Thursday 18th April 2024,

2015

Ξ Leave a comment

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin www.acsc.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by informadmin
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin www.acsc.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin www.acsc.az domen adlı İnternet saytı bir sıra bölmələr üzrə yetərli və  dolğun bilgi verməsi baxımından diqqət çəkir. Saytda qurumun tarixi ilə bağlı verilən məlumatlar yetərli sayıla bilər. Bundan başqa, elektron xidmətlər, işə qəbulun qaydaları, vətəndaşların qəbulu, onlayn müraciət formaları haqda məlumat təqdim olunur. Saytın istifadəsi rahatdır. Qurumun  rəhbəri, aparat rəhbərliyi və struktur rəhbərlərinin bioqrafik bilgilərinə rast gəlinir. Onu da qeyd edək ki, QSC-nin alt qurumları və tabe müəssisələrinin  ünvanları və telefon əlaqələrinin təqdim edilməsi müsbət haldır. Qurumun saytından Donanma bölməsində nəqliyyat donanması, ixtisaslaşdırılmış donanma, tankerlər, universal quru yük gəmiləri, Ro-Ro gəmiləri, gəmi-bərələr, kran gəmiləri, mühəndis-geoloji gəmilər, təchizat və yedək gəmiləri, sərnişin gəmiləri, yanğınsöndürən gəmiləri, borudüzən gəmilər, barjlar, dalğıc gəmiləri, liman-yedək gəmiləri haqda çox geniş və ətraflı məlumat əldə etmək mümkündür.  Qurumun sosial şəbəkələrdən facebook-da səhifəsi çox aktivdir. Hər gün yenilənir. Qaynar xətt saytın ön səhifəsində görünən yerdə təqdim edilmişdir. Mətbuat üçün açıqlamaların tezliyi üstünlük təşkil edir. Çatışmayan bilgilərdən quruma getmək üçün nəqliyyat marşrutu haqda məlumatın verilməsidir. Həmçinin, tender elanları və nəticələri haqda da heç bir bilgi təqdim olunmur. Qurumun büdcəsi, büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiya, Rəhbər, onun müavinləri və struktur bölmələri rəhbər işçilərinin mövcud tarif stavkası barədə də bilgilərə rast gəlinmir.

Beləliklə saytın ümumi mənzərəsi isə aşağıdakı kimidir:

1. Qurumun tarixi, qurumun fəaliyyətini təmin edən qanunverici baza haqqında bilgilər yetərli səviyyədədir. Həmçinin qurumun rəhbərləri  haqda bioqrafik bilgilər və kollegiya haqqında bilgilər də saytda əks etdirilir.

2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün qurumun yerləşdiyi ünvan, həm ümumi xarakterli, həm də ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları təqdim edilsə də, qurumun ünvanının marşrut və sxemi haqqında, həmçinin  quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə bilgilərə rast gəlinmir.

3. Qurumun strukturu, aparat haqda bilgilər kifayət qədər dolğundur. Struktur rəhbərləri ilə əlaqə saxlamaq üçün imkanlar da yetərli sayılır. Həmçinin quruma tabe müəssisələr haqqında da bilgilər təqdim edilmişdir.

4. Rəhbər işçilər, onlarla əks əlaqə, qurumun rəhbəri ilə əks əlaqə imkanları mövcuddur. Həmçinin, qurum ilə əks əlaqə üçün ümumi imkanlar,  əsas rəhbərin bioqrafiyası, rəhbərin müavinlərinin bioqrafiyaları, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları haqqında da məlumat təqdim edilir.

5. Qurumun cari fəaliyyəti haqqında mətbuat üçün açıqlamalar, quruma aid olan informasiya, quruma aid olan hər cür başqa cari informasiya yetərli səviyyədədir. Həçminin, qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla), qurumun həyata keçirdiyi proqram və layihələr də təqdim edilmişdir.

6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə saytda bilgilər təqdim olunmur.

7. Qurum tərəfindən təklif edilən mütləq xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, onlayn müraciət imkanı və xidmətlərdən istifadə qaydaları haqqında da bilgilər əks etdirilir. Burada qaynar xətt nömrəsi də göstərilmişdir.

8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar və boş iş yerləri haqqında elanların arxivi barədə bilgilər də təqdim edilən bilgilər sırasındadır. Lakin dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar köhnə tarixə aiddir.

9. Təqdim edilməyən bilgilərdən biri də sahə işçilərinin əmək haqları barədə olan bilgilərdir.

10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə də kifayət qədər bilgi təqdim edilir.

11. Daha bir əks etdirilməyən bilgi tender və yarışmaların keçirilməsi ilə bağlı olan bilgidir. Qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları, tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi, tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları haqda məlumatlar öz əksini tapmır.

12. Qurumunun norma- (qanun) yaratma fəaliyyəti barədə, bütün mümkün normativ aktların layihələri (tam mətni), bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri, qurumun norma- (qanun) yaratma fəaliyyəti ilə bağlı arxiv haqqında bilgilər müəyyən qədər saytda öz əksini tapmışdır.

13. Saytın texniki imkanları yaxşı dəyərləndirilir. Sosial şəbəkədən facebook-da aktiv  səhifəsi mövcuddur. Abunə imkanı isə çatışmır.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV