Friday 29th March 2024,

2015

Ξ Leave a comment

Mədəniyyət və Turizm Nazirliyinin www.mct.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

posted by informadmin
Mədəniyyət və Turizm Nazirliyinin www.mct.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin www.mct.gov.az ünvanlı İnternet saytı  daha dolğun və daha təkmil olması dərhal diqqəti cəlb edir. Üstəlik, e-xidmətlərin ayrıca bölümdə verilməsi də onun üstünlüklərindən biridir. Saytda az sayda şatışmazlırlar mövcuddur. Qeyd edək ki, əvvəlki illərlə müqayisədə saytın boş bölmələri də məlumatlarla doldurulub. Nazirliyin sahə işçilərinin əmək haqları ilə bağlı məlumata rast gəlmədiyimiz, həmçinin, illər üzrə verilən hesabatda aparılan təmir-bərpa işləri və keçirilən tədbirlər  üçün xərclənən vəsaitlər haqda da məlumatlar gözə dəymir.

Bunu nəzərə alaraq aşağıda bu yöndə bəzi tövsiyələrimizi təqdim edirik:

1. Qurum barədə gərəkli bilgilərə saytda rast gəlindiyi üçün əlavə tövsiyəyə ehtiyac duyulmur.

2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün ümumi imkanlar və hətta qurumun ünvanının marşrut sxemi və gəlmək üçün ictimai nəqliyyat haqqında bilgilər ətraflı təqdim edilib. Buna görə də bu sahədə əlavə tövsiyə verilmir.

3. Qurumun strukturunun ümumi sxemi və qurumun tabeliyindəki informasiya sistemləri haqqında bilgilər tam şəkildə təqdim olunur. Digər bilgilər (aparat, qurumun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin tam ünvanları və struktur bölmələrinin səlahiyyət çərçivələri) haqqında da məlumatlar yetərli həddə  təqdim edilir. Bu məlumatlar yetərli sayıldığı üçün əlavə tövsiyəyə ehtiyac yoxdur.

4. Rəhbər işçilər, onlarla əks əlaqə barədə də bütün bilgilər ətraflı şəkildə təqdim edildiyindən bu bölmə üzrə də tövsiyəyə ehtiyac duyulmur.

5. Qurumun cari fəaliyyəti haqqında informasiyalar yetərli sayıla biləcək qədərdir. Mətbuat üçün açıqlamalar da hər gün yenilənir. Dövlət qurumunun həyata keçirdiyi proqram və layihələrlə bağlı bölmə və yetərli məlumatlar da saytda kifayət qədər yer almışdır. Təqdim edilən informasiyalar yetərli olduğundan əlavə bir tövsiyəyə gərək yoxdur.

6. Yaxşı olardı ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə bilgilər saytda əks etdirilsin. Həmçinin, büdcədənkənar daxilolmalar haqda da məlumatlar göstərilsə bölmə dolğun olar.

7. Qurum tərəfindən təklif edilən mütləq xidmətlər, elektron xidmətlər və əlavə xidmətlər haqqında informasiyalar geniş təqdim edilir. Burada yalnız qaynar xəttin saytın ön hissəsində əks etdirilməsi tövsiyə olunur.

8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında, işə qəbulla bağlı komissiyalar haqqında, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və boş iş yerləri haqqında elanların arxivi barədə bilgilər ətraflı təqdim edilir. Hətta vakant yerlər saytın ön hissəsində özünə yer tapıb. Bu üzdən də heç bir tövsiyəyə gərək duyulmur.

9. Qurumun saytında sahə işçilərinin əmək haqları barədə də heç bir bilgilərə rast gəlinmir. Buna görə, əmək haqları barədə bilgilərin verilməsi tövsiyə olunur.

10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə bilgilər, qəbula yazılma üçün formanın da mövcud olduğunu nəzərə alsaq, əlavə tövsiyəyə ehtiyac duyulmur.

11. Tender və yarışmaların keçirilməsi ilə bağlı təqdim edilmiş bütün mümkün qayda və elanlar barədə bilgilərlə yanaşı tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi haqda məlumatlar təqdim olunsa da, tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları barədə bilgilərin də əks etdirilməsi tövsiyə olunur.

12. Qurumun norma- (qanun) yaratma fəaliyyəti haqqında bilgilər təqdim edildiyi üçün tövsiyə söylənilmir.

13.  Saytın  texniki imkanları yüksək olduğundan heç bir tövsiyə söylənilmir.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV