Thursday 25th April 2024,

2015

Ξ Leave a comment

Gənclər və İdman Nazirliyinin www.mys.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by informadmin
Gənclər və İdman Nazirliyinin www.mys.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin www.mys.gov.az domen adlı İnternet saytını dolğun saymaq olar. Saytda bu sahəyə aid xidmət haqqında müəyyən  bilgilər yer alıb. Saytın istifadəsi rahatdır. Burada sahə ilə bağlı bütün məlumatlara rast gəlinməsə də, bir çox məlumatları əldə etmək mümkündür. Elektron xidmətlər bölməsinin ayrıca təqdim edilməsi, qurumun tarixi, ünvanı, rəhbərlik haqqında ətraflı məlumatlar, vətəndaşların qəbul günləri və qaydaları, dövlət qulluqçusunun etik davranış qaydaları, qaynar xətt, onlayn və telefon, faks əlaqələri, sosial şəbəkələrdə səhifələrinin mövcudluğu baxımından qurumun internet resursu yüksək qiymətləndirilir. Lakin qurumun ünvanına  gəlmək üçün marşrut sxemi və ictimai nəqliyyat göstərilməmişdir. Bundan başqa, qurumun yalnız rəhbəri haqda bioqrafik məlumatlar saytda yer alır. Rəhbərin müavinləri, struktur rəhbərləri haqda heç bir bilgiyə rast gəlinmir. Həmçinin, nazirliyin büdcəsi və büdcənin icrası haqqında bilgilər təqdim edilmir. Bunu  sahə işçilərinin əmək haqqı barədə də demək olar. Tender elanları, tender və yarışmaların nəticələri və tender və yarışmaların nəticələrinin mübahisələrin həlli qaydaları, həmçinin, büdcədənkənar daxilolmalarla bağlı da məlumatlara rast gəlinmir. Gənclər və İdman Nazirliyinin saytında tabe qurumlardan adları qeyd olunan 24 idman federasiyalarının saytlarına nazirlyin saytından birbaşa keçid yoxdur. Saytda yalnız idman federasiyalarının adlarından ibarət siyahı verilib ki, bu da qaneedici sayıla bilməz. Həmçinin, regionlardakı olimpiya komplekslərinin rəhbərləri, ünvanları, telefon nömrələri də qeyd olunmayıb ki, kimsə əlaqə saxlamaq istəsə, bu, mümkün olsun.  Nazirliyin saytında tabeli  qurumların nə ünvanları, nə rəhbərliyi, nə də onlarla əlaqə vasitələri göstərilməyib. Bu, nazirliyin alt qurumlarına və regional şöbələrinə də aiddir. Amma saytdan birbaşa regionlardakı Gənclər Evlərinə keçidin olması təqdirəlayiq hal sayıla bilər. Saytda boş iş yerlərinin elanları mövcud deyil. Yalnız məzunlar üçün keçirilən əmək yarmarkaları haqda bilgi təqdim edilir. Saytın sosial şəbəkələrdə aktiv səhifəsi mövcud olsa da, abunə imkanının olmaması təəssüfedici haldır. Saytdan birbaşa keçidlə “Bakı-2015” Avropa Oyunları saytına keçib ingilis dilində bütün idman növləri haqda  bilgilərə rast gəlmək mümkündür. Beləliklə, saytın ümumi mənzərəsi isə aşağıdakı kimidir:

1.         Qurumun tarixi, qurumun fəaliyyətini təmin edən qanunverici baza haqqında bilgilər yetərli səviyyədədir. Qurumun rəhbərləri barədə yalnız indiki nazir haqda bilgi verilir. Kollegiya haqqında isə heç bir məlumat yoxdur.

2.         Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün qurumun yerləşdiyi ünvan, həm ümumi xarakterli, həm də ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları göstərilmişdir. Lakin qurumun ünvanının marşrut və sxemi, həmçinin, quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə məlumatlar isə saytda öz əksini tapmır.

3.         Qurumun strukturu barədə təqdim edilmiş bilgilər yetərli sayılnmır.

4.         Rəhbər işçilər, onlarla əks əlaqə, əsas rəhbərin bioqrafiyası, qurumun rəhbəri ilə əks əlaqə imkanları və qurum ilə əks əlaqə üçün ümumi imkanlar təqdim edilir. Rəhbərin müavinlərinin bioqrafiyaları təqdim edilməyən bilgilər sırasındadır, struktur bölmələrinin rəhbərləri haqqında da bioqrafik bilgilər göstərilməmiş, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları, regional şöbələrin rəhbərləri ilə əlaqə və ünvanlar təqdim olunmur.

5.         Qurumun cari fəaliyyəti haqqında mətbuat üçün açıqlamalar; quruma aid olan informasiya, quruma aid olan hər cür başqa cari informasiya yetərli səviyyədədir. Bundan başqa, qurumdaxili əmr və qərarlar; bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla); qurumun həyata keçirdiyi proqram və layihələr barədə də kifayət qədər bilgi saytda yer almışdır.

6.         Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə saytda heç bir bilgiyə rast gəlinmir.

7.         Qurum tərəfindən təklif edilən mütləq xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, onlayn müraciət imkanı və xidmətlərdən istifadə qaydaları haqqında bilgi geniş əks etdirilir. Həmçinin, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, qaynar xətt nömrəsi də mövcuddur.

8.         Dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası və  işə qəbulun norma və qaydaları, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və boş iş yerləri haqqında elanların arxivi barədə bilgilər də təsüflər olsun ki, saytda yer almır.

9.        Sahə işçilərinin əmək haqları barədə  də saytda heç bir məlumata rast gəlinmir.

10.       Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə ətraflı məlumatlar saytda mövcuddur.

11.       Daha bir əks etdirilməyən bilgi tender və yarışmaların keçirilməsi ilə bağlıdır. Qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları, tenderlərin keçirilməsi ilə bağlı elanlar təqdim olunsa da, tender və yarışmaların nəticələri, saytda öz əksini tapmamışdır.

12.       Qurumun cari norma- (qanun)yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələri (tam mətni), bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri, qurumun norma- (qanun)yaratma fəaliyyəti ilə bağlı arxiv haqqında bilgilər də saytda öz əksini tapmışdır.

13.       Saytın texniki imkanları yaxşı dəyərləndirilir. Ancaq abunə imkanı çatışmır. Qurumun sosial şəbəkələrdən fasebook-da aktiv səhifəsi mövcuddur.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV