Thursday 25th April 2024,

2015

Ξ Leave a comment

Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının www.human.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

posted by informadmin
Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının www.human.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

Respublikası Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının www.human.gov.az ünvanlı İnternet saytına baxarkən belə təəssürat yaranır ki, sanki sayt  hazırlıq ərəfəsindədir. Lakin saytın 2013-cü ildən üzü bu yana belə qalması heç də hazırlıq ərəfəsində olduğundan xəbər vermir. Saytda erməni vəhşilikləri, işğal, soyqırım, erməni terrorizmi, əsir, girov və itkin düşmüşlər bölmələri olsa da, sayt natamam təsir bağışlayır. Bununla belə, sayt qismən tələbatlara cavab verir. Ona görə də aşağıda bu istiqamətdə tövsiyələrimizi təqdim edirik:

1.         Qurum ilə bağlı informasiyalara, qurumun tarixi, rəhbəri və rəhbərliyi barədə bilgilərin əlavə edilməsi tövsiyə olunur.

2.         Ziyarətçilərin dövlət qurumu ilə əlaqə saxlaması üçün bütün vəzifəli şəxslərlə əlaqə üçün e-poçt ünvanlarının və quruma getmək üçün ictimai nəqliyyat barədə bilgilərin saytda əks etdirilməsi tövsiyə olunur.

3.         Qurumun strukturunun sxemi və aparat barədə bilgilərin, regional bölmələr (əgər varsa) və onlarla əlaqə imkanları haqqında bilgilərin, struktur bölmələrinin ünvanları və səlahiyyət çərçivələri barədə bilgilərin və qurumun tabeliyindəki informasiya sistemləri barədə ayrıntılı məlumatların verilməsi tövsiyələr sırasındadır.

4.         Rəhbər işçilər, onlarla əks əlaqə, müavinlərin və başqa rəhbər şəxslərin bioqrafiyaları və əks əlaqə imkanlarının da təqdim edilməsi növbəti tövsiyələrdəndir.

5.         Qurumun cari fəaliyyəti haqqında mətbuat üçün açıqlamaların operativliyinin gözlənilməsi yaxşı olardı. Yəni, məlumatların yenilənməsinə ciddi ehtiyac var. Həmçinin, qurumdaxili əmr və qərarların, onların reyestrinin saytda əks etdirilməsi tövsiyələr sırasındadır.

6.         Yaxşı olardı ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında bilgilər təqdim edilsin.

7.         Qurum tərəfindən təklif edilən xidmətlər haqqında məlumatlar təqdim olunduğu üçün bu barədə tövsiyəyə ehtiyac yoxdur. Lakin qaynar xəttin daxil edilməsi tövsiyə olunur.

8.         İşə qəbul qaydaları və boş iş yerləri haqqında bilgilərin əks etdirilməsi tövsiyələr sırasındadır.

9.         Növbəti tövsiyə isə sahə işçilərinin əmək haqları barədə bilgilərin saytda əks etdirilməsi ilə bağlıdır.

10.       Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında informasiya  natamam təqdim edildiyi üçün bu sahənin dolğunlaşdırılması tövsiyə olunur.

11.       Tender və yarışmaların keçirilməsi ilə bağlı da heç bir məlumata rast gəlinmir. Eyni tövsiyə bu sahəyə də şamil olunur.

12.       Dövlət qurumunun norma- (qanun) yaratma fəaliyyəti haqqında bilgilərin də təqdim edilməsi tövsiyə olunur.

13.       Saytın texniki imkanları sırasına abunə imkanının əlavə edilməsi və sosial şəbəkələrdə səhifəsinin hazırlanması tövsiyələr sırasındadır.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV