Thursday 28th March 2024,

2015

Ξ Leave a comment

Ağsu Rayon İcra Hakimiyyəti www.agsu-ih.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by informadmin
Ağsu Rayon İcra Hakimiyyəti www.agsu-ih.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

Azərbaycan Respublikası Ağsu Rayon İcra Hakimiyyəti  www.agsu-ih.gov.az domen adlı İnternet resursunun görünüşü normaldır. Saytda İqtisadiyyat bölməsində büdcə haqqında məlumatların verilməsi təqdirəlayiqdir. Bunula belə saytda yenilik gözə çarpmır. Xəbərlər bölməsidəki son informasiya 2014-cü ilə aiddir. Bəzi bölmələr üzrə bilgilər kifayət qədər deyil. Bəzi bölmələrin (elektron xidmətlər, electron xidmətlər, əhali) boş olması və təqdim edilməsi gərəkli olan bilgilərin olmaması gözdən qaçmır. Əvvəlki monitorinqdən bu yana gözəçarpacaq dərəcədə dəyişikliyin edilməməsi ilə diqqət çəkir.

Beləliklə, Ağsu Rayon İcra Hakimiyyəti saytının ümumi mənzərəsi aşağıdakı kimidir:

1.  Rayon haqqındakı bilgilər kifayət qədərdir, qurum, qurumun rəhbəri haqqında verilmiş məlumatlar qənaətbəxşdir. Təhsil, səhiyyə bölmələrində rayonun təhsili və səhiyyəsi haqda dolğun informasiya olmasa da, vakant iş yerləri haqda məlumat verilir ki, bunu yararlı müsbət hal kimi qiymətləndirmək olar. Lakin rayon haqqındakı bölmədə rayon əhalisi haqda heç bir məlumat yoxdur. Qurumun tarixi, quruma daha öncə başçılıq etmiş şəxslər barədə məlumat, qurumun fəaliyyətini təmin edən qanunverici baza, qurumun səlahiyyət çərçivələri barədə isə heç bir məlumat verilmir.

2.  Ziyarətçilərin əks əlaqəsi üçün qurumun ünvanı, telefon və faks nömrələri, e-poçt ünvanları verilsə də, quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında məlumatlara rast gəlinmir.

3.  Qurumun strukturu haqqında sxem və müavinlər haqqında mə­lumatlar olsa da, onlarla əlaqə nəmrələri sadəcə şəhər telefonu göstərilməklə kifayətlənilir. Struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeli­yindəki informasiya sistemləri haqqında məlumatlar isə təqdim edilmir.

4.  Qurumun rəhbəri və ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları haqqında qısaca da olsa bilgilər təqdim edilir. Lakin bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilərə rast gəlinmir.

5.  Cari informasiyalar baxımından da sayt zəngin sayıla bilməz. Saytda yerləşdirilən son informasiya 17 dekabr 2014-cü ilə aiddir. Qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) və dövlət qurumunun həyata keçirdiyi proqram və layihələr barədə də heç bir bilgi təqdim edilmir.

6.   Qurumun büdcəsi, büdcənin icrası, büdcədənkənar daxil­olmalar və onların istiqamətləri barədə informasiyalara da saytda rast gəlinmir.

7.  Qurumun təklif etməli olduğu mütləq və əlavə xidmətlər barədə də heç bir bilgi verilmir. Burada yalnız onlayn müraciət imkanı təqdim edilir.

8.   Boş iş yerləri və işə qəbulla bağlı yalnız səhiyyə və təhsil sahəsində vakant yerlər haqda informasiyalar var. Başqa boş iş yerləri və işə qəbulla bağlı (qurum və onun struktur böl­mələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar haqqında, qurum  və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və elanların arxivi) məlumatlar da təqdim edilməyən bilgilər sırasındadır.

9.   Qurumun işçilərinin əmək haqları ilə bağlı heç bir məlumat verilmir.

10.  Vətəndaşların qəbulu ilə bağlı yalnız rəhbər və ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları barədə bilgilər var. Burada nə vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları nə də, qurumda vətəndaşların qəbul qaydaları, nə də onlarla əlaqə nömrələri  haqqında bilgilər təqdim edilmir.

11.  Tender və yarışmalar haqqında hər hansı bilgiyə rast gəlinmir.

12.  Saytın texniki imkanları normal səviyyədədir. Onlayn müraciət forması təqdim olunsa da,  abunə imkanı yoxdur.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV