Friday 19th April 2024,

2007

Ξ Leave a comment

Milli Təhlükəsizlik Nazirliyinin www.mns.gov.az domen adlı rəsmi internet saytının monitorinqinin yekunu

posted by

Milli Təhlükəsizlik Nazirliyinin www.mns.gov.az domen adlı rəsmi internet saytının monitorinqinin yekunu
15 iyun 2007

Milli Təhlükəsizlik Nazirliyinin www.mns.gov.az domen adlı rəsmi internet saytının monitorinqi aparılmış və informasiya azadlığı haqqında  mövcud  qanunvericiliyin  tələblərinə uyğun olaraq araşdırılmışdır. Monitorinqin  nəticələri

Milli Təhlükəsizlik Nazirliyi haqqında
1. Saytın müsbət cəhətlərindən Azərbaycan təhlükəsizlik orqanlarının tarixinin eləcə də nazirliyin əsas vəzifələrindən biri olan kəşfiyyat, əks-kəşfiyyat fəaliyyət, dövlət sirrinin mühafizəsi, cinayətlərin aşkarlanması, qabaqlanması, qarşısının alınması və açılması sahəsində fəaliyyətinin işıqlandırılmasıdır. Eyni zamanda ermənistan-azərbaycan, dağliq qarabağ münaqişəsi, terrorizmlə  mübarizə və bu sahədə görülən işlər haqqında ətraflı məlumat verilmişdir.

2. Lakin saytda nazirliyinin strukturu və onun strukturuna daxil olan digər orqanlar haqqında məlumat yoxdur.

3. Eyni zamanda nazirliyin və onun struktur bölmələrinin fəaliyyəti ilə bağlı təlimatlar və normativ hüquqi aktlar verilməyib.

4. Saytda təkcə nazirin tərcümyi-halı verilib. Digər vəzifəli şəxslərin adları, soyadları, təhsil və ixtisasları barədə və onlarla əlaqə forması göstərilməyib.

5. Ştat cədvəlləri, boş iş yerləri, işə  qəbul və müsabiqə qaydaları haqqında heç bir məlumat yoxdur.

6. Nazirliyin özünün   əmr, sərəncam və qərarları saytda öz əksini tapmayıb.

7. Rəhbər işçilərin qəbul saatları, vətəndaşların qəbul  qaydaları barədə məlumatlar yoxdur.

8. Ünvan, telefon və faks nömrələri ilə yanaşı, ancaq nazirliyin elektron poçt ünvanı saytda göstərilib. Digər məsul şəxslərin elektron ünvanı  haqqında məlumat yoxdur.

Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyəti barədə hesabatlar. Büdcə və büdcə proqnozları

1. Dövlət orqanının cari fəaliyyəti haqqında məlumatlar azlıq təşkil edir və ardıcıl olaraq yeniləşmir.

2. Saytla bağlı təkliflər bölməsi olsa da informasiya sorğularının tərtib olunması, qəbulu  və göndərilməsi  qaydaları, şikayət və sorğuların icmalı nəzərdə tutulmayıb. Bundan başqa informasiya  sorğuları  üçün məsul  şəxs göstərilməyib.

3. Beynəlxalq münasibətlər digər ölkələrin təhlükəsizlik xidmətləri ilə əməkdaşlıq barədə xəbər olsa da,  müqavilələr və ya onların açıqlanması xüsusi qanun əsasında qəbul edilən normativ aktlarla müəyyənləşdirilən informasiya verilməyib. 

4. Nazirlik tərəfindən gerçəkləşdirilən  satınalmalar, sifarişlər  haqqında  məlumat  yoxdur. 

5. Sahəyə aid dövlət büdcəsi, dövlət büdcəsinin xərclənməsi barədə hesabatlar saytda verilməyib.

6. Nazirliyin dövlət əhəmiyyətli konsepsiyaları, inkişaf planları, proqram layihələrinin həyata keçirilməsi üçün görünən işlər haqqında məlumatlar verilməyib.

Göstərilən xidmətlərə dair məlumatlar
1. OnLine  xidməti nəzərdə tutulmayıb.
2. 

Sayt olan texniki tələbatlar 1. Sayt texniki cəhətdən düzgün hazırlanıb və müxtəlif brauzerlərdə açılması və məlumatların düzgün oxunuşu təmin olunub.

2. Sayt üzrə və saytda yerləşdirilmiş məlumat  bazaları üzrə axtarış sistemi vardır.

3. Digər dövlət orqanları, habelə aidiyyatı üzrə beynəlxalq təşkilatların saytlarına keçidlər təşkil edilməyib.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV