Friday 19th April 2024,

2015

Ξ Leave a comment

Dövlət Məşğulluq Xidmətinin www.ses.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

posted by informadmin
Dövlət Məşğulluq Xidmətinin  www.ses.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

Azərbaycan Respublikası  Dövlət Məşğulluq Xidmətinin www.ses.gov.az ünvanlı İnternet saytı müəyyən qədər tələbata cavab verir. Yəni, bu saytın üzərində ciddi təkmilləşdirmə işləri aparılmasına zərurət yoxdur. Sadəcə, bəzi bölmələr də doldurularsa, sayt dolğun və zəngin olar. Yuxarıda qeyd etdiyimiz kimi, saytın xəritəsini aşağıdan yuxarıya, görünən hissəyə qaldırılmasına ona görə ehtiyac var ki, ziyarətçi sayta daxil olduqda saytın xəritəsinə baxır ki, özünə lazım olan məlumatı tapmaq üçün bütün saytı axtarmasın. Bizcə, bu, nəzərə alınacaq. Bundan başqa, qurumun rəhbərinin, struktur rəhbərlərinin bioqrafik məlumatları, sahə işçilərinin əmək haqları, dövlət büdcəsinin quruma aid hissəsi, tender və yarışmalarla bağlı elanların saytda əks olunmasına ciddi ehtiyac var. Ona görə də aşağıda bu istiqamətdə tövsiyələrimizi təqdim edirik:

1. Qurumun tarixi haqda məlumatlar təqdim olunur. Dövlət qurumunun fəaliyyətini təmin edən əsasnamə və nizamnamə haqda bilgilər təqdim edilmiş bilgilər sırasına isə qurumun rəhbərləri barədə bioqrafik bilgilərin əlavə edilməsi tövsiyə olunur.

2. Ziyarətçilərin dövlət qurumu ilə əlaqə saxlaması üçün onlayn imkanlar və həm ümumi xarakterli, həm də ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri mövcuddur. Çatışmayan bilgi quruma getmək üçün ictimai nəqliyyat barədə bilgilərin verilməsidir ki, bu da göstərilsə, sahə tam dolğun olar.

3. Qurumun strukturunun sxemi, aparat barədə bilgilərin, regional bölmələr və onlarla əlaqə imkanları haqqında məlumatların ətraflı verildiyini nəzərə alsaq, bu sahədə əlavə tövsiyəyə ehtiyac yoxdur. Yəni, burada qurumun regional bölmələri haqda məlumatlar xəritə ilə təqdim edilir.

4. Rəhbər işçilər, onlarla əks əlaqələr təqdim edilsə də, qurumun rəhbəri, müavinləri və başqa rəhbər şəxslərin bioqrafiyalarına rast gəlinmir. Bioqrafik bilgilərin saytda əks etdirilməsi tövsiyə olunur.

5. Qurumun cari fəaliyyəti haqqında mətbuat üçün açıqlamalar yetərli sayıla bilər, həmçinin qurumdaxili əmr və qərarlar və onların reyestri, dövlət qurumunun həyata keçirdiyi proqram və layihələr də saytda geniş əks olunur. Burada yeganə tövsiyə əmək yarmarkalarının harada və nə vaxt keçiriləcəyi haqda elanlar  və elanların arxivi barədə bilgilərin əks etdirilməsi ilə bağlıdır.

6. Yaxşı olardı ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında bilgilər təqdim edilsin. Həmçinin, büdcədənkənar daxilolmalar haqda da məlumata rast gəlinmir. Tövsiyələrdən biri də bu sahədə məlumatların təqdimatı ilə bağlıdır.

7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında məlumatlara  əlavə xidmətlər barədə bilgilər də daxil edilmişdir. Bundan başqa, qaynar xətt qurumun saytının ön hissəsində təqdim edilmişdir. Buna görə də əlavə tövsiyəyə ehtiyac yoxdur.

8. Qurum digər saytlardan fəqrli olaraq məhz vətəndaşların işsizliyinin aradan qaldırılması ilə əlaqədar yaradılmışdır. Amma qurumun özünə aid boş vakansiyaya rast gəlmədik. Qurumdakı boş iş yerlərinə qəbul qaydaları və boş iş yerləri haqqında bilgilərin əks etdirilməsi də tövsiyələr sırasındadır.

9. Tövsiyələrdən biri də rəhbər və sahə işçilərinin tarif stavkasının təqdimatı ilə bağlıdır. Yaxşı olar ki, sahə işçilərinin əmək haqları barədə bilgilər də saytda yer alsın.

10. Həmçinin, vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında məlumatların da təqdim edilməsi tövsiyə olunur.

11. Dövlət qurumu tərəfindən tenderlər, hərraclar və yarışmaların keçirilmə qaydaları, tenderlərin, hərracların keçirilməsi ilə bağlı elanlar və nəticələri  haqqında bilgilər əks etdirilmir. Yaxşı olardı ki, tender və yarışmaların keçirilməsi ilə bağlı elanlar da saytda öz əksini tapsın.

12. Dövlət qurumunun norma- (qanun) yaratma fəaliyyəti haqqında bilgilərin ətraflı təqdim edilməsi tövsiyələr sırasındadır.

13. Saytın texniki imkanları yaxşı qiymətləndirlir. Sosial şəbəkələrdən facebook-da səhifəsi mövcuddur. Burada abunə imkanı da daxil edilərsə və saytın xəritəsinin lap aşağıda deyil, saytın yuxarı hissəsində görünən tərəfdə yer tutması tövsiyə olunur.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV