Thursday 25th April 2024,

2015

Ξ Leave a comment

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının www.dqmk.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

posted by informadmin
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının www.dqmk.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının www.dqmk.gov.az ünvanlı İnternet saytı, icmalda da qeyd etdiyimiz kimi, çox geniş bilgi verir. Saytın texniki imkanları və funksionallığı da öz yerindədir. Burada diqqət çəkən məqamlardan biri də ayrıca e-xidmətlər bölməsinin olmasıdır. Sayt demək olar ki, bütün bölmələr üzrə dolğunluğu ilə fərqlənir. Xüsusilə də, qurumun büdcəsi və sahə işçilərinin tarif stavkası haqqında ayrıntılı bilginin verilməsi təqdirəlayiq haldır. Qurumun boş vakant yerləri haqda məlumatlar, sosial şəbəkələrdə aktiv səhifəsinin mövcudluğu, onlayn müraciət imkanları, elektron xidmətlər, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əlaqə vasitələri, tender elanları təqdim edilir. Qurumun qaynar xətti də fəaliyyət göstərir, lakin qaynar xəttin saytın ön səhifəsində görünən yerdə yerləşdirilməsi tövsiyə edilir.

Beləliklə, bu resursun təkmilləşdirilməsi üçün bəzi tövsiyələrimizi təqdim edirik:

1.    Qurum haqqınd atəqdim edilmiş bilgilər yetərli və dolğun sayıldığından əlavə tövsiyə söylənilmir.

2.    Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün bütün imkanların təqdim edildiyini, yəni, telefon, faks, onlayn müraciət, qaynar xətt, çoxlu sayda e-poçtlar, quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə ayrıca bilgilər verildiyi üçün bu sahədə heç bir  tövsiyəyə ehtiyac duyulmur.

3.    Qurumun strukturu barədə təqdim edilmiş (sturukturun ümumi sxemi, aparat, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin dəqiq (tam) ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri)   bilgilər yetərli olduğundan bu bölmə aid əlavə tövsiyə verilmir.

4.    Rəhbər işçilər, onlarla əks əlaqələr, həmçinin rəhbərin və müavinlərinin bioqrafiyaları, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanlarının da əks etdirildiyini nəzərə alsaq bu sahədə də əlavə tövsiyə verilmir.

5.    Qurumun cari fəaliyyəti haqqında bilgilər ətraflı şəkildə təqdim edildiyi üçün əlavə tövsiyəyə gərək duyulmur.

6.    Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə məlumat təqdim olunmuşdur. Bu sahə üzrə də əlavə tövsiyəyə ehtiyac yoxdur.

7.    Qurum tərəfindən təklif edilən xidmətlər haqqında çatışmayan məlumatlar demək olar ki, yoxdur. Elektron xidmətlər, onlayn müraciət imkanları var. Lakin burada tövsiyə yalnız Qaynar Xəttin saytın ön hissəsində yerləşdirilməsi ilə bağlıdır.

8.    Dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar, boş iş yerləri haqqında elanlar təqdim edildiyi üçün bu sahə üzrə də tövsiyə verilmir.

9.    Növbəti tövsiyəyə gərk duyulmayan bilgilər sahə işçilərinin əmək haqları barədə saytda yer almış bilgilərdir.

10.  Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə ümumi bilgi, dövlət qulluqçusunun etika qaydaları haqqında məlumatlar da təqdim olunan bilgilər sırasındadır. Bu üzdən də əlavə tövsiyəyə ehtiyac duyulmur.

11.  Tender və yarışmalar barədə yeganə tövsiyə tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları barədə bilgilərin təqdim edilməsi ilə bağlıdır.

12.  Qurumun norma- (qanun) yaratma fəaliyyəti haqda bunu demək olar ki, bütün mümkün normativ aktların layihələri (tam mətni), bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri, qurumun norma- (qanun) yaratma fəaliyyəti ilə bağlı arxiv öz əksini tapmışdır.  Bu üzdən də əlavə tövsiyəyə lüzum görülmür.

13.  Saytın texniki imkanları sırasına abunə imkanının da əlavə edilməsi tövsiyə olunur.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV