Monday 19th November 2018,

2007

Ξ Leave a comment

Vergilər Nazirliyinin www.taxes.gov.az domen adlı rəsmi internet saytının monitorinqinin yekunu

posted by

Vergilər Nazirliyinin www.taxes.gov.az domen adlı rəsmi internet saytının monitorinqinin yekunu

20 iyun 2007

Vergilər Nazirliyinin  www.taxes.gov.az  domen adlı rəsmi internet saytının monitorinqi aparılmış, texniki və dizayn baxımından analiz edilmişdir. Aparılmış monitorinq nəticəsində məlum olmuşdur ki, sayt standart tələblərə cavab verir və normal səviyyəlidir. Bununla yanaşı bəzi çatışmayan cəhətləri vardır. Monitorinqin nəticəsi kimi aşağıdakıları qeyd etmək olar:

Vergilər Nazirliyi haqqında
1. Sayt dizayn və vergi sisteminə aid informasiya  həcminə görə normal qurulmuşdur. Burada Vergi Nazirliyi və onun yaranma tarixi haqqında ətraflı məlumat verilmişdir. Ancaq bu məlumatlar çox keçidli və səs animasiyalı verilmişdir. Nəzərə almaq lazımdır ki, bu cür keçidlər və artıq animasiyalar yükləmə prosesini artırır və vaxt itkisinə səbəb olur. Bu hal özünü aşağı konfiqurasiyalı kompüterlərdə daha qabarıq göstərir.

2. Yuxarıda göstərilən hal vergi orqanının strukturu və struktur bölmələri haqqında olan məlumatlar hissəsində də özünü göstərir. Eyni zamanda burada bəzi keçidlərdə geriyə qayıdış qoyulmayıb.

3. Saytın müsbət cəhətlərindən biri də vəzifəli şəxslərin adları, soyadları, təhsil və ixtisasları eləcə də rəhbər işçilərin ünvanı, telefon və elektron poçt ünvanları barədə ətraflı məlumatların verilməsi eyni zamanda xüsusi blokda Vergilər  Nazirliyinin mərkəzi aparatında rəhbər işçilərin 2007-ci ildə qəbul  qrafikinin göstərilməsidir.

4. Ştat cədvəllərinə saytda rast gəlinmir.

5. Vergi Nazirliyinin və onun struktur bölmələrinin fəaliyyəti ilə bağlı hazırlanmış təlimatlar və normativ hüquqi aktlar eləcə də nazirliyin öz daxili əmr, sərancamlar və qərarlar saytda öz əksini tapmışdır. Lakin öz sahəsində dövlət sirri təşkil edən məlumatların siyahısı verilməyib.

Vergilər Nazirliyinin fəaliyyəti barədə hesabatlar. Büdcə və büdcə prognozları

Saytın Nazirliyin fəaliyyətinin işıqlandırılması hissəsini müsbət qəbul etmək olar. Belə ki,  saytda orqanın cari fəaliyyəti normal əks olunub. Bundan başqa şikayət, təklif və sorğuların icmalı, informasiya infrastrukturu, informasiya sorğularının tərtib olunması, qəbulu  və göndərilməsi  qaydaları qoyulan tələblərə uyğun gəlir. Eyni zamanda saytda istifadəçiləri vergi məsələləri ilə bağlı maraqlandıran dövlət qanunlarına, təlimatlara geniş yer verilib. Bütün bunlarla yanaşı bəzi boşluqlara rast gəlinir.

1. Özünə  aid olan informasiya  resursları haqqında məlumat yoxdur.

2. Beynəlxalq müqavilələr və ya onların əsasında qəbul edilən normativ sənədlər haqqında informasiyaya rast gəlinmir.

3. Dövlət  satınalmaları və tenderlər  haqqında ətraflı məlumata az rast  gəlinir.

4. Nazirlik tərəfdən özəl hüquqi şəxslərə və qeyri-kommersiya təşkilatlarına, büdcədənkənar fondlara dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid informasiya verilməyib.

5. Nazirliyə ayrılmış dövlət büdcəsinin və onun xərci barədə hesabat yoxdur.

Göstərilən xidmətlərə dair məlumatlar
1. Qeyd etmək lazımdır ki, sayt göstərilən xidmətlərə aid bölüm mövcud tələblərə cavab verir. Belə ki, Vergilər Nazirliyi tərəfindən göstərilən xidmətlərə dair məlumatlar saytda ətraflı verilmişdir və Online, İnteraktiv eləcə də forum xidmətləri təşkil olunmuşdur. 

Sayta olan texniki tələbatlar 1. Saytın müxtəlif brauzerlərdə açılması və məlumatların düzgün oxunuşu təmin olunub.

2. Sayt üzrə və saytda yerləşdirilmiş məlumat  bazaları üzrə axtarış sistemi və  xəbərlərə abunəçilik sistemi yaradılıb.

3. Digər dövlət orqanları, habelə aidiyyatı üzrə beynəlxalq təşkilatların saytlarına keçidlər təşkil edilib.

4. Saytın xarici görünüşü, naviqasiya sistemi və istifadə rahatlığını qənaətbəxş hesab etmək olar.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

    arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

    ARXİV