Friday 19th April 2024,

2015

Ξ Leave a comment

Binəqədi Rayon İcra Hakimiyyəti www.binegedi-ih.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by informadmin
Binəqədi Rayon İcra Hakimiyyəti www.binegedi-ih.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

Azərbaycan Respublikası Binəqədi Rayon İcra Hakimiyyəti  www.binegedi-ih.gov.az İnternet resursunun görünüşü normaldır. Saytdakı əlavə bölmələr rayon haqqında geniş məlumat almağa imkan yaradır. Bütün bölmələrin də informasiya ilə zəngn olması saytın üstünlüyü kimi qiymətləndirilə bilər. Rayonda həyata keçirilən layihələr haqda da (Təmiz Binəqədi layihəsi) saytdan məlumatlanmaq olar. “Sual-cavab və təkliflər”, “Elektron xidmətlər”, “Mənzil-uçot siyahıları”, Müraciət formaları“, “Sakinlərin müraciət xidməti (1646)”, “Müraciətlərin statistikasi” (ayrı-ayrə illər üzrə) və bir çox bölmələr qurumun ictimaiyyətə açıq olduğunu göstərir. Saytda rayonun Milli Qəhrəmanları, deputatları haqqında da bilgilərə rast gəlmək olur. Xəbərlər bölməsini də qənaətbəxş hesab etmək olar, informasiyaların daim yenilənməsi diqqət çəkir.

Beləliklə, Binəqədi Rayon İcra Hakimiyyəti saytının ümumi mənzərəsi aşağıdakı kimidir:

1.  Rayonun əhalisi, tarixi, iqtisadiyyatı, təhsili, səhiyyəsi, mədəniyyəti, turizmi, idmanı, rayonda yerləşən dövlət qurumları, şirkətlər, fəaliyyət göstərən müəssisələr və s. gərəkli bilgilər kifayət qədərdir. Qurum, qurumun rəhbəri haqqında verilmiş məlumatlar qənaətbəxşdir. Qurumun tarixi, quruma daha öncə başçılıq etmiş şəxslər barədə isə heç bir məlumat verilmir.

2.  Ziyarətçilərin əks əlaqəsi üçün qurumun ünvanı, telefon və faks nömrəsi, e-poçt ünvanı verilsə də, quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında məlumatlara da rast gəlinmir. Saytda “Rayonun elektron xəritəsi” bölməsi olsa da, bölməyə girişdə problemlər var.

3.  Qurumun strukturu haqqında sxem və müavinlər haqqında mə­lumatlar, onlarla əlaqə nömrələri saytda yer almışdır. Struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri haqqında da məlumatlar saytda öz əksini tapmır.

4.  Qurumun rəhbəri və ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları haqqında bilgilər təqdim edilir. Lakin bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər yoxdur.

5.  Cari informasiyalar baxımından da sayt zəngin sayıla bilər. Qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) və dövlət qurumunun həyata keçirdiyi proqram və layihələr barədə də bilgilər  təqdim edilir.

6.   Qurumun büdcəsi, büdcənin  icrası haqqında,  büdcədən kənar daxil­olmalar və onların istiqamətləri barədə informasiyalara hesabat bölməsində, rayonun illik hesabatında rast gəlmək olur.

7.  Qurumun təklif etməli olduğu mütləq və əlavə xidmətlər  haqqında da heç bir bilgi yoxdur. Burada yalnız onlayn müraciət imkanı təqdim edilir.

8.   Boş iş yerləri və işə qəbulla bağlı (qurum və onun struktur böl­mələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları,  işə qəbulla bağlı komissiyalar haqqında, qurum  və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və elanların arxivi) məlumatlar da təqdim edilməyən bilgilər sırasındadır.

9.   Qurumun işçilərinin əmək haqları ilə bağlı heç bir məlumat verilmir.

10.  Vətəndaşların qəbulu ilə bağlı yalnız rəhbər və ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların sadəcə qəbul günləri və saatları barədə bilgilər var. Burada nə vəzifəli şəxslərin əlaqə nömrələri və onlar  tərəfindən vətəndaşların qəbul norma və qaydaları, nə də qurumda vətəndaşların qəbul qaydaları haqqında bilgilər təqdim edilmir.

11.  Tender və yarışmalar haqqında hər hansı bilgiyə rast gəlinmir.

12.  Saytın texniki imkanları normal səviyyədədir. Onlayn müraciət forması təqdim olunsa da,  abunə imkanı yoxdur.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV