Tuesday 16th April 2024,

2007

Ξ Leave a comment

Milli Bankın rəsmi internet saytının monitorinqinin yekunu

posted by

Milli Bankın internet saytının monitorinqinin yekunu

13 iyul 2007

 “İnformasiya Azadlığının İnkişafı” Koalisiyası tərəfindən “Milli Bankın www.nba.az domen adlı rəsmi saytının monitorinqi  aparılıb.  Monitorinqin nəticələrinə uyğun olaraq analiz aparılıb və qiymətləndirilib. Bu zaman informasiyanın həcmi ilə yanaşı onun keyfiyyət və aktuallıq göstəriciləri də nəzərə alınıb. Burada aparılmış analizin nəticələri belədir:

Milli Bankın internet saytını kredit, pul tədavülü, hesablaşmalar və valyuta münasibətləri sahəsində dövlət siyasətini yeridən, bütövlükdə bank sisteminin fəaliyyətini əhatə edən məlumatlarla zəngin olan bir sayt kimi qəbul etmək olar. Saytın əsas səhifəsi Haqqımızda, Pul siyasəti, Bank sistemi, Milli valyuta, Ödəniş sistemi, Nəşrlər, Statistika, Hüquqi sənədlər və Sənədlər baş menyularından və uyğun olaraq alt menyulardan ibarətdir.

Dövlət orqanı haqqında ümumi məlumatlarBu bölmə haqqında məlumatlar Haqqımızda baş menyusunda yerləşdirilib. Burada Milli Bankın tarixi, strukturu və ərazi  təşkilatları, onun strukturu, struktur bölmələri haqqında əsasnamələr, idarə heyəti, rəhbərliyi və s. məlumatlar altmenyular şəklində verilib və bu sahədə informasiya verilməsinə qoyulan tələblər tam əhatə olunur. Eyni zamanda burada Milli Bankın tabeliyində olan  təşkilatların siyahısı və ünvanları normal səviyyədə göstərilib. Rəhbər işçilərin adları, soyadları, təhsil və ixtisasları barədə ətraflı məlumatlara yer ayrılıb və xidməti telefon nömrələri yazılıb. Bununla yanaşı Azərbaycan Respublikası Milli Bankının rəhbərləri tərəfindən vətəndaşların qəbulu günləri ayrıca səhifədə öz əksini tapıb. Bundan başqa bu menyuda aşağıda göstərilən məlumatlar yerləşdirilib.

 Elanlar – Tenderlər haqqında elanlar
 Beynəlxalq əlaqələr – Azərbaycan Milli Bankinin Beynəlxalq Əlaqələri
 Nailiyyətlər – Azərbaycan Respublikası Milli Bankında qabaqcıl dünya praktikasına uyğun əldə olunmuş nəticələr
 Milli Bankın balansı – İllərə və aylara görə Milli Bankın balansı
 İnsan resursları – İş üçün müraciət anketi
 Maliyyə hesabatları – 31 dekabr 2005-ci il tarixinə bitən il üzrə Müstəqil Auditor Rəyi və Maliyyə Hesabatları

Yuxarıda göstərilən müsbət tərəflərlə yanaşı bu blokda bəzi nöqsanlar vardır. Yəni saytda bankın ştat cədvəli tam göstərilməyib və boş iş yerləri, işə götürmək üçün müsabiqə qaydalarına rast gəlinmir. Bundan başqa Milli Bankın daxili əmr və ya sərəncamları saytda öz əksini tapmayıb.

Dövlət orqanlarının fəaliyyəti barədə hesabatlar. Büdcə və büdcə prognozları
Bu bölməyə aid olan informasiya demək olar ki, aşağıda göstərilən menyularda cəmlənib:
Pul siyasəti baş menyusunda Azərbaycan Respublikası Milli Bankının pul siyasətinin əsas istiqamətləri barədə bəyanətlər, Pul siyasətinin yerinə yetirilməsi vəziyyəti haqqında (rüblük) məlumatlar, dövlətin pul siyasəti kimi geniş məlumatlar yerləşdirilib.
Bank sistemi menyusunda Milli Bankın ayrı-ayrı sahələrində məsələlərin həlli üçün tenderə çıxarılacaq sahələr və onların nəticələri haqqında elanlar və illər üzrə banklar haqqında ümumi məlumatlar, məcmu kapitalın həcminə görə bankların qruplaşdırılması, nizamnamə kapitalında xarici kapitalın iştirak payına müvafiq olaraq bankların qruplaşdırılması, bank yerli filiallarının ərazi üzrə təsnifatı, bank olmayan kredit təşkilatlarının və onların filiallarının ərazi üzrə təsnifatı, kredit təşkilatları haqqında ümumi məlumat, bankların icmal balansı, bankların gəlir və xərclərinin strukturu, bankların aktivlərinin keyfiyyət strukturu, bank fəaliyyətinin maliyyə nəticələri (ilin əvvəlindən, vergilər ödənildikdən sonra) kimi informasiya verilib.
Milli valyuta menyusunda yeni nəsil pul nişanları, xatirə sikkələri, banknotlar haqqında ətraflı məlumat verilib.
Ödəniş sistemi menyusunda ödəniş sistemləri üzrə statistika, hüquqi baza, ödəniş sistemlərinə nəzarət, onların   təkmilləşdirilməsi tədbirləri və ödəniş sistemləri üzrə hesabatlar yerləşdirilib.
 

 Nəşrlər menyusunda mütəmadi nəşrlər, illik hesabatlar, bülletenlər,  pres relizlər və sədrin məruzələri verilib.
Statistika menyusunda əsas makroiqtisadi göstəricilər, əsas pul-kredit göstəricilər, maliyyə bazarı, kredit təşkilatlarının göstəriciləri, statistik məlumatların yayımlanması qrafiki kimi məlumatlar əksini tapıb.
Bu göstərilən məlumatlarla yanaşı saytda bəzi məsələlər öz həllini tapmayıb. Belə ki, Milli Bankın carı fəaliyyəti haqqında xəbərlərə yer ayrılmayıb. Milli Bank tərəfindən təsis edilmiş və ya onun iştirakı ilə fəaliyyət göstərən özəl hüquqi şəxslərə dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə dair məlumatlar yoxdur. Sual, təklif və sorğuların icmalı verilməyib. Ümumiyyətlə informasiya sorğularının tərtib olunması, qəbulu  və göndərilməsi  qaydaları yoxdur. Eyni zamanda informasiya  sorğuları  üçün məsul  şəxs və kütləvi tədbirlərin proqramları göstərilməyib. Saytda beynəlxalq müqavilələrlə və ya onların əsasında qəbul edilən normativ aktlarla müəyyənləşdirilən informasiyalar öz əksini tapmayıb. Bundan başqa aid olan məhkəmə aktlarına saytda rast gəlinmir.

Göstərilən xidmətlərə dair məlumatlar

Əhaliyə göstərilən ictimai xidmətlər, onların qiymətləri və tarifləri haqqında, tariflərin formalaşması haqqında, habelə xidmət göstərilməsi zamanı qiymətlərdə və tariflərdə edilən dəyişikliklər barədə məlumatlar azlıq təşkil edir.
Adi əlaqə forması olsa da OnLine və interaktiv xidmətlər saytda nəzərdə tutulmayıb.
Müxtəlif xidmətlər, lisenziyalar, rüsumlar və icazələrlə  bağlı formalar və onların doldurulmuş nümunələri, tələb olunan  sənədlərin siyahısı yoxdur.

Texniki tələbatlar
Saytın müxtəlif brauzerlərdə açılması və məlumatların düzgün oxunuşu, düzgünlüyü, mətnlərin üslubu və qrammatik redaktəsi təmin olunub.  

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV