Friday 19th April 2024,

2015

Ξ Leave a comment

Maliyyə Nazirliyinin www.maliyye.gov.az domen adlı İnternet saytının təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

posted by informadmin
Maliyyə Nazirliyinin www.maliyye.gov.az domen adlı İnternet saytının təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

Azərbaycan Respublikası Maliyyə  Nazirliyinin www.maliyye.gov.az domen adlı İnternet saytının texniki imkanları və funksionallığı öz yerindədir. Burada diqqət çəkən məqamlardan biri də ayrıca e-xidmətlər bölməsinin olmasıdır. Sayt demək olar ki, bəzi bölmələr istisna olmaqla dolğunluğu ilə fərqlənir. Lakin qurumun saytında quruma gəlmək üçün marşrut və nəqliyyat, regional strukturların ünvanları, regional strukturların  əlaqə vasitələri, sahə işçilərinin tarif stavkası, tender və yarışmaların nəticələri, büdcə və onun icrası, büdcədənkənar daxilolmalarla bağlı heç bir məlumata rast gəlinmir. Bu məlumatlar da göstərilsəydi sayt tam dolğun olardı. Bundan başqa, saytın alt qurumlarının ayrıca saytları və qurumun saytından bu saytlara keçid də mövcuddur.

Beləliklə, bu resursun təkmilləşdirilməsi üçün bəzi tövsiyələrimizi təqdim edirik:

1.           Qurumun tarixi,  rəhbərləri və kollegiya haqqında məlumatlar yetərli sayıla biəcək qədərdir. Dövlət qurumunun fəaliyyətini təmin edən qanunverici baza, Əsasnamə və təlimatalr ilə bağlı məlumatlar da saytda öz əksini tapdığı üçün əlavə tövsiyə verilməsinə ehtiyac duyulmur.

2.           Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün bütün imkanların təqdim edildiyini deyə bilərik – yəni, telefon, faks, onlayn müraciət, qaynar xətt, çoxlu sayda e-poçtlar təqdim olunur, lakin quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat, qurumun marşrut və sxemi barədə bilgilər göstərilmədiyi üçün bu sahənin dolğunlaşdırılmas tövsiyə olunur.

3.           Qurumun strukturunun ümumi sxemi, aparat, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin dəqiq (tam) ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri haqqında bilgilər təqdim edilditindən bu sayə üzrə tövsiyə söylənilmir.

4.           Rəhbər işçilər, onlarla əks əlaqələr, həmçinin rəhbərin və müavinlərinin bioqrafiyaları, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanlarının da əks etdirilməsi ilə yanaşı struktur bölmələrinin rəhbərləri, həmçinin tabe müəssisələrin rəhbərləri haqqında bioqrafik bilgilərin təqdim edilməsi tövsiyə olunur.

5.           Qurumun cari fəaliyyəti haqqında təqdim edilmiş bilgilər yetərli sayıldığından əlavə heç bir tövsiyə söylənilmir.

6.           Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə məlumat təqdim olunmamışdır. Buna görə də qurumun büdcəsi və büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiyaların təqdim edilməsi tövsiyələr sırasındadır.

7.           Qurum tərəfindən təklif edilən xidmətlər haqqında çatışmayan məlumatlar demək olar ki, yoxdur. Bu üzdən də əlavə tövsiyə verilmir.

8.           Dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar və boş iş yerləri haqqında elanlar təqdim edildiyi üçün əlavə tövsiyəyə gərək duyulmur.

9.           Sahə işçilərinin əmək haqları barədə bilgilərin təqdim edilməsi tövsiyələr sırasındadır.

10.         Növbəti tövsiyəyə ehtiyac duyulmayan bilgilər vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə olan məlumatlardır.

11.         Tender və yarışmalar barədə təqdim etdirilmiş bilgilər sırasına tender və yarışmaların nəticələri haqqında məlumatların əlavə edilməsi tövsiyə olunur.

12.         Qurumun norma- (qanun) yaratma fəaliyyəti haqda isə çatışmayan  bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri haqqında məlumatlardır ki, bu məlumatların da təqdim edilməsi tövsiyələr sırasındadır.

13.         Saytın texniki imkanları sırasına abunə imkanının da əlavə edilməsi tövsiyələr sırasındadır. Həmçinin, qurumun sosial şəbəkələrdən fasebook sosial şəbəkəsində olan səhifəsi aktivdir. Bu haqda heç bir tövsiyə verilmir. Amma axtarış sistemi işləmədiyi üçün yaxşı olardı ki, sistemin fəaliyyətinə nəzər yetirilsin.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV