Thursday 25th April 2024,

2015

Ξ Leave a comment

Astara Rayon İcra Hakimiyyəti www.astara-ih.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

posted by informadmin
Astara Rayon İcra Hakimiyyəti www.astara-ih.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

Azərbaycan Respublikası Astara Rayon İcra Hakimiyyəti www.astara-ih.gov.az domen adlı İnternet saytında məlumat baxımından çox çatışmazlıqlar var. Bu çatışmazlıqların aradan qaldırılmasına kömək məqsədilə  tövsiyələrimizi diqqətə çatdırırıq.

1.    Saytda rayon haqqındakı bilgilərlə yanaşı qurumun özü haqqında, quruma daha öncə başçılıq etmiş şəxslər haqqında, qurumun fəaliyyətini təmin edən qanunverici baza haqqında, qurumun səlahiyyət çərçivələri və hakimiyyət qolunda yeri haqqında bilgilərin əlavə edilməsi tövsiyə olunur. Rayonun əhalisi haqdakı məlumatı dolğunlaşdırmaq tövsiyyə olunur.

2.    Ziyarətçilərin əks əlaqəsini daha da uyğun bir hala gətirmək baxımından qurumun yerləşdiyi ünvanın sxemi, birbaşa əhalini qəbul edəcək rəhbər işçilərin telefon nömrələri, quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında məlumatların da təqdim edilməsi tövsiyə olunur.

3.   İcra Hakimiyyətinin strukturu barədə struktur bölmələrinin dəqiq (tam) ünvanları,  struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri haqqında məlumatların təqdim edilməsi tövsiyə olunur.

4.   Qurumun  rəhbəri, rəhbər işçiləri və onlarla əks əlaqələr baxımından  bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilərin təqdim edilməsi, qurumun rəhbəri və ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları haqqında təqdim edilmiş qısaca bilgilərin isə dolğunlaşdırılması tövsiyə olunur. Rəhbər, rəhbər işçilər və onlarla əks əlaqələrin də saytda yerləşdirilməsi yaxşı olardı.

5.  Cari informasiyaların daim yenilənməsinə baxmayaraq, qurumdaxili əmr və qərarların, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) və dövlət qurumunun həyata keçirdiyi proqram və layihələr barədə bilgilərin isə təqdim edilməsi tövsiyə olunur.

6.   Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə bilgilərin əlavə edilməsi tövsiyələr sırasındadır.

7.   Qurumun təklif etməli olduğu mütləq və əlavə xidmətlər  barədə bilgilərin də saytda əks etdirilməsi tövsiyə olunur.

8.   Növbəti tövsiyə boş iş yerləri və işə qəbulla bağlı (qurum və onun struktur böl­mələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları,  işə qəbulla bağlı komissiyalar haqqında, qurum  və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və elanların arxivi) bilgilərin də saytda öz əksini tapması yönündədir.

9.    Rəhbər, onun müavinlərinin və struktur bölmələri rəhbər işçilərin əmək haqlarının da təqdim edilməsi tövsiyə olunur.

10.   Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında həm vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları, həm də  qurumda vətəndaşların qəbul qaydaları haqqında bilgilərin təqdim edilməsi tövsiyəyə olunur.

11.   Tender və yarışmalar haqqında isə dövlət orqanları tərəfindən tender və yarışmaların keçirilməsinin qaydaları ilə bağlı ümumi informasiya, qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları və tenderlərin keçirilməsi ilə bağlı elanlar haqqında olan bilgilərin də saytda yer alması tövsiyə olunur.

12.   Saytın texniki imkanlarının yaxşılaşdırılması və abunə imkanının da daxil edilməsi tövsiyə olunur.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV