Friday 19th April 2024,

2007

Ξ Leave a comment

Nazirlər Kabinetinin www.cabmin.gov.az domen ünvanlı rəsmi internet saytının monitorinqinin nəticələri

posted by

Nazirlər Kabinetinin www.cabmin.gov.az domen ünvanlı rəsmi internet saytının monitorinqinin nəticələri

04 iyun 2007

 “İnformasiya Azadlığının İnkişafı” Koalisiyası tərəfindən “Vətəndaşların informasiya  azadlığının  gerçəkləşməsinə  dəstək” Layihəsi  çərçivəsində  “İnformasiya əldə edilməsi haqqında ” Qanunun tələblərinə uyğun olaraq hazırlanmış Metodologiya əsasında Nazirlər Kabinetinin http://www.cabmin.gov.az   domen adlı rəsmi saytının monitorinqi  aparılıb.  Saytda İnformasiyanın mövcudluğu və həcmi ilə yanaşı onun keyfiyyət və aktuallıq göstəriciləri də nəzərə alınıb. Monitorinq Dövlət tərəfindən qəbul edilmiş qaydalara uyğun olaraq məlumatların yerləşdirilməsi ardıcıllığına görə bəndlərə bölünərək 4 blok üzrə aparılıb. Hər bir bənd ayrılıqda yoxlanıb. Burada aparılmış monitorinqin nəticələri belədir:

Dövlət orqanı haqqında ümumi məlumatlar

1.         Nazirlər Kabinetinin yaranma tarixi və ya onun haqqında ümumi məlumat verilməyib.

2.         Ayrı-ayrı nazirlik və komitələrin saytlarına keçidlər qoyulub. Nazirlər Kabinetinin öz struktur bölmələrinin fəaliyyəti haqqında məlumat yoxdur.

3.         Saytda yalnız nazirlərin adları və soyadları verilib. Onların təhsil və ixtisasları barədə məlumatlar, eləcə də onlarla əlaqə formaları göstərilməyib.

4.         Nazirliyə tabe olan digər struktur bölmələrin rəhbərləri və həmin bölmələrin fəaliyyəti ilə bağlı hazırlanmış təlimat və normativ hüquqi aktlar (layihələr də daxil olmaqla) verilməyib.

5.         Ştat cədvəlləri saytda göstərilməyib.

6.         Boş iş yerləri və namizədlərə verilən tələblər, işə qəbul və müsabiqə qaydaları, müsabiqənin yekunları haqqında məlumatlar yoxdur.

7.         Əmr, sərəncam və qərarlar saytda nəzərdə tutulmayıb.

8.         Saytda dövlət sirri təşkil edən məlumatların siyahısı yoxdur.

9.         Rəhbər işçilərin qəbul saatları barədə məlumatlar yoxdur.

10.       Yalnız ünvan və elektron poçt ünvanları göstərilib, telefon və faks nömrələri göstərilməyib. Ümumiyyətlə saytda heç bir əks əlaqə forması yoxdur.

Dövlət orqanlarının fəaliyyəti barədə hesabatlar. Büdcə və büdcə prognozları

1.         Nazirlər Kabinetinin cari fəaliyyəti haqqında məlumatlar Baş səhifədə və Rəsmi məlumatlar blokunda təkrarlanır və aktuallıq baxımından aşağı səviyyədədir. Tabeliyində olan sahələr haqqında məlumatlar yoxdur.

2.         İnformasiya sahiblərinin reyestri, özünə  aid olan informasiya  resursları haqqında məlumatlar yoxdur.

3.         Sual, təklif və sorğuların icmalı verilməyib.

4.         Dövlət orqanının informasiya infrastrukturu, informasiya sorğularının tərtib olunması, qəbulu və göndərilməsi qaydaları vardır. İnformasiya sorğuları üçün məsul şəxs göstərilməyib.

5.         İnformasiya sahibinin mülkiyyəti və mülkiyyət öhdəliyi haqqında məlumatlar yoxdur.

6.         Satınalmaların şərtləri, nəticəsi, eləcə də dövlət əmlakının satılması, onun üzərində əmlak hüquqlarının dəyişməsi barədə məlumatlar yoxdur.

7.         Təklif olunan kreditlər və informasiya sahibinin aldığı kreditlər, qrantlar, onların şərtləri və istifadəsi, müqavilələr, auksionlar, tenderə çıxarılacaq sahələr və onların nəticələri haqqında məlumatlar yoxdur.

8.         Komissiyalar və onların tərkibi haqqında məlumatlar yoxdur.

9.         Dövlət orqanı tərəfindən təsis edilmiş və ya onun iştirakı ilə fəaliyyət göstərən özəl hüquqi şəxslərə dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə dair məlumatlar yoxdur.

10.       Tamamilə və ya qismən dövlət mülkiyyətində, yaxud asılılığında olan qeyri-kommersiya təşkilatlarına, büdcədənkənar fondlara, həmçinin dövlətin üzv olduğu və ya iştirak etdiyi kommersiya birliklərinə dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid informasiya yoxdur.

11.       Kütləvi tədbirlərin proqramları göstərilməyib.

12.       Dövlət büdcəsi haqqında və dövlət büdcəsinin və icmal büdcənin icrası barədə hesabatlar yoxdur. Nazirlər Kabineti tərəfindən ayrılmış və uyğun istiqamət üzrə xərclənmiş büdcə haqqında ətraflı statistik məlumatlar yoxdur.

13.       Dövlətin ictimai əhəmiyyətli konsepsiyaları, inkişaf planları, proqramlarının layihələri saytda nəzərdə tutulmayıb.

14.       Qüvvədə olan əmək haqqı dərəcələri, əməyin ödənilməsinə dair təlimatlar, habelə əlavə haqların ödənilməsi qaydaları və xüsusi güzəştlər barədə məlumatlar yoxdur.

15.       Dövlət orqanının səlahiyyətli nümayəndələrinin çıxışlarına az yer verilmişdir. Ölkə başçısı da daxil olmaqla ali vəzifəli şəxslərin hökumətin fəaliyyəti ilə bağlı gördüyü işlər əks olunmayıb.

Göstərilən xidmətlərə dair məlumatlar

1.         Əhaliyə göstərilən ictimai xidmətlər, onların qiymətləri və tarifləri haqqında, tariflərin formalaşması haqqında, habelə xidmət göstərilməsi zamanı qiymətlərdə və tariflərdə edilən dəyişikliklər barədə məlumatlar yoxdur.

2.         OnLine və interaktiv xidmətlər saytda nəzərdə tutulmayıb.

3.         Müxtəlif xidmətlər, lisenziyalar, rüsumlar və icazələrlə  bağlı formalar və onların doldurulmuş nümunələri, tələb olunan  sənədlərin siyahısı yoxdur.

Texniki tələbatlar

1.         Saytın müxtəlif brauzerlərdə açılması və məlumatların düzgün oxunuşu, düzgünlüyü, mətnlərin üslubu və qrammatik redaktəsi təmin olunub.

2.         Ancaq digər geniş yayılmış dildə sayt açılmır.

3.         Sayt üzrə və saytda yerləşdirilmiş məlumat  bazaları üzrə axtarış sistemi yoxdur.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV