Saturday 20th April 2024,

2015

Ξ Leave a comment

Azərbaycan Dəmir Yolları QSC-nin www.addy.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

posted by informadmin
Azərbaycan Dəmir Yolları QSC-nin www.addy.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

Azərbaycan Dəmir Yolları QSC-nin www.addy.gov.az ünvanlı İnternet saytı ziyarətçilər üçün dolğun və təkmildir. Saytda e-xidmətlərin olması, həmçinin, rəhbərliklə əlaqə saxlamaq baxımından bütün rəhbər işçilərin, struktur rəhbərlərinin  telefon nömrələrinin və onlayn müraciət formalarının verilməsi təqdirəlayiq haldır. Yəni saytın texniki şərtləri gərəkli bilgiləri lazım olan şəkildə təqdim etməyə imkan verir.

Bunu nəzərə alaraq aşağıda bu yöndə bəzi tövsiyələrimizi təqdim edirik:

1. Qurum barədə təqdim edilmiş bilgiləri yetərli saymaq olar. Burada tövsiyə yalnız rəhbərin müavinləri və departament rəhbərlərinin bioqrafik bilgilərinin verilməsi ilə bağlıdır.

2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün təqdim edilmiş bilgilər sırasına quruma gəlmək üçün ictimai nəqliyyat haqqında da bilgilərin daxil edilməsi tövsiyə olunur.

3. Qurumun strukturu haqqında  lazımi bilgilər təqdim edilir. Struktur bölmələrinin rəhbərləri ilə əlaqə vasitələri də göstərildiyi üçün bu sahədə  əlavə tövsiyəyə gərək duyulmur.

4. Rəhbər işçilər, onlarla əks əlaqə, struktur bölmələrinin rəhbərləri ilə əlaqələr mövcuddur. Amma struktur rəhbərləri haqqında bioqrafik bilgilərin də təqdim edilməsi tövsiyə olunur.

5. Qurumun cari fəaliyyəti haqqında təqdim edilən informasiyalar yetərli olduğundan əlavə bir tövsiyəyə ehtiyac yoxdur. Mətbuat üçün açıqlamalar və onların tezliyi dəsaytda öz əksini tapır.

6. Qurumun dövlət büdcəsi haqqında ümumi məlumat verilsə də,  onun icrası barədə ayrıntılı bilgilərin  saytda əks etdirilmədiyindən bu bilgilərin də təqdim edilməsi tövsiyə olunur.

7. Qurum tərəfindən təklif edilən xidmətlər və əlavə xidmətlər, onlayn müraciət imkanı, elektron xidmətlər və qaynar xətt təqdim edildiyi üçün əlavə tövsiyəyə ehtiyac duyulmur.

8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında, həmçinin işə qəbulla bağlı  komissiyalar haqqında, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və boş iş yerləri haqqında elanların arxivi barədə bilgilərin saytda təqdim edilməsi tövsiyələr sırasındadır.

9. Sahə işçilərinin əmək haqları barədə bilgilərin də əks etdirilməsi tövsiyə olunur.

10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə məlumatlara da rast gəlinmir. Bu barədə də bilgilərin verilməsi tövsiyələr sırasındadır.

11. Tender və yarışmaların keçirilməsi ilə bağlı bilgilərə saytda rast gəlinmədiyindən bu sahə üzrə də məlumatların əks etdirilməsi tövsiyə olunur.

12. Qurumun norma- (qanun) yaratma fəaliyyəti barədə verilən məlmatlar yetərli sayıla bilər. Buna görə əlavə tövsiyəyə ehtiyac duyulmur.

13. Saytın texniki imkanları sırasına yeganə tövsiyəmiz abunə imkanının əlavə edilməsi ilə bağlıdır.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV