Saturday 20th April 2024,

2015

Ξ Leave a comment

Baş Prokurorluğunun www.genprosecutor.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by informadmin
Baş Prokurorluğunun www.genprosecutor.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

Azərbaycan Respublikası Baş Prokurorluğunun www.genprosecutor.gov.az domen adlı İnternet saytında demək olar ki, yetərli və dolğun bilgi əks etdirilməsi baxımından diqqət çəkir. Saytda təqdim olunan Azərbaycan Respublikası haqqında, tarixi, ərazisi, əhalisi, siyasi sistemi, dövlət rəmzləri barədə ətraflı bilgilər təqdim edilir. Virtual Qarabağ, Qan yaddaşı və Sumqayıt hadisələri -1988  bölmələri xüsusi əhəmiyyət kəsb edir. Saytda bu sahəyə aid xidmət haqqında çox geniş bilgilər yer alıb. Burada sahə ilə bağlı bütün məlumatlara rast gəlmək mümkündür. Prokurorluğun tarix muzeyi haqda məlumatlar ayrıca bölmədə təqdim olunur ki, bu da təqdirəlayiq hal sayılır. Baş prokurorluğa tabe qurumların şəhər və rayon prokurorluqlarının ünvanları, rəhbərləri, onların köməkçilərinin əlaqə vasitələri və onlayn e-poçtları təqdim edilir ki, bu da çox təqdirəlayiq haldır.

Saytda diqqətimizi bir məqam da çəkdi ki, digər qurumlardan fəqrli olaraq, Baş Prokurorluğun və tabe qurumlarının şəhər telefonları ilə bərabər prokuror köməkçilərinin mobil telefonları da təqdim edilmişdir. Bu da qurumun aktiv fəaliyyətinin bariz göstəricisidir. Yəni, bəzi qurumlarda cəmi 2-3 telefon əlaqəsi göstərməklə işini bitmiş hesab edənlərə nümunə olaraq, Baş Prokurorluğun saytını göstərmək olar.  Bu, həm də onun göstəricisidir ki, qurum var-qüvvəsi ilə vətəndaşlara xidməti qarşısına məqsəd qoymuşdur.

Qurumun saytında xidmət zamanı şəhid olan 7 nəfər prokurorluq işçiləri haqda məlumatların göstərilməsi  qurum işçilərinin Şəhidlərə böyük  hörmətinin göstərisidir.

Qurumun 24 saat fəaliyyət göstərən üç ədəd Qaynar Xətt nömrəsi mövcuddur və bu nömrələr bəzi qurumların saytlarında rast gəldiyimiz kimi gizlədilməmişdir, əksinə saytın ən gözə görünən hissəsində iri rəqəmlərlə ziyarətçinin diqqətinə çatdırılır. Elə Qaynar Xəttin altında onlayn müraciət üçün e-poçt da təqdim olunur. Saytda Korrupsiya və rüşvətxorluqla rastlaşan vətəndaşlar üçün ayrıca Qaynar Xətt fəaliyyət göstərir ki, vətəndaşlar bu nömrəyə istənilən zaman telefon açıb məlumat verə bilərlər.

Qurumun saytında Azərbaycanın ilk prokurorları haqda da məlumatlar yerləşdirilmişdir. Qurumun ünvanı, rəhbərlik haqqında ətraflı məlumatlar, vətəndaşların qəbul günləri və qaydaları, dövlət qulluqçusunun etik davranış qaydaları, qaynar xətt, onlayn və telefon, faks əlaqələri, sosial şəbəkələrdə (facebook, tvitter və youtube) səhifələrinin mövcudluğu baxımından qurumun internet resursunu yüksək qiymətləndiririk. Xüsusilə də, qurum rəhbərliyi quruma dövlət büdcəsindən ayrılan vəsait və onun icrası haqqında məlumat da vermişdir. Amma bunu  sahə işçilərinin əmək haqqı barədə demək olmur. Saytda demək olar ki, çox az bölmə boşdur: bu, sahə işçilərinin tarif stavkası, tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları, büdcədənkənar daxilolmalarla bağlı sahələr aiddir.

Beləliklə, saytın ümumi mənzərəsi isə aşağıdakı kimidir:

1.         Qurum ilə bağlı qurumun tarixi, qurumun fəaliyyətini təmin edən qanunverici baza haqqında bilgilər yetərli səviyyədədir. Qurumun rəhbərliyi haqda kifayət qədər dolğun bilgi verilir. Kollegiya haqqında da eyni sözləri demək mümkündür.

2.         Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün qurumun yerləşdiyi ünvan, həm ümumi xarakterli, həm də ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları təqdim edilir. Lakin qurumun ünvanının marşrut və sxemi haqqında, həmçinin, quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə məlumatlar öz əksini tapmır.

3.         Qurumun strukturu barədə də yetərli bilgi təqdim edilmişdir.  Struktur qurumları barədə, onların rəhbərləri, əlaqə vasitələri, onlayn yazşıma formaları ətraflı təqdim edilir. Tək rəhbərlərin deyil, həmçinin vətəndaşlar rahatlıqla əlaqə yarada bilməsi üçün həmin qurumların digər şöbə işçilərinin də telefon nömrələri göstərilib.

4.         Rəhbər işçilər, onlarla əks əlaqə, əsas rəhbərin bioqrafiyası, qurumun rəhbəri ilə əks əlaqə imkanları və qurum ilə əks əlaqə üçün ümumi imkanlar təqdim edilir. Rəhbərin müavinlərinin bioqrafiyaları, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, ayrı-ayrı struktur bölmələrinin ünvanları və rəhbərləri ilə əks əlaqə imkanları də geniş təqdim edilən məlumatlar sırasındadır.

5.         Qurumun cari fəaliyyəti haqqında mətbuat üçün açıqlamalar; quruma aid olan informasiya, quruma aid olan hər cür başqa cari informasiya yetərli səviyyədədir. Bundan başqa, qurumdaxili əmr və qərarlar; bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla); qurumun həyata keçirdiyi proqram və layihələr barədə də kifayət qədər bilgi göstərilir.

6.         Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə bilgilər saytda yer əks etdirilir.

7.         Qurum tərəfindən təklif edilən mütləq xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, onlayn müraciət imkanı və xidmətlərdən istifadə qaydaları haqqında bilgi geniş əks etdirilir. Həmçinin, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, bir neçə qaynar xətt nömrəsi mövcuddur.

 

8.         Dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası və  işə qəbulun norma və qaydaları, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və boş iş yerləri haqqında elanların arxivi barədə bilgilər təqdim edilmişdir.

9. Sahə işçilərinin əmək haqları barədə isə heç bir məlumata rast gəlinmir.

10.       Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə də ətraflı məlumatlar mövcuddur.

11.       Daha bir əks etdirilən bilgi tender və yarışmaların keçirilməsi ilə bağlıdır. Qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları, tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi saytda öz əksini tapmışdır. Yeganə təqdim edilməyən bilgi tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydalarıdır.

12.       Qurumun cari norma- (qanun)yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələri (tam mətni), qurumun norma- (qanun)yaratma fəaliyyəti ilə bağlı arxiv haqqında bilgilər də saytda öz əksini tapmışdır. Burada çatışmayan bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləridir.

13.       Saytın texniki imkanları yaxşı dəyərləndirilir. Sosial şəbəkələrdən twitter, fasebook, youtube –da dolğun səhifələri mövcuddur. Həmçinin, abunə imkanı yaxşı formada təqdim edilir.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV