Saturday 20th April 2024,

2015

Ξ Leave a comment

Dövlət Sığorta Şirkətinin www.azersigorta.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by informadmin
Dövlət Sığorta Şirkətinin  www.azersigorta.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

Azərbaycan Respublikası Dövlət Sığorta Şirkətinin  www.azersigorta.az adlı İnternet saytında bu sahəyə aid xidmət haqqında bir çox məlumatlar yer alıb. Saytın istifadəsi rahatdır. Elektron xidmətlər bölməsinin ayrıca təqdim edilməsi, qurumun tarixi, ünvanı, rəhbərlik haqqında məlumatlar, vətəndaşların qəbul günləri və qaydaları, dövlət qulluqçusunun etik davranışı, qaynar xətt, onlayn və telefon, faks əlaqələri, qurumun filiallırının xəritəsi tərtib edilmişdir ki, xəritədə filialların yerləşdiyi ünvan, əlaqə telefonları və rəhbərlik göstərilmişdir. Qurumun saytında qaynar xəttin görünən yerdə qoyulması təqdirəlayiq haldır. Bu baxımdan qurumun internet resursunu nisbətən müsbət qiymətləndiririk. Amma bunu sahə işçilərinin əmək haqqı barədə demək olmur. Qurumun marşrut sxemi, quruma gəlmək üçün ictimai nəqliyyat, qurumdaxili əmr və qərarlar, büdcə, sahə işçilərinin tarif stavkası, tender və yarışmalarla bağlı elanlar, büdcə, bücdənkənar daxilolmalarla bağlı sahələr, boş iş yerlərinin elanlarına aiddir.

Beləliklə, saytın ümumi mənzərəsi isə aşağıdakı kimidir

1. Qurumun tarixi, qurumun fəaliyyətini təmin edən qanunverici baza haqqında bilgilər yetərli səviyyədədir. Qurumun rəhbərliyi və kollegiya haqqında da bilgilər saytda öz əksini tapmışdır.

2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün qurumun yerləşdiyi ünvan, həm ümumi xarakterli, həm də ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları təqdim edilir, lakin qurumun ünvanının marşrut və sxemi, ictimai nəqliyat haqqında bilgi təqdim edilmir.

3. Qurumun strukturunun ümumi sxemi, aparat, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin dəqiq (tam) ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri  haqqında bilgilər təqdim edilmişdir.

4. Rəhbər işçilər, onlarla əks əlaqə, əsas rəhbərin bioqrafiyası, qurumun rəhbəri ilə əks əlaqə imkanları və qurum ilə əks əlaqə üçün ümumi imkanlar təqdim edilir. Rəhbərin müavinlərinin bioqrafiyaları, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları də təqdim edilən məlumatlar sırasındadır.

5. Qurumun cari fəaliyyəti haqqında mətbuat üçün açıqlamalar, quruma aid olan informasiya, quruma aid olan hər cür başqa cari informasiya yetərli səviyyədədir. Lakin  qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestrinə (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) rast gəlinmir. Qurumun həyata keçirdiyi proqram və layihələr barədə isə müəyyən bilgi saytda göstərilmişdir.

6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə saytda məlumat yer tutmur.

7. Qurum tərəfindən təklif edilən mütləq xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, onlayn müraciət imkanı və xidmətlərdən istifadə qaydaları haqqında bilgi geniş əks etdirilir. Həmçinin, qurum tərəfindən təklif edilən əlavə xidmətlər və qaynar xətt nömrəsi də mövcuddur. Üstəlik qaynar xətt saytın ön və yuxarı hissəsində yerləşdirilmişdir ki, bu da şirkətlə əlaqə saxlamaq üçün önəmlidir.

8. Dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası və  işə qəbulun norma və qaydaları haqda bilgi təqdim edilsə də, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və boş iş yerləri haqqında elanların arxivi barədə bilgilər təqdim edilməyən bilgilər sırasındadır.

9.  Sahə işçilərinin əmək haqları barədə heç bir məlumata rast gəlinmir.

10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə ümumi bilgi göstərilib. Lakin dövlət qulluqçusunun etika qaydaları haqqında məlumatlar da təqdim olunmayan bilgilər sırasındadır.

11. Daha bir əks etdirilməyən bilgi tender və yarışmaların keçirilməsi ilə bağlıdır. Qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları, tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi saytda öz əksini tapmamışdır. Yeganə təqdim edilməyən bilgi tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydalarıdır.

12. Qurumun cari norma- (qanun) yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələri (tam mətni), bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri, qurumun norma- (qanun) yaratma fəaliyyəti ilə bağlı arxiv haqqında bilgilər saytda öz əksini qismən tapır.

13. Saytın texniki imkanları yaxşı dəyərləndirilir. Ancaq abunə imkanına rast gəlinmir. Sosial şəbəkələrdən facebook-dakı səhifəsi boşdur.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV