Wednesday 24th April 2024,

2015

Ξ Leave a comment

Ailə, Qadin və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin www.scfwca.gov.az. domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

posted by informadmin
Ailə, Qadin və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin www.scfwca.gov.az. domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

 

Azərbaycan Respublikası Ailə, Qadin və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin www.scfwca.gov.az domen adlı İnternet saytında sahə ilə əlaqəli kifayət qədər bilgi təqdim edilir. Saytın texniki imkanları və funksionallığı da öz yerindədir. Bəzi bölmələr istisna olmaqla sayt demək olar ki, bir çox bölmələr üzrə dolğunluğu ilə fərqlənir. Sahənin rəhbər işçiləri haqda geniş bioqrafik bilgilərin, onlayn imkanının mövcudluğu, vətəndaşların qəbulu ilə bağlı prosedurların izahı, həmçinin dövlət qurumunun ünvanı, qurumun strukturu barədə, norma yaratma fəaliyyəti, dövlət qulluqçusunun etik davranış qaydaları haqda geniş məlumatlar təqdim olunur.  Lakin saytın çatışmayan məlumatları da az deyil. Məsələn, quruma gəlmək üçün marşrut sxemi, ictimai nəqliyyat, qaynar xətt, abunə imkanı, büdcə, sahə işçilərinin əmək haqları, rəhbər işçilərin tarif stavkası, işə qəbul qaydaları, boş iş yerləri haqda elanlar, tender elanları çatışmayan bilgilərdəndir. Beləliklə, bu resursun təkmilləşdirilməsi üçün bəzi tövsiyələrimizi təqdim edirik:

1.         Qurum ilə bağlı məlumatlar kifayət qədər dolğun olduğu üçün əlavə tövsiyə verilməsinə ehtiyac duyulmur.

2.         Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün bütün imkanlar – yəni, telefon, faks, onlayn müraciət, çoxlu sayda e-poçtlar təqdim olunur. Burada çatışmayan yalnız və yalnız qurumun marşrut sxemi və quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə  bilgilərdir ki, bu da göstərilsə, sahə dolğunlaşmış olar.

3.         Qurumun strukturunun ümumi sxemi, aparat, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin dəqiq (tam) ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri  haqqında bilgilər təqdim edilmişdir. Bu baxımdan əlavə tövsiyəyə gərək duyulmur.

4.         Rəhbər işçilər, onlarla əks əlaqələr, həmçinin rəhbərin və müavinlərinin bioqrafiyaları, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanlarının da əks etdirildiyini nəzərə alsaq bu sahədə də əlavə tövsiyəyə ehtiyac duyulmur.

5.         Qurumun cari fəaliyyəti haqqında verilmiş bilgilər sırasına qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla), qurumun həyata keçirdiyi proqram və layihələr barədə də məlumatlar təqdim olunduğuna görə, bu sahə üzrə də tövsiyə verilmir.

6.         Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə məlumat təqdim olunmur. Buna görə də büdcə və  büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiyaların da saytda yerləşdirilməsi tövsiyə olunur.

7.         Qurum tərəfindən təklif edilən xidmətlər haqqında çatışmayan məlumatlar demək olar ki, yoxdur. Bu üzdən də əlavə tövsiyəyə gərək duyulmur.

8.         Dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar, boş iş yerləri haqqında elanlar barədə bilgilərin təqdim edilməsi tövsiyə olunur.

9.         Sahə işçilərinin əmək haqları barədə rəhbər, onun müavinləri və struktur bölmələri rəhbər işçilərinin mövcud tarif stavkası barədə bilgilər saytda yer alması tövsiyə olunur.

10.       Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə olan məlumatlar da təqdim olunan bilgilər sırasındadır. Bu üzdən də əlavə tövsiyəyə ehtiyac duyulmur.

11.       Növbəti tövsiyə isə tender və yarışmaların keçirilmə qaydaları, tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi haqqında olan bilgilərin saytda əks etdirilməsi ilə bağlıdır.

12.       Qurumun norma- (qanun) yaratma fəaliyyəti haqda olan bilgilər saytda öz əksini tapdığından əlavə tövsiyəyə ehtiyac duyulmur.

13.       Saytın texniki imkanları sırasına isə qaynar xətt və abunə  imkanının da əlavə edilməsi tövsiyə olunur.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV