Saturday 20th April 2024,

2007

Ξ Leave a comment

Milli Məclisin www.meclis.gov.az domen ünvanlı rəsmi internet saytının fəaliyyetinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

posted by

Milli Məclisin www.meclis.gov.az domen ünvanlı rəsmi internet saytının fəaliyyetinin təkmilləşdirilməsi ilə bağlı
TÖVSİYƏLƏR

08 iyun 2007
Monitorinq nəticəsində məlum olmuşdur ki, Milli Məclis öz rəsmi veb-saytını dizayn cəhətdən eləcə də, struktur və informasiya baxımından Azərbaycan Respublikası Nazirlər Kabinetinin 033 saylı, 16/02/2007-ci il tarixli qərarının tələblərinə uyğun qurmayıb. Saytda meydana çıxan çatışmazlıqları aradan qaldırmaq üçün internet-resursda diqqəti cəlb edən əsas məqamlar aşağıda araşdırılmış və tövsiyələr edilmişdir:

1. Saytın  dizaynında bir sıra standart tələblərə yer nəzərdə tutulmadığından dizaynda bəzi dəyişikliklər aparılsaydı yaxşı olardı.

2. Milli Məclisin yaranma tarixi haqqında ümumi məlumat bir keçidli olaraq tam səhifədə olsaydı daha dolğun olardı.

3. Saytda Milli Məclisin ayrı-ayrı struktur bölmələrinin fəaliyyəti haqqında ətraflı məlumatların yerləşdirilməsi məqsədə uyğundur.

4. Saytda Millət vəkillərinin təhsil və ixtisasları barədə məlumatlar, eləcə də onlarla əlaqə formaları göstərilsə istifadəçilər onları maraqlandırılan suallara tez cavab tapardılar.

5. Saytda digər dövlət orqanların saytlarına keçidlərin qoyulması istifadəçinin sorğu axtarışını daha mükəmməlləşdirərdi.

6. Ştat cədvəllərinin və  boş iş yerlərinə mütəxəssilərin  işə qəbulu üçün müsabiqə qaydaları, müsabiqənin yekunları haqqında məlumatların saytda yerləşdirilməsi dövlət kadr siyasiyətinin düzgün aparılmasının nəticəsi kimi qəbul olunardı.

7. Tövsiyə edirik ki, rəhbərlik tərəfindən verilmiş əmr, sərəncam və qərarlar haqqında da məlumatların yerləşdirilməsi üçün xüsusi blok olaydı və həmin məlumatlar saytda öz əksini tapaydı.

8. Tösiyə olunur ki, vətəndaşların qəbulu  üçün  ayrı-ayrı komissiyalara rəhbərlik edən deputatların qəbul saatları, telefon və faks nömrələri barədə məlumatlar daxil edilsin.

9. Yaxşı olardı ki, Milli Məclisin balasında olan əmlak barədə, eləcə də büdcədən çəkilən xərclər haqqında əhaliyə statistik məlumat veriləydi.

10. Saytda təklif olunan kreditlər, qrantlar və tenderə çıxarılacaq sahələr haqqında məlumatların yerləşdirilməsi həmin layihələrin yerinə yetirilməsinə daha savadlı mütəxəssislərin iştirakına şərait yaratmış olardı.

11. Dövlət büdcəsindən verilmiş vəsaitin xərclənməsi haqqında hesabatlar, planda nəzərdə tutulmuş istiqamət üzrə xərclənmiş büdcə haqqında ətraflı statistik məlumatlar göstərilsə büdcə şəffaflığına əməl edilmiş olardı.

12. Kütləvi tədbirlərin proqramları və keçirilmiş kütləvi tədbirlər haqqında məlumat saytda göstərilsə daha faydalı olardı.

13. Tövsiyə olunur ki, saytda dövlət sirri təşkil edən məlumatlar öz əksini tapsın.

14. Saytda yerləşdirilmiş məlumat  bazaları üzrə axtarış sisteminin olması istifadəçilərin maraqlandığı suallara tez cavab tapmasına imkan yaratmış olardı.

15. Saytda Konstitusiya qanunu səhifəsində bəzi şrift problemi vardır. Səhifənin normal açılması üçün texniki düzəliş edilməlidir. 

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV