Thursday 18th April 2024,

2007

Ξ Leave a comment

Səhiyyə Nazirliyinin www.sehiyye.gov.az domen adlı rəsmi internet saytının monitorinqinin yekunu

posted by

Səhiyyə Nazirliyinin www.sehiyye.gov.az  domen adlı rəsmi internet saytının monitorinqinin yekunu

26 iyun 2007

Səhiyyə Nazirliyinin www.sehiyye.gov.az  domen adlı rəsmi internet saytının   monitorinqi      aparılmışdır. Monitorinq nəticəsində  istifadəçilərlə interaktiv əlaqənin  qurulması və istifadəçilərin sual və təkliflərinin cavablandırılması, onların icmalının verilməsi müəyyən olunub. Bundan başqa saytda səhiyyədə aparılan islahatlara, eləcə də həkim məsləhətləri ilə bağlı informasiyalar xeyli yer verilmişdir. Ümumiyyətlə sayt bir sıra çatışmayan cəhətləri olmaqla standart tipli yaradılıb və səhiyyə sahəsində görülən bir çox işləri özündə əks etdirir. Monitorinqin yekunları aşağıda verilib:

 Səhiyyə Nazirliyi haqqında ümumi məlumatlar

1.         Səhiyyə Nazirliyinin yaranma tarixi verilsə də, struktur sxemi, nazir, nazir müavinləri və onun digər şöbələrinin vəzifəli şəxsləri barədə məlumatlara yer verilməyib. Eyni zamanda  rəhbər işçilərin qəbul saatları barədə məlumatlar və vətəndaşların qəbul  qaydaları yoxdur.

2.         Çatışmayan cəhətlərdən biri də vəzifəli şəxsin tərcümeyi-halı, onun telefonu, e-mail ünvanı və vətəndaşların qəbul qrafikinin göstərilməməsidir.

3.         Boş iş yerləri haqqında elan verilsədə, işə  qəbul və müsabiqə qaydaları yoxdur.

4.         Nazirlik aparatının ştat cədvəli nəzərə alınmayıb.

5.         Nazirliyin öz əmr, sərəncam və qərarlar haqqında məlumata rast gəlinmir.

6.         Müsbət cəhətlərdən biri kimi saytda bir çox məsələlərin hüquqi həllini tapmaq üçün istifadə olunan səhiyyə aid qanunlar toplusu və Azərbaycan Respublikası Prezidentinin Fərmanlarının ətraflı verilməsini qeyd etmək olar

7.         Ancaq öz sahəsində dövlət sirri təşkil edən məlumatların siyahısı isə yoxdur.

Səhiyyə Nazirliyinin fəaliyyəti barədə hesabatlar. Büdcə və büdcə proqnozları

Bu blokda qanunvericilik tərəfindən qarşıya qoyulmuş bir çox tələblər yerinə yetirilsə də bir  sıra  çatışmazlıqlar var. Belə ki, saytda nazirliyin cari fəaliyyəti, şikayət, təklif və sorğuların icmalı, informasiya sorğularının tərtib olunması, qəbulu  və göndərilməsi  qaydaları, tenderə çıxarılacaq sahələr, müsabiqələr və onların nəticələri, inkişaf planları və proqramları haqqında, öz səlahiyyəti  daxilində  həyata keçirdiyi  yoxlamalar haqqında məlumatlar verilib və mütəmadi dəyişikliklər edilir. Lakin qanunveicilikdə nəzərdə tutulan ancaq saytda öz əksini tapmayan cəhətlər vardır. Bunlar aşağıdakılardır:

1.         Öz  sahəsi ilə əlaqəli digər  informasiya  resursları haqqında məlumatlar yoxdur.

2.         Dövlət  satınalmaları, tenderlər , müsabiqələr haqqında məlumatlar  verilməyib.

3.         Sahəyə aid dövlət büdcəsi, dövlət büdcəsinin xərci , icrası barədə hesabatlar yoxdur.

4.         Qüvvədə olan əmək haqqı dərəcələri, əməyin ödənilməsinə dair təlimatlar, habelə əlavə haqların ödənilməsi qaydaları və xüsusi güzəştlər barədə məlumatlar Nazirlər Kabinetinin qərarında nəzərdə tutulsa da saytda bu nəzərdə tutulmayıb.

 5.         Dövlət orqanının səlahiyyətli nümayəndələrinin çıxışlarına az yer verilib.

Göstərilən xidmətlərə dair məlumatlar.

Göstərilən xidmətlər saytda yaxşı təşkil olunub. Ancaq xidmətlər, lisenziyalar, rüsumlar və onların doldurulmuş nümunələri verilməyib.

Sayt olan texniki tələbatlar

1.         Saytın hər hansı geniş yayılmış xarici dildə olan versiyası yoxdur.

2.         Dövlət orqanları, habelə aidiyyatı üzrə beynəlxalq təşkilatların saytlarına keçidlər qoyulmayıb.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV