Friday 29th March 2024,

2015

Ξ Leave a comment

Ağdam Rayon İcra Hakimiyyəti www.agdam-ih.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by informadmin
Ağdam Rayon İcra Hakimiyyəti www.agdam-ih.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

Azərbaycan Respublikası Ağdam Rayon İcra Hakimiyyəti  www.agdam-ih.gov.az İnternet resursu normal görünüşə malik olasa da, əvvəlki illərdən hec nə ilə fərqlənmir. Sayt informasiyalarin  operativliyi  cəhətdən və bir sıra bölmələr üzrə bilgi kasadlığı, gözəçarpacaq dərəcədə dəyişikliyin edilməməsi ilə diqqət çəkir. Bəzi bölmələrin (elektron müraciət, elektron xidmətlər) boş olması və təqdim edilməsi gərəkli olan bilgilərin olmaması gözdən qaçmır.

Beləliklə, Ağdam Rayon İcra Hakimiyyəti saytının ümumi mənzərəsi aşağıdakı kimidir:

1. Rayon haqqındakı bilgilər kifayət qədərdir, qurum, qurumun rəhbəri haqqında verilmiş  məlumatlar qənaətbəxşdir. Qurumun tarixi, quruma daha öncə başçılıq etmiş şəxslər barədə məlumat, qurumun fəaliyyətini təmin edən qanunverici baza, qurumun səlahiyyət çərçivələri barədə isə heç bir məlumat verilmir.

2. Ziyarətçilərin əks əlaqəsi üçün qurumun ünvanı, telefon və faks nömrələri, e-poçt ünvanları verilsə də, quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında məlumatlara rast gəlinmir.

3.  Qurumun strukturu haqqında sxem və müavinlər haqqında mə­lumatlar olsa da, onlarla əlaqə nəmrələri sadəcə şəhər telefonu göstərilməklə kifayətlənilir,  struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeli­yindəki informasiya sistemləri haqqında məlumatlar saytda öz əksini tapmır.

4.  Qurumun rəhbəri və ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları haqqında qısaca da olsa bilgilər təqdim edilir. Lakin bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər verilmir.

5.  Cari informasiyalar baxımından da sayt zəngin sayıla bilər. Qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) və dövlət qurumunun həyata keçirdiyi proqram və layihələr barədə də saytda  heç bir bilgiyə rast gəlinmir.

6.   Qurumun büdcəsi, büdcənin  icrası haqqında, büdcədənkənar daxil­olmalar və onların istiqamətləri barədə informasiyalar da saytda yoxdur.

7.  Qurumun təklif etməli olduğu xidmətlər sırasında yalnız onlayn müraciət imkanı təqdim edilir, mütləq və əlavə xidmətlər  haqqında isə heç bir bilgi verilmir.

8.   Boş iş yerləri və işə qəbulla bağlı (qurum və onun struktur böl­mələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları,  işə qəbulla bağlı komissiyalar haqqında, qurum  və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və elanların arxivi) məlumatlar da təqdim edilməyən bilgilər sırasındadır.

9.   Həmçinin qurumun işçilərinin əmək haqları ilə bağlı bilgilər də təqdim edilməyən bilgilərdəndir.

10.  Vətəndaşların qəbulu ilə bağlı yalnız rəhbər və ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları barədə bilgilər olsa da, nə vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları nə də, qurumda vətəndaşların qəbul qaydaları haqqında bilgilər yoxdur.

11.  Tender və yarışmalar haqqında hər hansı bilgiyə rast gəlinmir.

12.  Saytın texniki imkanları normal səviyyədədir. Lakin onlayn müraciət forması təqdim olunsa da,  abunə imkanı verilmir.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV