Friday 19th April 2024,

2007

Ξ Leave a comment

Nazirlər Kabinetinin www.cabmin.gov.az domen ünvanlı rəsmi internet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

posted by

Nazirlər Kabinetinin www.cabmin.gov.az  domen ünvanlı rəsmi internet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı

TÖVSİYƏLƏR

04 iyun 2007

İlk baxışdan görünür ki, Nazirlər Kabineti öz rəsmi veb-saytını dizayn cəhətdən normal qurub, bununla  belə  struktur və informasiya baxımından Azərbaycan Respublikası Nazirlər Kabinetinin 033 saylı, 16/02/2007-ci il tarixli qərarının tələblərinə tam cavab vermir. Analiz  apardıqda  görmək olur  ki,  saytda  xeyli çatışmazlıqlar var. İnternet-resursda diqqəti cəlb edən əsas məqamlar aşağıda verilib

1.         Nazirlər Kabinetinin yaranma tarixi və ya onun haqqında ümumi məlumat verilməyib. Azərbaycan Respublikasının tarixi və dövlətçiliyi baxımından belə məlumatın yerləşdirilməsi istifadəçilərdə Azərbaycan hökuməti haqqında geniş təsəvvür yaradardı.

2.         Saytda Nazirlər Kabinetinin ayrı-ayrı struktur bölmələrinin fəaliyyəti haqqında məlumat yoxdur. Yaxşı olardı ki, struktur bölmələr blokunda həmin bölmələrin fəaliyyəti haqqında məlumatlar yerləşdiriləydi.

3.         Saytda nazirlərin təhsil və ixtisasları barədə məlumatlar, eləcə də onlarla əlaqə formaları göstərilsə istifadəçilərin lazımi məsələlərin həlli üçün rəhbər işçilərə müraciəti asanlaşardı.

4.         Nazirliyə tabe olan digər struktur bölmələrin rəhbərləri və həmin bölmələrin fəaliyyəti ilə bağlı hazırlanmış təlimat və normativ hüquqi aktlar (layihələr də daxil olmaqla) verilməyib. Belə məlumatların eləcə də ərazi  təşkilatları və təsisçisi olduğu mətbuat  vasitələri haqqında məlumatların yerləşdirilməsi və ya onların saytları varsa, bağlantıların qoyulması məqsədə uyğun olardı.

5.         Ştat cədvəlləri, boş iş yerləri və namizədlərə verilən tələblər, işə qəbul və müsabiqə qaydaları, müsabiqənin yekunları haqqında məlumatlar qanunun tələblərinə uyğun olaraq saytda yerləşdirilməlidir.

6.         Yaxşı olardı ki, əmr, sərəncam və qərarlar haqqında da məlumatlar sayta əlavə olunardı.

7.         Tövsiyə olunur ki, saytda dövlət sirri təşkil edən məlumatlar daha ətraflı verilsin.

8.         Tösiyə olunur ki, vətəndaşların qəbulu  qaydalarına ayrı-ayrı sahələrə rəhbərlik edən vəzifəli işçilərin qəbul saatları, telefon və faks nömrələri barədə məlumatlar daxil edilsin.

9.         Hər hansı alqı-satqı əməliyyatı, satınalmaların şərtləri, nəticəsi, eləcə də dövlət əmlakının satılması, onun üzərində əmlak hüquqlarının dəyişməsi barədə məlumatlar saytda yerləşdirilsə yaxşı olardı. Bundan başqa təklif olunan kreditlər və informasiya sahiblərinin aldıqları kreditlər, qrantlar, onların şərtləri və istifadəsi, müqavilələr, auksionlar, tenderə çıxarılacaq sahələr və onların nəticələri haqqında məlumatlar saytda öz yerini tapmalıdır və bu işi təşkil edən müvafiq  komissiyalar və onların tərkibi haqqında məlumatlar sayta daxil edilməlidir.

10.       Qüvvədə olan əmək haqqı dərəcələri, əməyin ödənilməsinə dair təlimatlar, habelə əlavə haqların ödənilməsi qaydaları və xüsusi güzəştlər barədə məlumatlar sayta əlavə olunsa daha faydalı olardı.

11.       Dövlət orqanı tərəfindən təsis edilmiş və ya onun iştirakı ilə fəaliyyət göstərən özəl hüquqi şəxslərə dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə dair məlumatlar yaxşı olardı ki, saytda öz yerini tapaydı.

12.       Kütləvi tədbirlərin proqramlarının göstərilməsi, dövlətin ictimai əhəmiyyətli konsepsiyaları, inkişaf planları, proqramlarının layihələri səhifələrinin doldurulması, prezidentin bu sahədə çıxışlarının saytda öz əksini tapması onun daha dolğun olması üçün vacibdir.

13.       Sayt dövlət tərəfindən müəyyən edilmiş texniki tələbatlara cavab verir. Ancaq digər geniş yayılmış xarici dildə nəzərdə tutulsa da, həmin səhifə açılmır. Ona görə həmin səhifənin doldurulması məqsədə uyğundur.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV