Thursday 25th April 2024,

2015

Ξ Leave a comment

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin www.refugees-idps-comitee.gov.az domen adlı internet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

posted by informadmin
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin www.refugees-idps-comitee.gov.az domen adlı internet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin www.refugees-idps-comitee.gov.az domen adlı internet saytı, icmalda da qeyd etdiyimiz kimi, elektron xidmətlərin olması ilə diqqəti çəkir, amma rəhbərlik haqqında heç bir bioqrafik məlumatların verilməməsi, həmçinin regional strukturların ünvanının qeyd edilməməsi, işə qəbul, qurumun büdcəsi, tender və yarışmalar haqda elanlar, sahə işçilərinin əmək haqqının göstərilməməsi saytın çatışmayan cəhətlərindəndir. Düzdür, funksionallıq, istifadə rahatlığı və düzənləmə baxımından bu resursu yetərli səviyyədə dəyərləndirmək olar. Ancaq bu, heç də o demək deyil ki, sayt tələbata cavab verə biləcək həddədir. Yəni, bu saytın bir çox bölmələrini informasiya ilə dolğunlaşdırmaq lazımdır. Ona görə də aşağıda bu istiqamətdə tövsiyələrimizi təqdim edirik:

1. Qurum ilə bağlı informasiyalara qurumun  rəhbərləri barədə bilgilərin əlavə edilməsi tövsiyə olunur.

2. Ziyarətçilərin dövlət qurumu ilə əlaqə saxlaması üçün quruma getmək üçün ictimai nəqliyyat barədə geniş məlumatlar təqdim edildiyinə görə, əlavə tövsiyəyə ehtiyac duyulmur.

3. Qurumun strukturunun sxemi və aparat barədə bilgilər olsa da, regional bölmələrin ünvanları barədə bilgilərin təqdim edilməsinə ehtiyac var.

4. Rəhbər işçilər, onlarla əks əlaqə barədə təqdim edilmiş bilgilər sırasına rəhbərin və onun müavinlərinin, həmçinin, struktur və regional rəhbərlərin bioqrafiyalarının da əlavə edilməsi tövsiyə olunur.

5. Qurumun cari fəaliyyəti haqqında mətbuat üçün açıqlamalar kifayət qədərdir. Həmçinin, qurumdaxili əmr və qərarların və onların reyestrinin saytda yer almasını da nəzərə alaraq əlavə tövsiyəyə ehtiyac duyulmur.

6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında bilgilərin daha dolğun şəkildə təqdim edilməsi  tövsiyələr sırasındadır.

7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında informasiyalara əlavə xidmətlər barədə bilgilərin də təqdim olunması növbəti tövsiyələrdəndir.

8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında bilgilərin əks etdirilməsi tövsiyələr sırasındadır. Yaxşı olardı ki, boş iş yerləri haqda elanlar da saytda yer alsın.

9. Sahə işçilərinin əmək haqları barədə bilgilərin də saytda əks etdirilməsi tövsiyə olunur.

10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında bilgilər təqdim edildiyi üçün əlavə tövsiyə verilmir.

11. Tender və yarışmaların keçirilməsi ilə bağlı isə tender elanlarının da təqdim edilməsi tövsiyə olunur.

12. Dövlət qurumunun norma- (qanun)yaratma fəaliyyəti haqqında bilgilərin təqdim edildiyini nəzərə alaraq əlavə tövsiyə verilmir.

13. Saytın texniki imkanları sırasına abunə imkanının da daxil edilməsinə gərək var. Bundan başqa, qurumun sosial şəbəkələrdə səhifəsinin yaradılması gərəklidir.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV