Tuesday 23rd April 2024,

2015

Ξ Leave a comment

Diasporla İş Üzrə Dövlət Komitəsinin www.diaspora.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by informadmin
Diasporla İş Üzrə Dövlət Komitəsinin www.diaspora.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

Azərbaycan Respublikasının Diasporla İş Üzrə Dövlət Komitəsinin www.diaspora.gov.az  ünvanlı İnternet saytı, Azərbaycan haqqında ətraflı, geniş bilgilər (dövlət quruluşu, dövlət rəmzləri, dövlət dili, mədəniyyət, əhali, din, coğrafiya, xəritə, milli kino, mədəniyyət, iqtisadiyyat, təhsil, idman) Filmlər, videosüjetlər, xarici ölkələrdə keçirilən tədbirlər haqqında videosüjetlər, radio-diaspora, elektron –kitabxana, Azərbaycan diasporunun tarixi, təşəkkülü, Azərbaycan türklərinin məskunlaşma coğrafiyası, Azərbaycan diaspor təşkilatlarının mətbu orqanları və saytları haqda ətraflı məlumat verilir.  Azərbaycan Diaspor Təşkilatları bölməsində bütün dünyada olan diaspor təşkilatları, onların yaranması, rəhbərləri, ünvanları, əlaqə vasitələri haqda geniş bilgi tapmaq olar. Hətta Azərbaycan filmləri haqda məlumat verilməklə bərabər, həmin filmləri onlayn izləmə imkanı da mümkündür. İstənilən məlumatı bu saytdan dolğun və zəngin şəkildə əldə etmək mümkündür. Həmçinin, saytın yaradıcıları Azərbaycan diasporunun yaranma tarixi, yaradıcıları haqda elə gözəl bilgilər verirlər ki, ziyarətçidə gözəl təəssürat yaranır. Saytda ayrıca bölmədə təqdim edilən Qan Yaddaşı  bölməsi  də dolğunluğu ilə diqqəti cəlb edir. Qan Yaddaşı bölməsində 31 Mart Azərbaycanlıların soyqırımı, 20 Yanvar, Xocalı soyqırımı, İşğal edilmiş torpaqlar bölmələri ayrıca dolğun məlumatlar təqdim edir. Saytda Virtual Həftəsonu Məktəbi də fəaliyyət göstərir ki, burdan lazımi bilgiləri əldə etmək mümkündür.  Bundan əlavə, qurumun sosial şəbəkələrdən tvitter, fasebook, youtube və s.-də səhifələri mövcuddur. Burada sahə ilə bağlı bütün məlumatlara rast gəlmək mümkündür. Qurumun keçmiş rəhbərləri və indiki rəhbərlik haqqında ətraflı məlumatlar, vətəndaşların qəbul günləri və qaydaları, dövlət qulluqçusunun etik davranış qaydaları, onlayn və telefon, faks əlaqələri olması baxımından qurumun internet resursu yüksək dəyərləndirilir. Amma saytda bəzi  bölmələr boşdur ki, həmin bölmələrə də məlumatlar qoyulsa, saytı tam dolğun hesab etmək olar. Bu da komitənin boş vakant yerləri, sahə işçilərinin əmək haqları, tender elanları, qurumun büdcəsi və onun icrası, büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiyalarla bağlıdır. Beləliklə, saytın ümumi mənzərəsi aşağıdakı kimidir:

1.         Qurumun tarixi, qurumun fəaliyyətini təmin edən qanunverici baza haqqında bilgilər yetərli səviyyədədir. Qurumun rəhbərliyi haqda kifayət qədər dolğun bilgi verilir. Kollegiya haqqında isə eyni sözləri demək mümkün deyil.

2.         Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün qurumun yerləşdiyi ünvan, həm ümumi xarakterli, həm də ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları təqdim edilsə də, qurumun ünvanının marşrut və sxemi, quruma gəlmək üçün ictimai nəqliyyat haqqında bilgi verilmir.

3.         Qurumun strukturunun sxemi təqdim edilsə də, aparat, struktur rəhbərləri haqda heç bir bilgiyə rast gəlinmir.

4.         Rəhbər işçilər, onlarla əks əlaqə, əsas rəhbərin bioqrafiyası və ümumi imkanlar təqdim edilir. Rəhbərin müavinlərinin bioqrafiyaları, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər yuxarıda qeyd etdiyimiz kimi yoxdur, amma ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları də təqdim edilən məlumatlar sırasındadır.

5.         Qurumun cari fəaliyyəti haqqında mətbuat üçün açıqlamalar; quruma aid olan informasiya, quruma aid olan hər cür başqa cari informasiya yetərli səviyyədədir. Bundan başqa, qurumdaxili əmr və qərarlar; bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla); qurumun həyata keçirdiyi proqram və layihələr barədə də kifayət qədər bilgi göstərilir.

6.         Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə saytda məlumat rast gəlinməyən bilgilərdəndir.

7.         Qurum tərəfindən təklif edilən mütləq xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, onlayn müraciət imkanı və xidmətlərdən istifadə qaydaları haqqında bilgi geniş əks etdirilir. Həmçinin, qurum tərəfindən təklif edilən əlavə xidmətlər də mövcuddur.

8.         Dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və boş iş yerləri haqqında elanların arxivi barədə bilgilər təqdim edilməyən bilgilər sırasındadır.

9. Sahə işçilərinin əmək haqları barədə də heç bir bilgi təqdim edilmir.

10.       Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə məlumatlar mövcuddur.

11.       Daha bir əks etdirilməyən bilgi tender və yarışmaların keçirilməsi ilə bağlıdır. Qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları, tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi saytda öz əksini tapmır.

12.       Qurumunun norma- (qanun)yaratma fəaliyyəti barədə qurumun cari norma- (qanun)yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələri (tam mətni), bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri, qurumun norma- (qanun)yaratma fəaliyyəti ilə bağlı arxiv haqqında bilgilər də saytda öz əksini tapmışdır.

13.       Saytın texniki imkanları yaxşı dəyərləndirilir. Demək olar ki, bütün sosial şəbəkələrdə səhifələrinin mövcud olması və abunə imkanının mövcudluğu təqdirəlayiq haldır.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV