Tuesday 25th September 2018,

Xəbərlər

Ξ Leave a comment

Bələdiyyələrdə ictimai informasiyaların açıqlanmasının effektiv mexanizmlərinin yaradılması” mövzusunda Seminar keçirilib

posted by

29.06.2007

Multimedia
İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin
Məlumatı

    Bu gün  “İnformasiya Azadlığının İnkişafı “ Koalisiyası və onun aparıcı qurumu olan Multimedia İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi tərəfindən “Bələdiyyələrdə ictimai informasiyaların açıqlanmasının effektiv  mexanizmlərinin yaradılması” mövzusunda  Seminar  keçirilib. Seminarda  Bakı şəhəri Bələdiyyələrinin, Bələdiyyə Assosiasiyasıyalarının, Bərdə şəhər Bələdiyyəsinin  nümayəndələri iştirak edib.
    Seminarda “Bələdiyyələrin informasiya  açıqlığında  informasiya texnologiyalarının rolu” mövzusunda Multimedia  Mərkəzinin direktoru Osman Gündüzün və “Bələdiyyələrin İnternet  resurslarının yaradılması və ondan səmərəli istifadə  edilməsi” mövzusunda “Sahil” İnformasiya Texnologiyaları Mərkəzinin direktoru Vahid  Qasımovun təqdimatları olub.
    Seminarda  İnformasiya əldə etmək  haqqında  Qanunun tələblərinə uyğun olaraq ictimai informasiyaların açıqlanması üçün  İnternet  resursların formalaşdırılması və ondan səmərəli istifadə yolları ətrafında  diskussiya aparılıb. Pilot olaraq  seçilmiş M. Rəsulzadə  Bələdiyyəsinin internet  saytının  formalaşdırılması ətrafında  praktiki addımlar  nümayiş edilib.   
    Seminar  iştirakçılarını maraqlandıran suallar ekspertlər  tərəfindən  cavablandırılıb.
    Qeyd edək ki, layihənin tərəfdaşı kimi Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası çıxış edir.
    Seminar iştirakçılarına  müvafiq  ədəbiyyatlar  paylanıb.
    Seminar Counterpart İnternational təşkilatının  dəstəyi ilə  “İnformasiya Azadlığının İnkişafı “ Koalisiyası tərəfindən  gerçəkləşdirilən “Vətəndaşların informasiya  azadlığının  gerçəkləşməsinə  dəstək“ Layihəsi  çərçivəsində keçirilir. Bu Layihə  çərçivəsində  dövlət  orqanlarının internet resurslarının monitorinqinin aparılması, Bakı şəhəri Nəsimi Bələdiyyəsi və M. Rəsulzadə Bələdiyyəsinin , Bərdə şəhər  və Lənkəran şəhər Bələdiyyələrinin internet resurslarının da yaradılması  nəzərdə tutulub.
   Layihə haqqında  daha geniş məlumatı www.informasiya.org  saytından əldə etmək olar 

Multimedia Mərkəzi
492-44-44
www.informasiya.org 
info@informasiya.org  

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

    arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

    ARXİV