihələr də daxil olmaqla) səthi verilib.

4.      Ştat cədvəlləri saytda göstərilməyib.

5.      Boş iş yerləri və namizədlərə verilən tələblər, işə qəbul və müsabiqə qaydaları, müsabiqənin yekunları haqqında məlumatlar nəzərdə tutulmayıb.

6.      Əmr, sərəncam və qərarlar saytda nəzərdə tutulsa da həmin səhifələr doldurulmayıb. Əmr, sərəncam və elanlar “Antikorrupsiya tədbirləri” blokuna salınıb.

7.      Təhsil sahəsində dövlət sirri təşkil edən məlumatların siyahısı yoxdur.

8.      Ancaq nazirin qəbuluna yazılmaq qaydası vardır. Digər rəhbər işçilərin qəbul saatları barədə məlumatlar yoxdur.

9.      Ünvan, telefon və elektron poçt ünvanları göstərilmiş, faks nömrələri göstərilməyib.

Dövlət orqanlarının fəaliyyəti barədə hesabatlar. Büdcə və büdcə proqnozları

1.      Təhsil Nazirliyinin cari fəaliyyəti haqqında məlumatlar vardır. Tabeliyində olan sahələr haqqında məlumatlar yoxdur.

2.      İnformasiya sahiblərinin reyestri, özünə  aid olan informasiya  resursları haqqında məlumatların aktuallığı və keyfiyyət göstəriciləri aşağıdır.

3.      Sual, təklif və sorğuların icmalı verilmişdir. Şikayət haqqında məlumat yoxdur.

4.      Dövlət orqanının informasiya infrastrukturu, informasiya sorğularının tərtib olunması, qəbulu və göndərilməsi qaydaları vardır. İnformasiya sorğuları üçün məsul şəxs göstərilməyib.

5.      İnformasiya sahibinin mülkiyyəti və mülkiyyət öhdəliyi haqqında məlumatların həcmi və keyfiyyət göstəriciləri aşağı səviyyədədir.

6.      Satınalmaların şərtləri, nəticəsi, eləcə də dövlət əmlakının satılması, onun üzərində əmlak hüquqlarının dəyişməsi barədə məlumatlar yoxdur.

7.      Təklif olunan kreditlər və informasiya sahibinin aldığı kreditlər, qrantlar, onların şərtləri və istifadəsi, müqavilələr, auksionlar, tenderə çıxarılacaq sahələr və onların nəticələri haqqında məlumatlar yoxdur.

8.      Müvafiq  Komissiyalar və onların tərkibi haqqında məlumatlar yoxdur.

9.      Dövlət orqanı tərəfindən təsis edilmiş və ya onun iştirakı ilə fəaliyyət göstərən özəl hüquqi şəxslərə dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə dair məlumatlar yoxdur.

10.  Tamamilə və ya qismən dövlət mülkiyyətində, yaxud asılılığında olan qeyri-kommersiya təşkilatlarına, büdcədənkənar fondlara, həmçinin dövlətin üzv olduğu və ya iştirak etdiyi kommersiya birliklərinə dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid informasiyaların həcmi və aktuallıq əmsalı aşağı səviyyədədir.

11.  Kütləvi tədbirlərin proqramları göstərilməyib.

12.  Təhsil sahəsinə aid dövlət büdcəsi haqqında və sahəyə aid dövlət büdcəsinin və icmal büdcənin icrası barədə geniş hesabatlar yerləşdirilib. Təhsil sahəsinə ayrılmış və uyğun istiqamət üzrə xərclənmiş büdcə haqqında ətraflı statistik məlumatlar vardır.

13.  Dövlətin ictimai əhəmiyyətli konsepsiyaları, inkişaf planları, proqramlarının layihələri saytda nəzərdə tutulub. Ancaq layihələr səhifəsi doldurulmayıb.

14.  Qüvvədə olan əmək haqqı dərəcələri, əməyin ödənilməsinə dair təlimatlar, habelə əlavə haqların ödənilməsi qaydaları və xüsusi güzəştlər barədə məlumatlar vardır. Ancaq həmin məlumatlar həcm və aktuallıq baxımdan aşağıdır.

15.  Dövlət orqanının səlahiyyətli  nümayəndələrinin çıxışlarına az yer verilmişdir. Ölkə başçısı da daxil olmaqla ali vəzifəli şəxslərin təhsillə bağlı fəaliyyəti əks olunmayıb.

Göstərilən xidmətlərə dair məlumatlar

1.      Əhaliyə göstərilən ictimai xidmətlər, onların qiymətləri və tarifləri haqqında, tariflərin formalaşması haqqında, habelə xidmət göstərilməsi zamanı qiymətlərdə və tariflərdə edilən dəyişikliklər barədə məlumatlar aktuallıq baxımdan aşağıdır.

2.      OnLine  və interaktiv xidmətlər saytda nəzərdə tutulub. Ancaq Forum işləmir.

3.      Müxtəlif xidmətlər, lisenziyalar, rüsumlar və icazələrlə  bağlı formalar və onların doldurulmuş nümunələri. Tələb olunan  sənədlərin siyahısı yoxdur.

Texniki tələbatlar

1.      Saytın müxtəlif brauzerlərdə açılması və məlumatların düzgün oxunuşu yerinə yetirilir. Məlumatların düzgünlüyü, mətnlərin üslubu və qrammatik redaktəsi təmin olunub. Ancaq digər geniş yayılmış dildə informasiya yoxdur.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV